Namusumuz, şərəfimiz, vətənimiz, millətimiz, bayrağımız, Allahımız, Kitabımız bizim üçün həyatdır. Allah üçün gözümüzü qırpmadan canımızı verərik. Biz Allah üçün yaşayırıq onsuz da.
İslam bütün orta şərqi əhatələyən, Çin, Rusiyaya, hamısına qarşı şəfqətli olan, Amerikanı da, bütün dünyanı sevən bir sistemdir. Hər kəsi sevən, hər kəsə yaxşılıq edən bir sistemdir.
Allah mehdiyyətin, İsa Məsihin yolunu açmışdır. Bundan başqa bütün yollar bağlıdır. Nəhayətdə Allahın təqdir etdiyi olar.
Hiyləli tələ mehdiyyət üçün lazımdır. Hiləli tələ Mehdi (ə.s)-ın qidasıdır. Mehdi (as) onsuz da hiyləli nizamın üstündə inkişaf edir. Dəccalın üstünə basaraq yüksəlir. Fironun üstünə basaraq yüksələr mehdiyyət. Nərdivan kimidir onlar, hər gəldiklərində mehdiyyət bir az daha yüksələr.
Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti dini və həyatı asanlaşdırmaqdır. Hz. Mehdi (ə.s) insanların üzərindəki ağır şərtləri qıracaq.
Müsəlmanın ilk xüsusiyyəti sevgi dolu olmasıdır. Sevgi dolu deyilsə o müsəlman deyil.
Bəzi insanlar iman zəifliyinə görə guya mehdiyyəti ört-basdır etməyə çalışırlar. Müsəlman şən, ağıllı, səmimi və təbii olar. Cürbəcür sifətlərə düşməz.
Allah dinin ən parlaq dövrünü axırzaman üçün saxlamış, mehdiyyət dövrünü bəzəmişdir.
Daxili İşlər Nazirimizi Bədiüzzamana göstərdiyi hörmətə görə təbrik edirik. Ustadımıza olan sevgisi ilə könülləri fəth etdi.
Fanatiklər Allah sevgisindən, dərin imandan çox bəhs etməzlər. Yazdıqları yazılar da ümumiyyətlə əsəb və nifrət ehtiva edir. Sevgini, şəfqəti izah edəcək dərəcədə gücləri, qabiliyyətləri olmur.
Fanatiklərin tək bir üslubu olur, o da çox keyfiyyətsiz olur. Geyimləri, yeməkləri, həyat tərzləri çox zövqsüz olur.
Həqiqi iman aydın ağıl tələb edir. İman, Allahın varlığından bəhs edirsən sən. Bu çox iti bir ağıl tələb edir. Yəni həyatın ən həqiqi hadisəsi, ağılla yaxınlaşılacaq mövzudur.
Türkiyədə və dünyada müsəlmanlara müasir İslam modelini biz göstərdik.
Heç bir fəaliyyəti olmayan fanatiklər bizim dünya səviyyəsindəki xidmətlərimizi tənqid edirlər.
Bizim heç bir fanatikin dəstəyinə ehtiyacımız yoxdur, bunu bilsinlər.
"Cənab Allah nə deyər", biz yalnız ona əhəmiyyət verərik.
Allah bizim müvəffəqiyyətimizi Qurana uyğun gəldiyi üçün verir. Biz Cənab Allahın dəstəyi ilə bu günlərə gəldik.
Biz hz. Mehdi (ə.s)-ı sevirik, Allah da bizi sevsin, inşaAllah.
İnsanlar meteoritlərin sıxlaşmasındakı hikməti düşünməlidirlər.
Müsəlmana toxunan yara müsəlmanın şərəfini, qürurunu yüksəldir, cənnətdəki mövqeyini genişləndirir. Müsəlmanlar arasında etibarını, gücünü artırar. Küfrə yara toxunduğunda adamın axirəti, dünyası yanar. Yoldaşları içində etibarı itər, çox alçaldılar. Psixoloji istiqamətdən çökər.
Bizim modelimiz Quran modelidir, mehdiyyət modelidir, sevgi, eşq, söhbətin coşğusu modelidir.