Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman möcüzələrini gizlədən bəzi şəxslər gələcəkdə çox rüsvay olacaqdır. Qəribə məntiqlə Axırzaman hədislərini gizlədirlər. Onların bu əlamətləri bütün gizləmə səylərinə baxmayaraq, bütün Türkiyə əlamətləri öyrəndi.
İran dost və qardaş ölkədir. İngiltərə dərin dövlətinin təhriklərinə qapılıb İranın əleyhinə çıxmaq heç ağıllı davranış olmaz. Bu oyuna heç kim düşməsin.
Biz qapını açdıqdan sonra bütün dünyada İngiltərə dərin dövlətinə qarşı şüurlanma oldu. Əvvəllər dərin dövlət anlayışı heç bilinməzdi.
Türkiyəyə qarşı edilən oyunlara veriləcək ən gözəl cavab İslam Birliyidir. Rusiya, İran, İsrail və bütün İslam aləmi dostluqda birləşək.
İngiltərə dərin dövləti dünya səviyyəsində casusluq şəbəkəsi ilə, münafiqləri formalaşdırıb, müsəlmanları bir-birinə qırdırmaq siyasətini reallaşdırmağa çalışır.
Bəzi müsəlmanlar arasında demaqoqluq çox yayılıb, lazımsız mövzularla maraqlanıb İslam Birliyi kimi əsil mövzuları görməzlikdən gəlirlər.
Allah İslama xidmət edən bütün qardaşlarımızın işlərini bərəkətli etsin, payladıqları hər kitabın minlərlə qatı nurla sarsın.
İnsan başqa partiyaları dəstəkləyə bilər, lakin Tayyib hocam bu vətənin övladıdır, onu İngiltərə dərin dövlətinə qarşı qorumaq partiyalardan kənar məsələdir.
Dəfələrlə söylədim mənim Mehdilik iddiam yoxdur. Ərəbcə bilmirəm. Həyatımın sonuna qədər də Mehdilik iddiam olmayacaq.
Hz. Əli və digər xəlifələrin şəhid edilməsinin əsas səbəblərindən biri dövrün münafiqlərinin Quranın kafi olmasını qəbul etməmələridir.
Xurafatların qaranlığında qalmaq istəyənlər haşa Quranı bəyənmirlər. Peyğəmbərimiz (s.ə.v) də Qurana tabe olmaqla məsuldur. (Yunis surəsi, 15: ayələrimiz onlara açıq-aşkar sənədlər halında oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, belə deyərlər: “Bundan başqa bir Quran gətir və ya onu dəyişdir”. De: “Mən onu nəfsimin istəyinə görə dəyişdirməm qeyri-mümkündür. Mən, təkcə mənə vəhy olunana tabe olaram. Əgər Rəbbimə asi olsam, həqiqətən mən, böyük günün əzabından qorxuram”.)
Allah, Quranda Quranın açıqlanmış və yetərli olduğunu bildirmişdir. Xurafat sisteminə uymaq istəyənlər haşa Allahın sözünə güvənmirlər.
Bir çox İslam ölkəsində xurafat səltənəti davam etsin istəyirlər, buna görə də haşa Quran qeyri-kafidir deyirlər. O zaman fəlakətlər bitmir.
İslam aləmindəki fəlakətlərin səbəbi böyük seqmentin Quranın kafiliyini qəbul etməməsidir. Allah “Quran yetərlidir” deyə buyurmuşdur.
Qurana görə Peyğəmbərimiz (s.ə.v)-in axirətdə İslam ümmətindən tək şikayəti, Quranı tərk etmiş olmalarıdır. (Furqan surəsi, 30: Nəhayət elçi dedi: “Ey Rəbbim, həqiqətən, mənim qövmüm bu Quranı tərk edilmiş (kitab) olaraq buraxdılar”.)
Allah müsəlmanlara mənəvi lider olaraq Mehdini seçəcəyini bildirmişdir. Allahın seçdiyinə tabe olmadıqda İslam aləmi fitnədən xilas olmur. Haşa Allahın seçdiyi Mehdini bəyənməyib hər qrup öz süni mehdisini hakim etmək istəyir. Bu zaman da Allah bərəkətsizlik verir.
Məsələ təkcə Hollandiya deyil, İngiltərə dərin dövləti özünü gizlədib başqa ölkələri irəli sürür. Türkiyə çox ağıllı və etidallı hərəkət etməlidir.
Türkiyə mehdiyyəti təmsil edən bir ölkə olduğu üçün Türkiyəyə istiqamətli çox irimiqyaslı dəccaliyyət ittifaqı və hücumu var.
Müsəlmanların bir hissəsi dəccaliyyətlə üz-üzə olduğumuzu yeni-yeni görür. Bu mühasirəyə qarşı yeganə həll yolu İslam Birliyidir.
İngiltərə dərin dövlətinin İslamiyyəti öz aləmində yox etmək üçün tətbiq etdiyi ən əmin yol xurafatlara tabe olub Quranın tərk edilməsini təmin etməkdir. İngiltərə dərin dövləti müsəlmanları dörd tərəfdən əhatə edib böyük tələyə saldı. Qurana sarıldığımız zaman bu tələdən xilas olacağıq.
Allah hələ kainat yaradılmadan bütün peyğəmbərlərdən və bütün insanlardan əhd aldığını bildirmişdir. Bu, zər aləmidir.