avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in üsulu idi. Xurafatçılar müşrik üsulu ilə insanları dindən soyutmağa çalışırlar. Biz də insanları sevgiylə İslama, Qurana dəvət edirik və nəticəsində Allah bizi müvəffəq edir.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

Massonlar və tampliyerlər əvvəllər İslama qarşı gəlirdilərsə, indi İslamın dünyaya hakim olmasını istəyirlər. Bu irəliləyiş heç bir xurafatçının əldə edə biləcəyi bir şey deyil. Əlhəmdülillah, Allah bizləri vəsilə etdi.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

DARVİNİZM-MATERİALİZM DİNƏ DOLAYI YOLLA TƏHQİRDİR. Çünki Peyğəmbər (s.ə.v)-i, eləcədə bütün peyğəmbərləri yalan söyləməkdə ittiham etmiş olursan. Həmçinin, Allahı (haşa, əstağfrullah) da, Quranı, İncili, Tövratı, hamısını inkar etmiş sayılırsan. Allah olduğu halda, haşa, Allahı yox hesab edir, şirkə girirsən. Bunların hər biri çox böyük günahdır.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

İsrail hz. Yaqub (ə.s)-ın adıdır. Quranda adı İsraildir. İsrail Peyğəmbər adıdır.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

Xristianların Məhəmmədi qəbul etməsi asandır. Öz Peyğəmbərini bu qədər sevənin, Peyğəmbərimiz (s.ə.v)-i sevməməsi, hz. İbrahim (ə.s)-ı sevənin, Hz. İbrahim (s.ə.v)-in coşğuyla sevdiyi bir peyğəmbəri sevməməsi mümkün deyil.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

Mən bütün Martinistləri də, massonları, xristianları , yəhudiləri, ələviləri və bektaşiləri də sevirəm. Hamısı Allahın yaratdığı tərtəmiz, şən, sevgi dolu insanlardır.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

Axırda fikri mübarizə ilə PKK terrorunun sonu olacaq. İndi müvəqqəti mübarizə aparılır, yəni mövcud vəziyyəti mühafizə etməyə çalışırlar. Həqiqi mübarizə Mehdiyyət dövründə, Mehdi (ə.s) ilə olacaqdır.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

Qadın sevgisi Peyğəmbərimiz (s.ə.v)-in üstün xüsusiyyətlərindən biri idi. Peyğəmbərimiz (s.ə.v.) çox yaraşıqlı, qadınların heyran olduğu mübarək insan idi. Allah da ona nemət olaraq dünyanın ən gözəl qadınlarını nəsib etdi. Bunda təəccüblü nəsə yoxdur. Əksinə, təqdir ediləcək, böyük nemət və gözəllikdir.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

İslam aləminin birlik olmasını istəmək fərzdir. Müsəlmanların parçalanması da haramdır. Bu harama yol verildiyi üçün Allah müsəlmanlara bəla olaraq bu fitnələri ard-arda göndərir.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in qeyblə əlaqədar qarşıdakı illərdə baş verəcəyini söylədiyi hadisələri vardır. Bunlar həyata keçib, bunlar deyilməlidir. Lakin gizlədirlər. Bu, Allaha qarşı böyük günahdır.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

Tövbə hər kəs üçün―ateist, buddist üçün də keçərlidir. Allah tövbələri qəbul edir, inşaAllah.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Müsəlmanın ən böyük arzularından biri şəhid olmaqdır. Allah mənim canımı şəhid olaraq alsın, səhərə qədər bayram etməyənin axirətdə yaxasından yapışaram. Şəhid olan insan kədərlənməz. Biz bu dünyaya sonsuz yaşamaq üçün deyil, imtahan vermək üçün gəldik. Canımızı verən də, alan da Odur.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Biz dünyaya Allaha qul olmaq üçün gəlirik. Allah yolunda lazım olsa, şəhid olmağa hazırıq. Canımızı verən də, alan da Allahdır. Canı Allah verdi. Allah canımızı şəhidliklə alanda qürur duyarıq.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Hər gün şad, xoş əhval-ruhiyyədə, sevinc içindəyik. İgidlərimiz, biz də şəhid ola bilərik. İnsanlar deyirlər ki, hər gün ağlayaq, kədərlənək, ruhdan düşək. Bu, çox böyük ağılsızlıqdır.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Terror təşkilatı pessimizm, kədər, şövqsüzlük istəyir. Hər gün insanların ağlamasını, kədərlənməsini, yas tutmasını, psixoloji əzab yaşamasını istəyir. Mənim millətim igiddir, cavandır. Belə bir hal ola bilməz.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Səadət Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası Türkiyənin dayaqlarıdır. Allah əskik etməsin. Bu partiyalar çox şüurlu, iradəli, qərarlı partiyalardır. Həm də fikir məktəbləridir, yəni sırf partiya deyil. Eyni zamanda əxlaq, fikir, hərəkat, inanc məktəbləridir.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Gözəl, geniş evləri olan bacı-qardaşlarımız o evlərin haqqını versinlər. Əks halda o evlər Allah qorusun, sanki qəbiristanlığa çevrilər. Evlərini məscid kimi etsinlər. Hər bir inanca mənsub insanlar ora gəlsin.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Türkiyə, İran və Rusiya ittifaq qursalar bölgədə sabitlik yaranar. Türkiyə Rusiyaya da, İrana da bu təklifi göndərməlidir. İran bu eqoistlikdən, qürurdan əl çəkməlidir.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Həqiqətən də insanların səhvlərini düzəltmək istəyirsinizsə, İslam Birliyini yaradın, hər kəs təməlindən düzəlsin, terrora da, anarxiyaya da son qoyulsun.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

QƏRBDƏN, ŞƏRQDƏN, CƏNUBDAN DA ELM VƏ BİLİK, GÖZƏLLİK HARADA VARSA QƏBUL EDƏRSƏN. Avtomobili, təyyarəni biri kəşf edər alarsan. Biri teatrı, musiqi alətini tapar, onları da alarsan. Xeyir, faydalı işlərin, elmin qərbi, şimalı, cənubu olmaz.
A9 TV; 10 Sentyabr 2012
avatar

Adnan Oktar

Biz terroristləri silahla təsirsizləşdirmələrini otuz ildən bəri gözləyirik. Bunun həll yolu silah yox, elmdir. Darvinizm və materializm yerlə-yeksan edilməlidir.
A9 TV; 10 Sentyabr 2012
PAYLAŞIN
logo
logo
logo
logo
logo