Namaz qılarkən, dəstəmaz alarkən, təvəkkül edərkən, Allahı xatırlayarkən, Quran oxuyarkən xoşbəxt olarsan, fikrin açılar, çünki zəif varlıqsan. Allah səni buna ehtiyacın olacaq şəkildə yaratmışdır. Bu gözəllikləri yaşamasan boğularsan. Bunlar suda boğulmağın qarşısını alan, can qurtaran nemətlərdir.
Allaha təvəkkül dünyadakı ən böyük rahatlıqdır. Saray səni xoşbəxt etməz. Allaha təvəkkül etmək səni xoşbəxt edər. Təvəkkül etdinsə, bütün iztirablar yox olar, çünki insan zəifdir. Allah bir nemət olaraq yaratmışdır.
(A9 TV; 29 mart 2014)
Adnan Oktar
-
Həddi aşmaqdan, zorakılıqdan, təkəbbürlənməkdən Allaha sığınmaq lazımdır. Təkəbbürlənsən, zorakılıq etsən, həddi aşsan Allah yerlə-yeksan edər.
(A9 TV; 29 mart 2014)
Adnan Oktar
-
Sevgi şərtdir. Eqoistliklə nəyisə əldə etməyə çalışsan, elə qarşındakı eqoistliklə səni boğar. Sən hiyləgərlik etmək istəsən, o da hiyləgərliklə səni boğar. Sən idarə eləməyə çalışsan, qarşındakı da on qat artıq idarə etməyə cəhd edər. Əmr etməklə, oyunla, saxtakarlıqla gözəllik əldə etmək olmaz, dürüstlüklə, səmimiyyətlə, sevgi ilə əldə edilər.
(A9 TV; 29 mart 2014)
Adnan Oktar
-
Rus milləti çox əziyyət çəkdi. Dünya onlara sahib çıxmalı, şəfqət göstərməlidir. Onları tək buraxmaq olmaz. Soyuq ölkə, soyuq iqlim, kənarlaşdırılmış bir xalqdır. Bunu aradan qaldıraq, şəfqətlə yaxınlaşaq.
(A9 TV; 29 mart 2014)
Adnan Oktar
-
Sevgi bütün dərdlərin dərmanıdır.
(A9 TV; 29 mart 2014)
Adnan Oktar
-
Dünyada meydana gələn bütün bəlalar sevgisizlikdən qaynaqlanır. Sevgisizlik sevgisizliyi gətirir. Sevgisizlik isə şiddəti gətirir.
(A9 TV; 29 mart 2014)
Adnan Oktar
-
Mehdi (ə.s)-ın vəzifəsi sevgi insanı olmasıdır. Sevgini və gözəlliyi öyrədər, peşəsi budur. Allahı sevdirər, Allahın yaratdıqlarını sevdirər. Mehdi dünyanı cənnətə bənzətməklə mükəlləf olan şəxsin adıdır.
(A9 TV; 28 mart 2014)
Adnan Oktar
-
Mehdi (ə.s) gözəl, olduqca gözəl olan, çox-çox gözəl olan hər şeyi yerinə yetirən insandır. Təşviq, tətbiq edən, yerinə yetirən, və dünyada da icra edən adamdır.
(A9 TV; 28 mart 2014)
Adnan Oktar
-
Biz bir insanı sevsək Allah rizası üçün sevərik. Allah rizası İslama xidmətinə görədir. Bu, müsəlmanları birləşdirirmi? Vəhdəti təmin edirmi? Fitnəni qaldırırmı? Müxalifliyin qarşısını alır mı? Bunları görürüksə Allah rizası üçün sevməyimiz lazımdır. İbadət olaraq sevərik.
(A9 TV; 27 mart 2014)
Adnan Oktar
-
Möminlər arasında müxaliflik olmaz. Möminlər arasında ittifaq, birlik olar, qardaşlıq, vəhdət olar. Əks təqdiri haramdır.
(A9 TV; 27 mart 2014)
Adnan Oktar
-
Müsəlman küfrlə, İslam arasında seçim etmək vəziyyətində qalsa İslamı seçər. Bitərəf olmaz; o zaman kənar olar. Amma mömin qardaşlarının arasında əgər seçim etməli olsa o zaman kənarda dayanar.
(A9 TV; 27 mart 2014)
Adnan Oktar
-
Heç vaxt Osmanlıya geri qayıtmarıq. Yəni yeni Osmanlı siyasəti yoxdur. Mehdiyyət siyasəti vardır. İslam aləminin birləşməsinin adı mehdiyətdir, mehdilikdir. Onun başına keçən şəxsə də Mehdi deyilir. Bu, İsa Məsihin dəstəyi ilə olacaq
(A9 TV; 27 mart 2014)
Adnan Oktar
-
Tələb etməklə, istəməklə mehdi olmaz. Mehdi doğular. Allah onu mehdi olaraq dünyaya gətirməlidir. Qədərində mehdilik olan adam olmalıdır. Şöhrətlə, qalmaqalla, çox çalışmaqla olmaz. Ürəklə əlaqədardır. Mehdiyyət dərin imanla əlaqədardır
(A9 TV; 27 mart 2014)
Adnan Oktar
-
Səy göstərməklə mehdi olmaq mümkün deyil. Təbliğatla da mehdi olmazlar. Hz. Musa (ə.s) təbliğatla, səy göstərməklə də peyğəmbər olmadı. Hz. Musa (ə.s) əxlaqına, əziyyətə olan səbrinə görə peyğəmbər oldu.
(A9 TV; 27 mart 2014)
Adnan Oktar
-
Türkiyə təcili olaraq İslam ölkələri ilə birlikdə Suriyada sülh əməliyyatı etməlidir. İslam ölkələri toplu şəkildə hücum etsə imani, Qurana uyğun, əxlaqi cəhd olaraq hər kəs dəyərləndiriləcəyi üçün heç kim müqavimət göstərməz. Beş ölkə belə olsa məsələni həll edər, sırf beş ölkə belə olsa.
(A9 TV; 27 mart 2014)
Adnan Oktar
-
Şiddətlə gələn rəy rəy deyil. Bu utancdır. Necə pulunu zorla əlindən alan insan zorakıdırsa, bir insanı qorxudaraq rəyini alsan, onun rəyini zorla xeyirnə almış olarsan. Buna görə əxlaqa uyğun bir hərəkət deyil.
(A9 TV; 27 mart 2014)
Adnan Oktar
-
Xoşbəxtliyin mənşəyi imandır. İnsan imanla xoşbəxt olar. Çünki şükür edir, həmd edir, hər vəziyyətdə Allaha təslim olur, hər şeydə xeyir axtarır. Küfr ruhunda insanlar hər şeydə şər axtarar. Küfr ruhunda hər şeydə pislik, fitnə, qarışıqlıq axtarar.
(A9 TV; 27 mart 2014)
Adnan Oktar
-
Qul şeytana uyarkən məsuliyyətli olar. Çünki şeytanın hiyləsi zəifdir. Mömin imanı ilə ona uymayacaq. Buna görə "şeytan etdi, mənim günahım yoxdur"―deyilən bir şey yoxdur. Sözün əsl mənasında günahkar olar.
(A9 TV; 24 mart 2014)
Adnan Oktar
-
Bədiüzzaman "Məkkədə, Mədinədə olsam İstanbula gələrdim" deyir. "Türkiyə, İstanbul İslam Birliyinin mərkəzidir" deyir. İstanbul həmişə Bədiüzzamanın istiqamətli bir siyasəti olmuşdur.
(A9 TV; 24 mart 2014)
Adnan Oktar
-
Türk xalqının böyük əksəriyyəti Atatürkçü ziyalılar, uzaqgörən düşüncəyə sahib, azadlığı sevən, İslamı səhabə dövründəki kimi qəbul edən, müasir İslamı müdafiə edən insanlardır. Bütün gəncliyimiz müasirdir. Buna görə qatı dinçi, mühafizəkar İslam anlayışını Türkiyədə yaymaq mümkün deyil.