Biz sevgi üzərinə yaradıldıq. Sevgi ilə ürəyimiz rahatlayar. Nifrətdə boğularıq, bacarmarıq. Yəni ətimiz, sümüyümüz onu qaldırmaz. Bağışlayacağıq, hamısını qucaqlayacağıq.
(A9 TV; 25 Fevral 2013)
Adnan Oktar
-
Gözəl olan İslam Birliyidir, qardaş olmaqdır, hər kəslə qucaqlaşmaqdır. Düşmənimiz qalmasın. Düşmən insana çətinlik verər, böhrana salar. Dünyada düşmənimiz qalmasın. Düşmənimiz təkcə şeytan olsun. Dəccaliyyəti elmlə, mədəniyyətlə yox edək, qardaş olub, gözəl şəkildə yaşayaq.
(A9 TV; 25 Fevral 2013)
Adnan Oktar
-
Dünyanı xaos olaraq göstərmək, "təsadüfən yaradılmış varlıqlar, bir dünya var" demək, insanlığı məhv etmək deməkdir. Həm yalan danışmış olursan, həm də insanlığı məhv edirsən.
(A9 TV; 25 Fevral 2013)
Adnan Oktar
-
İnsanın sonsuz həyata olan məhəbbəti Allahla birlikdə olacağı üçündür. Müsəlman sonsuza qədər Allahla birlikdə olacağı üçün onun sevinci içərisindədir. Əks təqdirdə həyat çox mənasız, çox qorxunc olar.
(A9 TV; 25 Fevral 2013)
Adnan Oktar
-
Orta şərqi qurtaran İslamdır. Rahatlıq yaradan, sevinc verən İslamdır. İnsanlar dinlə xoşbəxt olar.
(A9 TV; 25 Fevral 2013)
Adnan Oktar
-
İslam Birliyi olarkən qürurla olmaz. "Biz üstünük, böyüyük, alicənabıq, siz bizə tabe olun, biz sizdən üstünük." Belə olmaz. "Biz xidmətçiyik, qardaşsınız, dostsunuz, yoldaşsınız. Sizi yoldaş olaraq qəbul etdik. Sizə xidmətçi olmağa gəldik." Təvazökar, mehriban, xoş niyyətli, dost və qoruyan bir üslub əsasdır. Təkəbbürlə, əzəmətlə olmaz.
(A9 TV; 24 Fevral 2013)
Adnan Oktar
-
Təsadüfən nə olar? Təsadüf nə edər? Bir insanı təsadüf necə yaradar? “Limon ağacını, portağalı, albalını, banan ağacını, uşaqları, quşları, bülbülləri, tovuz quşunu, zürafəni təsadüflər yaratdı” deyir. Bir də biz ruh sahibiyik. Tam rəngli görür, eşidir, hiss edir, qoxlayır, düşünürük. İnandıqlarından deyil. Sırf ideologiya olsun.
(A9 TV; 24 Fevral 2013)
Adnan Oktar
-
Döyüşsüz marksist düşüncə olmaz. Marksizm, marksist düşüncə, bu ideologiya sona qədər qan tökmək üzərinə qurulmuşdur. Qandan imtina etdiyində adamlar onsuz da onu inkar etmiş olar. Elə bir şey olmaz. Marksist düşüncə heç bir şəkildə qan tökməkdən imtina etməz. Marksist düşüncə elmlə, ağılla, sənətlə aradan qalxar.
(A9 TV; 24 Fevral 2013)
Adnan Oktar
-
Möhtəşəm əsr bu əsrdə olacaq, inşaAllah.
(A9 TV; 28 Fevral 2013)
Adnan Oktar
-
Ən gözəl olan şeylərin cəminə din deyilir. Fanatikliyi heç kim istəməz, amma sevgini, yaxşılığı, gözəlliyi hər kəs istəyər.
(A9 TV; 28 Fevral 2013)
Adnan Oktar
-
İP, BDP, CHB―bütün partiyalar, hamısı bu vətənin övladlarıdır. Hər kəsə şəfqətlə yaxınlaşmaq lazımdır. Hər birliyin yaxşı bir istiqaməti vardır, ordan yaxınlaşıb haqqı izah etmək lazımdır.
(A9 TV; 28 Fevral 2013)
Adnan Oktar
-
Bədiüzzaman həzrətləri xalis kürddür.
(A9 TV; 28 Fevral 2013)
Adnan Oktar
-
PKK-ya qarşı ediləcək ən gözəl əməliyyat elmi əməliyyatdır.
(A9 TV; 28 Fevral 2013)
Adnan Oktar
-
Dağ, düzənlik hamısı elmlə, mədəniyyətlə düzələr. Qarşımızda fəal, canlı, qərarlı siyasi bir ideologiya var. Buna qarşı da fəal, siyasi ideologiyadan daha çox üstün olan Quran anlayışı, iman anlayışı hakim olmalıdır. Yaradılış düşüncəsi, inancı elmi olaraq izah edilməlidir. Darvinizmin, materializmin etibarsızlığı çox əhatəli şəkildə dövlət tərəfindən xalqa izah edilməlidir.
(A9 TV; 22 Fevral 2013)
Adnan Oktar
-
İnsanlar acizlik içindədir. Allah böyükdür, sonsuz böyükdür. Allah adı bütün sonsuz aləmi titrədəcək bir isimdir. Möhtəşəm bir addır.
(A9 TV; 22 Fevral 2013)
Adnan Oktar
-
Həyəcanlı, şövqlü, idealı olan, Türk-İslam Birliyini hədəfə alan bir gənclik yetişməsi üçün bütün Türkiyədə böyük bir ictimai hərəkat başlamalıdır. Başladılsın ki, güclü hücumla PKK fikrini ortadan qaldıra bilək.
(A9 TV; 22 Fevral 2013)
Adnan Oktar
-
Bizim gəncliyimizi passivləşdirməyə çalışan bir çox mərkəz var. Gənclərimizi darvinist-materialist yetişdirməyə çalışırlar. Halbuki, bizim gəncliyimizin Darvinist-materialist yetişməsi PKK-nın istifadə edəcəyi əhəmiyyətli vəsait olar. Bu PKK-nın inkişafına təkan verər. Bu faydasız, qeyri-normal, elmə zidd olan vəziyyəti dövlət aradan qaldırsın.
(A9 TV; 22 Fevral 2013)
Adnan Oktar
-
Bizim gəncliyimizin güclü ola bilməsi üçün dövlətin Türk-İslam Birliyi düşüncəsini rəsmi olaraq ictimaiyyətdə dəstəkləməsi lazımdır.
(A9 TV; 22 Fevral 2013)
Adnan Oktar
-
Dövlət darvinizm-materializmi elmi olaraq tənqid edən təhsil siyasəti yeritməlidir. Gəncliyimizin həyəcanlı idealı, Türk-İslam Birliyi, İslam Birliyi idealı olmalıdır. Məsələn, PKK-nın bir kürd dövləti idealı, Böyük Kürdüstan idealı vardır. Bizim gəncliyimizin də böyük bir ehtiras və həyəcanla Böyük Türk-İslam Birliyi idealı olması lazımdır. Amma sevgi dolu bir ehtirasla olmalıdır.
(A9 TV; 22 Fevral 2013)
Adnan Oktar
-
PKK-nın tərəfdarlarının şövqü və həyəcanı, bir ideologiyası var. Onların əleyhinə olaraq bizim də gəncliyimizin şövqü, həyəcanı və ideologiyasının sağlamlaşdırılması, gücləndirilməsi lazımdır.