Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri öz aləmlərində Peyğəmbər (s.ə.v)-dən daha ağıllı olduqları iddia edirdilər. Özlərini guya daha ağıllı zənn etdikləri üçün, yekəxana danışırdılar. Münafiq çox nəzakətsiz və ədəbsiz olar.
Hədisdə: “Ümmətimdəki münafiqlərin əksəriyyətini təhsil alanlar təşkil edər" deyir. Bilikləri nəticəsində həmişə havalanar, ayrı olmaq istəyərlər. Münafiqlər öz aləmlərində “mən daha ağıllıyam, daha bilikliyəm” deyə təkəbbürlənərək müsəlmanlardan ayrılmaq istəyərlər.
Münafiqin qəlbində getmək arzusu hər gün olar. İmam Qəzali “Əhya” əsərində: "Məsciddəki münafiq qəfəsdəki quş kimidir. Qəfəsin qapısı açılan kimi, quş uçub qaçar" deyir.
Müsəlmanlar; “münafiq getsəydi rahatlayardıq” deyərlər, lakin biri daha gələr. İbadət üçün münafiq lazımdır, əhəmiyyətlidir. Sadəcə Quran vasitəsilə mübarizə aparmaq üsulunu yaxşı bilmək lazımdır.
Münafiq təhlükəsinə qarşı zəifləmək çox təhlükəli olar. Münafiqə qarşı ömür boyu ayıq-sayıq olunmalıdır. Çünki münafiq qatran kimidir, yapışar. Biri getsə digəri gələr müsəlmanların yanına. Münafiqsiz müsəlman cəmiyyəti olmaz.
Münafiq tək deyil. Müsəlmanlardan ayrıldığı vaxt, hazır bir münafiq cəmiyyətinin arasına doğru gedər. Həmişə özünü qoruyacaq və himayə edəcək dəstəsi olar. Lakin onlardan da nifrət edər, onlar da ondan nifrət edərlər.
Münafiq həmişə ətrafına pislik, murdarlıq və münafiqlik öyrədər. Bəzi alçaq ağılsızlar da münafiqə itaət edərlər. Məsələn, o dərin dövlətə heyrandırsa, bu da dərin dövlətə heyran olar. Münafiq murdardırsa, bu da murdar olar. Münafiq çoxbilmiş gəvəzədirsə, bu da çoxbilmiş gəvəzə olar.
Müsəlmanı münafiqlər dəstəkləsə, kafirlər dəstəkləsə, murdar insanlar dəstəkləsə məhv oldu deməkdir. Lakin müsəlmana qarşı çıxmaları, onun doğru yolda olduğunu göstərir.
Sevgidə qürur olmaz. Çünki qürur olduqda sevgi bitər. Qürur və bağışlamamaq sevginin zəhəridir. İnsanlar bundan ötrü sevgini davam etdirə bilmirlər. Lakin bağışlamaq, qürura nəzarət etmək və onu əzə bilmək sevginin yolunu sonuna qədər açar.
Dünyanın sonu gəldi, Allah gözəl bitməsini istəyir. Xristianlıq, yəhudilik və müsəlmanlığın bu cür şirk və pərişanlıq içində olarkən bitməsini istəmir. Hər üçünün də tövhid inancı ilə ehtişamlı şəkildə bitməsini istəyir. Hz. Mehdi (ə.s)-ın zühuru, hz. İsa Məsih (ə.s)-ın enişi və İslamın hakimiyyəti. Onsuz da ardınca sürətli pozulma baş verəcək.
Darvinist təhsilin dayandırılması mühüm mövzu kimi ələ alınmalıdır. Darvinizmlə Allah inkar edilir. Həmçinin gənclərimiz ateist, darvinist və materialist yetişdirilir. Bu böyük fəlakətdir.
Ağıl Allahdan bir nurdur, insana Allah tərəfindən ilhamla verilir. Öz-özünə ağıl meydana gəlməz. Allah ağlı alsa bir anda donub qalarsan, bəsirətin qapanar, lal olub belə baxarsan.
Peyğəmbərimiz (s.ə.v) dövründəki bütün münafiqlərin xüsusiyyəti özlərini Peyğəmbər (s.ə.v)-dən üstün görmələri və ön plana çıxartmalarıdır. Münafiq qadınlarda və münafiq kişilərdə, hədəf həmişə ən qabaqda olmaq, ən böyük olmaqdır. Özlərini haşa Allah kimi görərlər.
Münafiqlər Peyğəmbər (s.ə.v) və səhabələrə: "Döyüşməyi, mübarizə aparmağı bacarsaydıq sizinlə gələrdik" deyirlər. Münafiq bilərəkdən bacarıqsız kimi özünü göstərər. Həmçinin müsəlmanların da İslam üçün fəaliyyət göstərməsini istəməz. Onları da dayandırmağa çalışar.
İslam aləminin məhv olmasının səbəbi münafiqlərdir. Münafiq dəhşətli gücdür. İnsanlar yanlış bilirlər, küfr əhlini əsas götürürlər. Kafirin gücü mində birdirsə, münafiqin gücü mində doqquz yüz doxsan doqquzdur. Əsas təhlükə münafiqdir.
Dərin dünya dövləti Mövləviliyi İslama qarşı din kimi düşünür. Çox əhatəli hazırlıq görüblər, gizlicə bünövrədə bir din yaradılıb. İnsanları İslamdan ayıra bilməyəcəkləri üçün, İslamın yerinə keçəcək din kimi Mövləviliyi görürlər.
Hər dövrdə dəccal olmuşdur, lakin ən böyük dəccal Axırzaman dəccalıdır. Ona qarşı da Allah, xatəmə vəli olan, gəlib-keçmiş ən böyük vəli olan Mehdi (ə.s)-ı çıxardır.
Qazilərə çox yaxşı sahib çıxmaq lazımdır. “Mənə nə dəxli var” demək çox böyük əxlaqsızlıq olar, şəxsiyyətsizlik olar. Çünki onlar Allah üçün, vətən üçün, bayraq üçün, dövlətimizə zərər gəlməməsi, torpağımızın bölünməməsi üçün, bədənlərini fəda edirlər.
Bəziləri mənfəətləri üçün ağlamağı silah kimi istifadə edər. Bunlar özünü acındırmaq, nəsə əldə etmək, bir şeyə qarşı çıxmaq və qarşı tərəfi qorxutmaq üçün, şeytani hay-küy çıxarma üsuludur. Müsəlman Allah eşqiylə ağlayar. Bir insanı narahat etmək, qorxutmaq üçün ağlamaq olmaz. Bu əxlaqsızlıqdır, zülmdür.
Münafiqlər danışanda şər danışarlar. Münafiqlər danışanda ya fitnə, ya bəla, ya uğursuzluq, ya döyüş səbəbi, ya sataşma səbəbi, ya vəsvəsə, ya da şeytani vəsvəsəylə şər danışarlar. Mömin bəs necə olar? Həmişə xeyir, həmişə gözəl, həmişə sakitləşdirici, həmişə fitnəni ortadan qaldıran və qəlbdə fərəhlik yaradacaq şəkildə danışar.
Münafiq, münafiqə aid ayələri qətiyyən üzərinə götürməz, ancaq mömin bu ayələrdən dərs alar. Dəhşət və heyrətlə görər bunları, mən nə eləmişəm deyə düşünər, mən münafiq əlamətlərinin içinə batmışam, bataqlığa batmışam, dərhal xilas olum deyər. Tamamilə imtina edər, tamamilə qəlbində buna son qoyar, çünki bəllidir ki, onunla yaşaya bilməyəcək, onsuz da pis olduğunu görmüş olur.