Osmanlıdakı dərin dövləti Allah idarə edər. Rusiyadakı, Amerikadakı dərin dövləti Allah idarə edər. Dərin dövlətlər Allahın söylədiyindən bir millimetr, bir santimetr belə kənar hərəkət edə bilməz. Necə ki, elektronlar orbitdə müəyyən sürətlə fırlanır və həmin orbitdən qətiyyən çıxa bilmirsə, dərin dövlətlər də orbitdən çıxa bilməz. Özbaşına heç bir hərəkət, heç bir mühakimə yürüdəməz.
Bir kürdə PKK-lı demək ən böyük təhqirdir. Kürdlər məndəndir, qanımdır, qardaşımdır. PKK isə dünyadakı bütün murdarların, bütün alçaqların bir yerə toplandığı qürursuzlar ordusudur. Kürdləri təhqir etmələrinə icazə vermərəm.
(A9 TV; 26 noyabr 2015)
Adnan Oktar
-
Uşaqları öldürürlər, əsgəri, polisi arxadan vururlar, namərdlik edirlər. Amerikadan seksual azğınlar gəlir və onlarla birlikdə olurlar. Biz bunlara nifrət etməyib də, kimə nifrət edək? Bu əxlaqsızları yoxsa alqışlayaq? Əlbəttə ki, lazımi işləri görəcəyik.
(A9 TV; 26 noyabr 2015)
Adnan Oktar
-
Biz: "Sevgi xoşbəxtlikdir, şəfadır" sözü ilə şeytanın beynini parçalayırıq. Şeytanın ən narahat olduğu, ən nifrət etdiyi söz, sevgi sözüdür.
(A9 TV; 25 noyabr 2015)
Adnan Oktar
-
Heç bir ölkəyə, irqə, dinə düşmənçilik bəsləmək olmaz. Hər yerə hər kəsi sevən, hörmət edən, qoruyub himayə edən bir ruh və əxlaq idrakı hakim olmalıdır.
(A9 TV; 25 noyabr 2015)
Adnan Oktar
-
Prezident idarəetmə sisteminin tətbiq olunduğu ölkələr onsuz da nizamsız vəziyyətdə idilər, prezident idarəetmə sistemi ilə onları birləşdirdilər. Lakin dünyada unitar bir dövlətin prezident idarəetmə sisteminə keçib bölünməsinə aid nümunə yoxdur.
(A9 TV; 23 noyabr 2015)
Adnan Oktar
-
Göz olmadan insan görə bilməz deyirlər, elə deyil? Bəs beynin içindəki elektriki üçölçülü və rəngli təsvir olaraq görən nədir? Bu nədir? Gözü yoxdur, siniri də yoxdur, heç nəyi yoxdur. Təkcə elektrik siqnalına baxır və bütün təsvirləri üçölçülü olaraq görür.
(A9 TV; 23 noyabr 2015)
Adnan Oktar
-
Bəlanın gəlmə anı çox qiymətlidir. Gözəl imtahan anıdır. Mömin bu fürsəti qaçırtmamalıdır. "Ey Rəbbim, Səndən gəldim Sənə qayıdacağam, Səninəm, hər şeyi Sən yaradırsan. Başıma gələn müsibət hələ meydana gəlmədən əvvəl, o Sənin qatında baş vermişdir. Mən Sənin verəcəyin hər cür imtahana hazıram" deməlidir. "Hər cür xeyirə möhtacam, bu imtahanı gözəlliklə yaşamağımı mənə nəsib et" deməlidir. Ətrafdakılar da onun bu imtahanını təbrik etməlidir. Təşvişə salmaq olmaz.
(A9 TV; 22 noyabr 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) yetmiş pərdəyə bürünmüşdür, görə bilənlərə eşq olsun. Bu elə bürünmədir ki, hz. Mehdi (ə.s) belə özünü görə bilmir. Allah bu dərəcədə bürümüşdür. Tövrat təfsirçisi hahamlar: "Anası, atası, ailəsi onlar da görə bilməzlər Moşiyah Mehdini" deyirlər. Bu qədər pərdələnmişdir.
(A9 TV; 22 noyabr 2015)
Adnan Oktar
-
Dünya İsrailə qarşı döndü. İsrail dindar olsun, Allaha qayıtsın. Bu Allahdan onlara ilahi xəbərdarlıqdır. Bu Tövratda var; Tövratın əslinə qayıtmayacaqları təqdirdə Allahın qəlblərinə qorxu salacağı, dünyanın hər yerində alçaldılıb əziləcəkləri və zorakılığa məruz qalacaqları bildirilir. Yəhudiliyin qurtuluşu dindarlıqdadır.
(A9 TV; 22 noyabr 2015)
Adnan Oktar
-
Allah rəngli olanı sevər. Bu rəngli dünyada xəstəliklər olur, dərdlər olur, hadisələr, döyüşlər, gurultular, təzyiqlər, sıxıntılar, çətinliklər; insan bütün bunların arasından keçərək yüksələndə, Allah onu sevir.
(A9 TV; 21 noyabr 2015)
Adnan Oktar
-
Qadın hüquqları, azadlıq, demokratiya, musiqi, şəkil, sənət, heykəltəraşlıq, gözəl olan hər şeyə hökumət sahib çıxsın. Keyfiyyətə hökumət sahib çıxsın, estetikaya hökumət sahib çıxsın. "Bunlar türk millətinin xüsusiyyətidir" desin.
(A9 TV; 21 noyabr 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti ayaq basdığı hər yerdə şeytanın ayağını qırmaqdır. Faşizmin ayaq səslərini yox etməkdir. Azadlığı, sevinci, bayram əhval-ruhiyyəsini, iman sevincini bütün dünyaya daddırmaqdır. Görünməmiş ictimai ədalət yaratmaqdır.
(A9 TV; 21 noyabr 2015)
Adnan Oktar
-
Vəfa Allah üçün olar. İmansız insan üçün vəfanın bədəli ağırdır. Başını bəlaya salar. Möminə isə, bərəkət və nur gətirər, gözəllik gətirər. Görünməmiş gözəllikdir, igidlikdir. Səbrin hər dəqiqəsi, saniyəsi imansız bir insanın sümüklərini çatırdadar, ona qəribə əzab verər. Lakin iman olduqda səbir edilər. Bunun üçün insanlar Qurana borcludurlar.
(A9 TV; 19 noyabr 2015)
Adnan Oktar
-
Gözəl əxlaqlı olum deməklə, insan gözəl əxlaqlı ola bilməz. Allahdan qorxaraq, Allahı sevərək gözəl əxlaqlı olunar. Yoxsa səxavətli ola bilməz. Birinə mal verdikdə insanın ürəyi yanar. Bağışlamaq qəribə şəkildə qəzəbləndirər. Əgər iman yoxdursa, Allah qorxusu yoxdursa bağışlamaq, çox əsəbiləşdirici haldır.
(A9 TV; 19 noyabr 2015)
Adnan Oktar
-
İnsanların topluluq halında xoşbəxt yaşamaları üçün lazım olan ən ağıllı və ən mükəmməl tənzimləmə yolu Quranda mövcuddur.
(A9 TV; 19 noyabr 2015)
Adnan Oktar
-
Quran diqqətlə araşdırıldıqda dünyada cənnət kimi yaşanması üçün, lazım olan bütün mükəmməl qanunların çox yaxşı qeyd olunduğunu görərik. Yəni Quran tam tətbiq olunduqda insanlar çox mükəmməl yaşayarlar. Nə etdiklərini çox yaxşı bilərlər. Cəmiyyət də çox mükəmməl yaşayar.
(A9 TV; 19 noyabr 2015)
Adnan Oktar
-
İman zəifliyi olsa, əxlaq zəifliyi də olar. Çünki insan gözəl əxlaqı Qurandan öyrənir. İslam olmasa səbirli olmağa yaxın durmaz; "niyə səbirli olum?" deyər. "Niyə bağışlayım?" deyər. "Niyə əliaçıq olum?" deyər. "Niyə haqqımdan imtina edim?" deyər. Hər cəhətdən çökər insan.
(A9 TV; 19 noyabr 2015)
Adnan Oktar
-
Müsəlmanlar üçün ən mühüm şey imanın güclü olmasıdır. İman zəifliyi insanları pərişan edir. Dünyadakı ən böyük problem iman zəifliyidir. Quranın ən azı 70%-də insanların iman zəifliyindən bəhs edilir, iman həqiqətlərinin əhəmiyyətindən bəhs edilir.
(A9 TV; 19 noyabr 2015)
Adnan Oktar
-
Bəzi insanlara diqqət yetirin, özünə tək bir söz belə dedirtməz. Hamısına tək-tək izah gətirər. Həqiqətən tənqid olunacaq şeyi qəbul etməz. Bu böyük ziyan verər və insanda çox ciddi psixoloji problem meydana gələr. Yaxşı baxın, görərsiniz. Lakin özlərini tənqid edənlər çox həlim olurlar. Nə etdiyini çox yaxşı bilən, eləcə də, sözü və əməli bir-birini tutan insan olurlar. Bunu da görə bilərsiniz. Bu Quranın bir möcüzəsidir.
(A9 TV; 19 noyabr 2015)
Adnan Oktar
-
Ağılla hərəkət edən və nə etdiyini bilən insan olmaq üçün, mütləq nəfsi tənqid etmək lazımdır. Hərdənbir olsa da, mütləq tənqid etmək lazımdır. İnsanların içində də tənqid etmək lazımdır. Bu zaman insan ağılla hərəkət edən və nə etdiyini bilən biri olar. Bu Quran möcüzəsidir. Gözlə görünən möcüzədir.