Nifrət başqa nifrəti artırar, kini artırar. Sevgi isə hər şeyi yoluna qoyar. Yəni insanın ağlı sevgiyə görədir. Bizim ruhumuz sevgiyə görədir. Biz ona görə yaradıldıq. Cənnət sevgi yurdudur.
Asıb-kəsən insandan xəlifə olmaz. Sevgi insanından xəlifə olar. Dünyanı kim cənnətə çevirməyə çalışarsa, xəlifə odur. Cənnət əlamətlərini dünyaya kim gətirsə, xəlifə odur.
Monotonluq yaxşı deyil. İnsanlara zərər verməyən dəlilik gözəldir. Monotonluq insanı sıxar. Fərqli xoş musiqilər, xoş paltarlar gözəl olur.
Sevənlər bir araya gələndə, ürəkdə bir fərahlıq olar. İnsan sevdiyini görəndə içi açılar. Qəlbinə qüvvə gəlir, məna gücü qazanar, hal alar.
Sənət adamına çox yaxşı sahib çıxmaq lazımdır. Sənət adamı asanlıqla yetişmir. Sənət adamı insanlara gözəllik təqdim etməyə çalışan, gözəl insan deməkdir. Sənət adamının dərdi, günü gözəllikdir. Onlara da, ona görə gözəl rəftar göstərmək, qorumaq, sahib çıxmaq lazımdır.
Kiçicik görünən bir cəhd belə Allah qatında çox qiymətlidir. Tək kəlmə ilə Allahın xatırlanması bərəkət gətirər, bəlanı dəf edər, fərahlıq gətirər.
Dənizlə zarafat etmək olmaz, dəniz təhlükəlidir. 100-150 metr dərinlik, nə deməkdir bu? Hovuz, ən çox yarım metr olmalıdır. Çimərlik də elə, ən çox 1.5 metr. Əlindən tutub çıxaracaq qədər. 1.5 metrdən artığına icazə verilməməlidir.
PKK xoşagəlməz hərəkətləri buraxmalıdır. Yaşamaq istəyirlərsə mütləq hara gedirlərsə çıxıb getsinlər, aşağı tərəflərdə bomboş ərazi var. Getsinlər özlərinə bir məkan tutsunlar, orada yaşasınlar. Bizdən uzaq olsunlar. Türkiyədə biz kürd qardaşlarımızla xoşbəxt və rahatıq.
PKK heç vaxt və qətiyyən silah buraxmayacaqdır. Silahı buraxdığı an PKK yox olar, PKK-ya kürəyini dayayan partiyalar varsa, onlar da buxar olar. Onlar silahla ayaqda dayanırlar. Silah getsə, onlar da gedər.
Biz sırf sevgiylə yaşayacaq kimiyik. Hava, su olmadan necə yaşaya bilmiriksə, sevgi olmadan da yaşaya bilmərik. Biz sevgiyə görə yaradılmışıq.
Türkiyənin qədəri dünya hakimiyyətidir. Allah Türkiyəyə bu cür vəzifə verdi.
Qatı dinçilik çox təhlükəlidir. Amma dindar insan çox hüzur verər. Hər cəhətdən əmin olursan, necə gözəldir; Allahdan qorxur, Allahı sevir, yalan söyləməz, oyun oynamaz, vəfasızlıq etməz, vicdansızlıq etməz, zülm etməz, nə gözəl! Başqa cür, təbii ki, çox böyük bir təhlükə olar.
Anadolunu o qədər dağıtmağa çalışdılar, amma heç kimə bir şey olmadı. Dəfələrlə hidrogen bombası atılmış kimi oldu Anadoluya. Millətə Allah müqavimət vermiş, İblis bir şey edə bilmir. Dağıda bilmədilər milləti, əlhəmdülillah.
Anadolunun saf əxlaqı dünya üçün ən gözəl modeldir. Anadoludakı saf əxlaq, təmiz əxlaq, sevgi anlayışı, vəfa, qardaşlıq anlayışı, yəni gözəl əxlaqı olan hər şey; Almaniya üçün, Yaponiya üçün, Avropa üçün, hər yer üçün birinci dərəcəli ən mükəmməl modeldir. İnsanlıq modelidir. Bütün dünyanın heyran olacağı bir modeldir.
İnsan üçün Yaradanın sənəti ən zövqlü nemətlərdən biridir. Bu gözəlliyi görmək, təfəkkür etmək, anlamaq insana çox sevinc verən nemətlərdən biridir.
Allaha aşiq olmağı istəmək lazımdır. Sənətini öyrətməsini Allahdan istəmək lazımdır.
Qadınlar ağlı səy göstərək axtarırlar, çünki özləri çox ağıllı olduqları üçün ağıllı biri onlara çox təsir edir.
Qadın çox mürəkkəb bir varlıqdır, çox diqqətlə davranmaq lazımdır. Sanki bir tül kimidir; o ruhun içində gəzmək üçün çox ağıllı olmaq lazımdır. Küt, zəif bir ağılla qadına yaxınlaşmaq adətən qeyri-mümkündür. Çünki çox tez inciyə, kədərlənə bilirlər. Yəni çox iti bir ağıl və diqqət lazımdır.
Kainatın uca Memarı, uca Yaradanı Allah Özünü pərdələmişdir. Sevənə pərdəni açır, qəflət gözüylə baxana pərdəsini bağlayır, o zaman onlar görə bilmirlər. Axırzaman şəxsi (Mehdi) üçün də elədir; sevənə pərdəsini qaldırır, Özünü sevməyənə o adamı da göstərmir.
Bitkilər və heyvanların hamısında Allahın təcəllisi vardır. Məsələn, bitki deyirsən, amma onun xromosomu fövqəladə bir gücə sahibdir.
Beyin həqiqətə istiqamətləndirildiyində “Alisa Möcüzələr ölkəsində"-ki kimi olar. Pərdə qalxır, Yaradanın sevinc verəcək, heyrətlər içində qalacaq aləminə giririk. Elə bir aləmdir ki, ucu-bucağı yoxdur. Sonsuzdur. Hər birində nəfəsimiz kəsilir. O sənətdən o sənətə, o gözəllikdən o gözəlliyə.