Öldürülmək üzrə olan bir insana, "səni xilas edim?" deyilməz. Bir yerdə cinayət işlənirsə birbaşa gedib xilas edərsən. Qapını sındırıb içəri girərsən. "İçəri girməyə, qapını sındırmağıma icazə verirsinizmi? Bu haqda referendum keçirək" desən, bu vaxt onu itirərsən.
Əvvəlcə bir tərəf sağlam fikirlə yaxınlaşmalıdır ki, qarşı tərəf də sağlam fikirlə yaxınlaşa bilsin. Sən dəli olmaq vəziyyətində olsan, yaxud kəskin aqressiv, qəzəbli olsan qarşındakı da sənin on mislin qədər daha aqressiv olar. Halbuki ağıllı yanaşmaq qarşı tərəfi də ağıllı yanaşmağa sövq edə bilər, ağlabatan məntiqə sövq edə bilər.
(A9 TV; 28 sentyabr 2015)
Adnan Oktar
-
Vicdanla yanaşmadığın vaxt sürünərsən. Bir bax, gecə-gündüz heç xoşbəxt olduğun bir an var mı? Hər gün kədərlənirsən. Hər gün özünü pis hiss edirsən. Hər gün əzab çəkirsən. Hər gün narahatlıq yaşayırsan. Yəni müsəlmanlıqdan qaçınca rahat mı olursan? Allah səni hara qaçsan mənəvi cəhətdən qovalar. Allah səni hər yerdə əzər. Allahdan xilas ola bilməzsən.
(A9 TV; 26 sentyabr 2015)
Adnan Oktar
-
Müsəlmanlardan qaçdığın təqdirdə Allah səni nemət dənizindən uzaqlaşdırar, gəldiyin vaxtsa, nemət dənizinə yaxınlaşmış olarsan. Məntiqi cəhətdən yanaşdıqda, əlbəttə ki, şeytan sənə düz olanı tərs göstərər, tərs olanı da düz göstərər. Məntiqlə yox, vicdanla yaxınlaşmalısan.
(A9 TV; 26 sentyabr 2015)
Adnan Oktar
-
Sevgi göstərmək savabdır. Savab qazanarsan, Allah Qatında gözəllik yaranar. Çünki sən Allahın təcəllisini sevirsən, Allahı sevmiş olursan. Allah səni o zaman daha çox sevər. Qəlbini daha çox genişləndirər.
(A9 TV; 26 sentyabr 2015)
Adnan Oktar
-
Müsəlmanlıqda yaş fərqi problemi yoxdur. Ağıl yaşı vardır. İnsan ağıllıdırsa, tamamdır.
(A9 TV; 26 sentyabr 2015)
Adnan Oktar
-
Küfr əhlində ancaq öz yaşıdı ilə xoşbəxt yaşayacağı inancı var, məsələn, bu da bütpərəst inanc, büt inancıdır. Həmyaşıdı olmalıdır, onun şıltaqlığına və ədəbsizliyinə qatlanmalıdır, kobudluğu, qanacaqsızlığı və eqoistliyi qarşısında səs çıxarmamalıdır. Məgər insanlar axmaqdırmı, buna heç kəs yaxın durmaz. Belə olduqda da tək qalarlar.
(A9 TV; 26 sentyabr 2015)
Adnan Oktar
-
Mən küfr edib də xoşbəxt olan bir insan görmədim. Bir vaxtlar: "Küfr edən xoşbəxt olur, lakin siz Allaha sarılın, cənnətdə xoşbəxt olacaqsınız, onlara etina etməyin" deyərdik. Lakin açıq-aşkar cəhənnəm həyatı yaşayırlar.
(A9 TV; 26 sentyabr 2015)
Adnan Oktar
-
Sən müsəlman olmaqla rahatlıq tapacaqsan. Müsəlmanlıq sənə daxili rahatlıq verər, sənə yoldaşlar, dostlar bəxş edər, zənginlik, bərəkət, bolluq gətirər. Hamı ilə sülh içində yaşaya bilərsən. Küfr olduqca acıdır, iztirabdır, əzabdır. Küfr etdiyin təqdirdə sürünərsən.
(A9 TV; 26 sentyabr 2015)
Adnan Oktar
-
Bəzi insanlar Allahı unutduqları vaxt, xoşbəxt olacaqlarını zənn edirlər, belə olmaz. Belə olduqda, Allah min bir cür bəla verir, xəbəri olmur. Allah daim köksünü daraldar, heç nədən zövq almaz, heç nədən ləzzət ala bilməz. Allah ona heç hiss etdirmədən, onu süründürər. Allahı unudaraq xoşbəxt olmaq mümkün deyil.
(A9 TV; 26 sentyabr 2015)
Adnan Oktar
-
Möminlər aralarında murdarlığı saxlamazlar. Münafiq murdarlığı tez-tez yuyular, müsəlmanlardan təmizlənib gedər. Təmizləndikcə də möminlər gümrahlaşar, rahatlayar. Duş qəbul edən insan necə olur? Gümrahlaşır elə deyilmi? Tərtəmiz olur. Məhz münafiqin murdarlığı getdikdə də belə olar.
(A9 TV; 25 sentyabr 2015)
Adnan Oktar
-
Münafiq mömin cəmiyyətin kiridir. Necə ki, mömin yuyunduqda kir ondan gedir, duş qəbul etdikdən sonra tərtəmiz olur. Sabunla yuyursan kir gedir, sağlam olursan. Sən: "Niyə murdarlıq yox olub gedir?" deyirsən. Mömin təmizdir, murdar yaşamaz. Murdarlığı yuyar, murdarlıq gedər, münafiq gedər, geriyə nur kimi möminlər qalar.
(A9 TV; 25 sentyabr 2015)
Adnan Oktar
-
Dövlət xərçəng xəstəsi olan kasıb ailələrə ciddi pul yardımı göstərsin. Xəstənin dərmanları və baxımı da pulsuz olsun. Yazıqdır, günahdır. Heç kəs: "Mənə nə dəxli var, onsuz da mən xəstə deyiləm, məni maraqlandırmaz" deməməlidir.
(A9 TV; 24 sentyabr 2015)
Adnan Oktar
-
Sevgini verən Allahdır. Bu möcüzə olaraq meydana gəlir. Yəni ehtirası meydana gətirən Allahdır. Azğınlarda və dəlalətə düşənlərdə ehtiras olmur. Bunun üçün çalışırlar, lakin olmur. Nə etsələr də olmur. Filmlərdə bunu canlandırırlar, romanlarda canlandırırlar, lakin faktiki həyatda əsla alınmır. Niyə? Çünki bu iman gətirdikdə yaranan bir möcüzədir. İmanlı kişi və imanlı qadın arasında yaranan bir gözəllikdir.
(A9 TV; 24 sentyabr 2015)
Adnan Oktar
-
Sən Qurana tabe olsan lovğalanmaq sənə çox səthi, çox adi, sadə, nalayiq bir hərəkət kimi gələr. Qurana tabe olmasan yol göstərənin kim olar? Şeytan olar. Sənə lovğalıq da etdirər, lağ edəndə olarsan, ədəbsizlik də etdirər, xırçın, dalaşqan edər. Ara vurar. Sevgisizlik yaradar, daxili enerjini yox edər.
(A9 TV; 24 sentyabr 2015)
Adnan Oktar
-
İslam Birliyində musiqi, şəkil, heykəl, incəsənət var. İpək də geyərsən, qızıl da taxarsan, əylənərsən, gülərsən, beş vaxt namazını da qılarsan, Quran oxuyarsan, istədiyin kitabları da oxuyarsan, hər kəs azad və sərbəst olar.
(A9 TV; 24 sentyabr 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) zühur etdikdən sonra mövcud qatı dinçiliyin on qat artacağını zənn edirlər. Belə olmayacaq. Mövcud qatı dinçiliyin yüz misli yox olacaq, normal asan həyat olacaq.
(A9 TV; 24 sentyabr 2015)
Adnan Oktar
-
Hökumət mühafizəkar bir hökumət deyil, ünsiyyətcil siyasət izləsin. İncəsənət xadimlərini qucaqlasın. Şən, canlı bir Türkiyəni meydana gətirməyi hədəfləsin. Keyfiyyəti, gözəlliyi, estetikanı əsas götürən bir siyasət yürüdülməlidir.
(A9 TV; 24 sentyabr 2015)
Adnan Oktar
-
Keşikçi qardaşlarımız qətiyyən dövlətdən küsməsinlər, buna çox diqqət yetirsinlər. Bəzən bir problem yarandıqda dövlətə küsməyə meyl edirlər. Belə şey olmaz. Çünki öz mindiyin budağı kəsirsən. Öz sistemini yox etmiş olarsan. Dövlət küsülməli orqan deyil. Dövlət bərpa edilər.
(A9 TV; 23 sentyabr 2015)
Adnan Oktar
-
Hər süni mehdi hərəkəti, istəsə də, istəməsə də mehdiyyətə xidmət edər.
(A9 TV; 23 sentyabr 2015)
Adnan Oktar
-
Yorulsan, deməli, Allaha olan sevgin azdır. Yorulmasan, deməli Allahı çox sevirsən. İnsan sevdiyinə sevgisini göstərməkdən yorulmaz. Biz efirdə apardığımız bu söhbətlərlə Allaha olan sevgimizi göstəririk. Mən də Allaha olan eşqimi göstərirəm. Sevgili belə olar. Əgər sevirsənsə sevgilin üçün hər şeyi edərsən. Etmirsənsə, deməli, sevmirsən.