avatar

Adnan Oktar

Orta məktəblərdə, liseylərdə, universitetlərdə; “insan tamamilə təsadüfən yaranmışdır. Əvvəlcə palçıqlı sularda bir bakteriya yarandı, sonra inkişaf edərək soxulcan oldu sonra qurbağaya çevrildi. Sonra qurbağa primata çevrildi, primat meymuna, meymun da insana çevrildi” geniş şəkildə bunlar tədris olduğuna görə sən necə; “darvinizm yoxdur” deyirsən? Anlamazlıq etməklə bu ideologiya məhv olmaz.
A9 TV; 31 avqust 2015
avatar

Adnan Oktar

“Darvinizm qaldı ki?” deyirlər. Orta məktəblərdə, liseylərdə, universitetlərdə səhərdən axşama qədər sənə darvinizmdən danışırlar. İmtahanda soruşurlar; "bəli, elədir" demədikdə kursda qalırsan. Kursda qalacağını gözə alaraq əksini söyləyə bilmədiyinə görə, deməli, sistem güclü işləyir.
A9 TV; 31 avqust 2015
avatar

Adnan Oktar

İnsanlar öhdəsindən gələ bilmədikləri bir ideologiya ilə qarşılaşdıqları vaxt, həmin ideologiyanın olmadığını iddia edirlər. Məsələn; "Marksizm, Leninizm varmı?" deyirlər. Bəs dövlətin öhdəsindən gələ bilmədiyi sistem nədir? Sən nə ilə mübarizə aparırsan? Hər gün polis, əsgər şəhid edilir. Bunları şəhid edən kimdir? Hansı ideologiyadır? Özünü necə anlamazlığa vura bilərsən?
A9 TV; 31 avqust 2015
avatar

Adnan Oktar

Darvinist, materialist düşüncəyə qarşı əgər gəncləri yetişdirməsən, PKK-ya ideoloji cəhətdən qalib gələ bilməzsən, siyasi cəhətdən də qalib gələ bilməzsən, heç bir cəhətdən qalib gələ bilməzsən.
A9 TV; 31 avqust 2015
avatar

Adnan Oktar

Səhv düşüncə olmasına baxmayaraq, yenə də PKK-lıların idealları vardır. Bizim gənclərimizin böyük hissəsini idealsız yetişdirirlər. Onlara qarşı, onlardan xeyli əzmkar, xeyli qətiyyətli gənclər yetişdirməsən, onlara qalib gələ bilməzsən.
A9 TV; 31 avqust 2015
avatar

Adnan Oktar

Bizim gənclərimizin xeyli hissəsini çox pul qazanmağa çalışan insanlar kimi yetişdirirlər. Məsələn, evlənsin, işi ilə məşğul olsun, yaxşı avtomobili olsun, kef içində yaşasın. Amma PKK-nın ideologiyasında stalinizmi tezliklə hakim etmək, Orta Şərqi kommunist, marksist, leninist düşüncə ətrafında birləşdirmək, proletar diktatorluğunu qurmaq var. Bunun üçün də dağlarda yatırlar. Evlənmək və sair şeyləri qətiyyən düşünmürlər. Bir çoxu universiteti tərk edir, məktəbi də tərk edir, yalnız bu məqsədə xidmət edən bir həyat tərzi formalaşdırırlar. Gecə-gündüz oxuyurlar, biliklərini artırırlar.
A9 TV; 31 avqust 2015
avatar

Adnan Oktar

Marksist, Leninist, Stalinist düşüncə ilə sülh, qardaşlıq, mehribanlıq, gözəl əxlaqı bir yerə gətirə bilməzsən. Marksist, Leninist, Stalinist düşüncəsində dəhşət və zorakılıq vardır. Hədəfinə çatana qədər hər cür namərdlik, hiyləgərlik, alçaqlıq etmək mübahdır. Bank soyar, adam öldürər, ora-buranı yandırar, təxribat törədər. Hamısı mübahdır.
A9 TV; 31 avqust 2015
avatar

Adnan Oktar

Türkiyə, PKK-nı yerli-dibli yox etməlidir. Cənub-Şərqi Anadolu sərhədimizdə qurulan bu dövləti də dağıtmalıdır. Qorxutmaq məqsədiylə silahları, o kommunist stalinist dövlətə tərəf çevirməlidir. 2000 tankla birdən getsinlər. 48 saatda əməliyyatı bitirə bilərlər, hamısını təmizləyib ələ keçirə bilərlər. Dövlət oradakı stalinist işğalı aradan qaldıra bilər. Bu mənada dəliqanlılıq və qoçuluq həmişə müvəffəqiyyət qazandırar.
A9 TV; 25 avqust 2015
avatar

Adnan Oktar

Dünyadakı ən müasir fəlsəfə marksizmdir, leninizmdir və bunlar hal-hazırda bütün dünyada qüvvədədir. Hər yerdə tətbiq olunur. Elmi yolla mübarizə aparsan, tənqid etsən əzib keçə bilərsən. Yoxsa qüvvədə qalar, davam edər.
A9 TV; 25 avqust 2015
avatar

Adnan Oktar

Stalinizm, leninizm, darvinizm elmdir. Saxta və azğın da olsa elmdir. Sosiologiya və fəlsəfə sahələrinə məxsus bir elm sahəsidir. Sən buna elmi cavab verməsən onlar davam edər və haqlı olduğuna inanar.
A9 TV; 25 avqust 2015
avatar

Adnan Oktar

“Proses” nə gözəldir, hazırda qarşıdurma yoxdur deyir. Bu əsnada adam silahlanır. Qarşıdurma olmadıqda daha rahat silahlanır. Köhnə silahları dəyişdirir. Gəncləri dağa gətirir, yaşlıları dağdan endirir, onlardan təbliğat prosesində istifadə edir. Bundan ötrü də, adam güc qazanır.
A9 TV; 25 avqust 2015
avatar

Adnan Oktar

Gözəl baxış yalnız iman əhlinə məxsus xüsusi bir gücdür. Yəni bir insan gözəl baxa bilirsə, deməli, ağıllıdır. Axmaqca baxırsa, deməli, imanında və ağlında bir problem var.
A9 TV; 24 avqust 2015
avatar

Adnan Oktar

Hz. İsa Məsih (ə.s) çox təvazökardır, eqoist deyildir, zarafatcıl, şirin, gözəl xasiyyətli bir insandır. Xoş söhbət insandır. Ağlasığmaz dərəcədə yaraşıqlıdır. Baxanlar incəliyinə, keyfiyyətinə, nəzakətinə heyran qalacaq. Oturub-durmağı, yeyib-içməyi, hər şeyi çox nəzakətlidir.
A9 TV; 24 avqust 2015
avatar

Adnan Oktar

Hz. İsa (ə.s) gələndə müasirlərin ən müasiri olacaq. Avropalılara çox bənzəyəcək, çox keyfiyyətli bir dəliqanlı olaraq gələcək. Hz. İsa (ə.s) olduqca qabiliyyətli bir dəliqanlıdır. Allah Qatına alınmadan elə idi, gələndə də eynilə elə olacaq.
A9 TV; 24 avqust 2015
avatar

Adnan Oktar

“Görəsən bu bəla haradan gəldi? Niyə problem çıxdı?” deyirlər. Yunanıstanda, Avropa ölkələrində iqtisadi böhranlar, narahatlıqlar yaşanır. Bəlanın, anarxiyanın tək səbəbi Allaha həmd edilməməsidir. Bütün dünyada çəkilən əzabların, yaşanılan sıxıntıların tək səbəbi budur. Allah: “Siz Məni unutsanız, Mən də sizi unudaram” deyir.
A9 TV; 24 avqust 2015
avatar

Adnan Oktar

İnsanların böyük hissəsi Allaha həmd etmək istəmir. Belə olduqda da, Allahdan nemət gəlmir, təkcə bəla gəlir, sel kimi. Həmd edilməyəndə bəla gəlir.
A9 TV; 24 avqust 2015
avatar

Adnan Oktar

Allahı sevirsənsə, işlərin həmişə asan olar. Lakin Allahı sevə bilmirsənsə, hər gün üzərinə bəla yağar. Qarşı çıxa bilməzsən.
A9 TV; 23 avqust 2015
avatar

Adnan Oktar

Bütün məsələ Allahı sevmədədir. Heç vaxt unutmamaqdır. Sevgili unudulmaz. Heç vaxt unutmamalısan. Yemək yeyəndə, duş qəbul edəndə, oturanda, qalxanda, küçədə olanda, əsəbiləşəndə... Müsəlmanın qəlbi həmişə Allah sevgisiylə dolu olmalıdır.
A9 TV; 23 avqust 2015
avatar

Adnan Oktar

Allahı səmimi sevirsənsə, cəhənnəmdə belə olsan Allah qorusun (belə ki, Allah belə bir şey etməz), cənnətdəymiş kimi olarsan. Allahı sevmirsənsə cənnətdə belə cəhənnəmin içindəymiş kimi olarsan.
A9 TV; 23 avqust 2015
avatar

Adnan Oktar

Bol-bol səylə əlaqəsi yoxdur. Bütün məsələ Allahı səmimi sevməkdir; dərin sevgiylə sevməkdir. Allahı sevirsənsə çox əmin-amanlıqdasan . Yəni Allahı çox sevirsənsə mütləq qalib gələcəksən. Bax, iman edirsənsə demirəm. Sevirsənsə deyirəm. Onsuz da sevmək üçün iman edilməlidir.
A9 TV; 23 avqust 2015
avatar

Adnan Oktar

Dövlət, PKK-nın ideologiyası olduğu halda, əks ideologiya ilə ortaya çıxmır. Buna görə də, PKK hökm sürür. Ancaq anti-darvinist, anti-stalinist təhsil verilərək, ideologiyasının əsassızlığı elmi dəlillərlə izah edilərək məğlub edilər.
A9 TV; 23 avqust 2015
PAYLAŞIN
logo
logo
logo
logo
logo