Mütləq Risalə-i Nurdan oxuyun. Çünki orada bir ruh var, səhabə ruhu var, səmimi müsəlman şəxsiyyəti var. Bunu digər əsərlərdə elə də tapa bilməzsiniz.
Beynimin içində görürəm. Beynimin içində kim yaradır? Allah yaradır. O zaman mənim sevgim kimədir? Allahadır. Mən müstəqil şəkildə bir varlığı sevə bilmərəm. Yalan söyləmiş olaram, özümü aldadaram. Çünki onu Allahın yaratdığını görürəm.
Bir gəminin kapitansız hərəkət etməsi qeyri-mümkündür. Dalğalar gəmini gah ora vurar, gah da bura. Hal-hazırda İslam aləmi də kapitansız gəmi kimidir. Gah gedib qayalara dəyir, gah da fırtınaya tutulur, məhv olur.
İslam aləminin başı olsaydı Əfqanistanın işğal edilməsi mümkün olardı? İraqda bu cür sel kimi qan axması, Suriyada qan axması mümkün olardı? Qətiyyən olmazdı. Müsəlmanların başı olmadığı üçün bu qırğın kəskin şəkildə davam edir.
Hal-hazırda dünyada təxminən 1,8 milyard müsəlman yaşayır. Həqiqətən də 1924-cü ildən bəri müsəlmanların başçıları yoxdur. Xristianların var, yəhudilərin var, masonların var, hər kəsin var. Təkcə müsəlman aləminin yoxdur. Belə olmaz.
Türkiyə mərhəmətin ustadıdır. Qaçqınlar dənizlərdə, dağlarda yaşayır, o insanlar necə də əzab çəkir, Avropanın nüfuz sahibləri onlarla həmsöhbət belə olmurlar. Ən böyük mərhəməti göstərən, Türkiyədir. Təkcə İstanbulda belə bütün Avropada olandan daha çox qaçqın var. Millətin mərhəmətinə baxın. Ən çox qaçqını biz aldıq və əlimizdən gəlsə hamısını alacağıq.
İnsan özünü müstağni görsə, dəlalətə düşər. Nəfsin tənqid edilməsi ən məqbul ibadətlərdəndir, ağlı açan ən gözəl xüsusiyyətlərdən biridir. Özünü tənqid etməyən dəliyə dönər, ağlını itirər, məhv olar. Özünü tənqid edən nicat tapar.
Münafiqlər küfr əhli arasında yaşaya bilməzlər, münafiqlərlə birlikdə yaşaya bilirlər. Xüsusi bir qövmdürlər. Onların alçaqlığı daha kəskindir. Bunun üçün də cəhənnəmin ən dərin təbəqəsinə göndərilirlər.
Kafir münafiqdən üstündür. Kafir daha zərərsizdir. Çünki kafir dürüst davranır, söyləyir, "mən dinsizəm" deyir. Münafiq belə deyildir, özünü möminlərin arasında gizlədər, alçaqlıq edər. Onlardan həm mənfəət gözləyər, həm də məlumat toplayıb onları əzdirməyə çalışar. Küfr əhliylə əlbir olub onları əzdirməyə çalışar.
İman gətirəndə, hər şeyin sahibi olan, sonsuz gücə malik Allaha bağlanırsan. İnanılmaz dərəcədə rahat olursan. Meteorlar sanki göydə quzu kimi hərəkət edər möminlər üçün. Lakin onlar, dinsizlər üçün dəhşət saçan canavarlar kimidirlər. Məsələn, yerin altındakı maqma bizim üçün ilıq süd kimidir. Lakin dinsizlər üçün cəhənnəmdir, onu yandırıb kül edəcək bir cəhənnəm. Qəlbimiz yalnız Allahdan qorxduğumuza görə rahatdır. Biz yerin altındakı maqmadan qorxmuruq, yalnız Allahdan qorxuruq. Biz Allahın onu necə idarə edəcəyini bilirik, maqmanın Allahın əmrinə tabe olduğunu bilirik. Maqmanın hər atomunun Allahı zikr etdiyini bilirik. Hamısı Allaha boyun əymişdir.
PKK-lıların üzündəki dəhşət, əzab, üzlərindəki çirkinlik nə ilə izah oluna bilər? Başları bomboşdur, təsadüfən yarandıqlarına inanırlar. Kainatda nələr baş verəcəyini heç təxmin edə bilmirlər. Dünyanı öz deyimləriylə xaos hesab edirlər (əstağfirullah). Dəhşət verici həyat kimi görürlər. Onlar üçün gələcək qorxuncdur, keçmiş qorxuncdur, həyatları qorxuncdur. Hər an hər şey ola bilər. Dünyaya hər an bir şey dəyə bilər, özlərinə hər an bir şey ola bilər. Tamamilə dəhşət içində, tənhalıq və çarəsizlik içində yaşayır.
Mömin, Allahı xatırladıqda, Allahı sevdikdə qəlbi rahatlayır. Mömin bunu yaşayır, görürük. Həqiqətən xoşbəxtdir, həqiqətən sağlamdır. Əlinə üzünə baxıb xeyli nurlu olduğunu görürük, hər yeri rahatdır, qəlbi rahatdır. Sonsuzadək Allahla birlikdə olmağın sevinci içindədir.
Mükəmməl əxlaq nədir? Səbir, şəfqət, fədakarlıq, dürüstlük, cəsarət, vəfa... Allah qorxusu olmadıqda insanda bunları etmək məsələsində qəflət yaranır. Məsələn, Allahı sevər, lakin namaz qılmaz. "Mən Allahı sevirəm, Allahın mənim namazıma ehtiyacı yoxdur" deyər. Çox pulu olar, kasıblara paylamaz. "Kasıb necə olsa tapar, lakin mən Allahı çox sevirəm, bu pulla xoşbəxt oluram, Allaha daha yaxın oluram" deyər. Cəsarət göstərməz; "mən indi belə bir şeydən ötrü həyatımı təhlükə altına atmayım, gözəl yaşayıram" deyər. Allah qorxusu olduqda cəsarət göstərilər.
Həqiqi sevgi, sonsuz güc sahibi Allahdan qaynaqlandığı üçün əsla bitməz. Ölümdə davam edər, axirətdə davam edər, əbədiyyən davam edər.
Sevsən tərslik etməzsən, xəsislik etməzsən, eqoistlik etməzsən, sevdiyinin rahat və yaxşı olmağını istəyərsən.
Kobud davransan sevgi gedər, nəzakətli davransan gələr. Əgər insan eqoistdirsə, sevgi dərhal gedər; eqoist deyilsə sevgi dərhal və artıqlamasıyla gələr.
Öyünsən, təkəbbürlənsən dəli kimi görünərsən, bu antipatiya oyadar və sevilə bilməzsən. Təkəbbürləndiyin, lovğalandığın vaxt da sevilməz olursan. Sən niyə lovğalanırsan, niyə öyünürsən ki? Sevsin deyə edirsən, elə deyilmi? Əks təsir verər, sevgi gedər.
İnsanlar qatı dinçilərin ucbatından dəstə-dəstə dindən çıxırlar. Hz. Mehdi (ə.s)-la yenidən dəstə-dəstə dinə girəcəklər. Lakin, əlbəttə ki, bu, sürətlə baş verəcək. Hz. Mehdi (ə.s)-ın zühuruna yaxın baş verəcək, İslama kütləvi şəkildə girəcəklər.
Allahın dünyada bu qədər bəla verməsinin tək səbəbi nankorluqdur. Şükür yoxdursa, onsuz da nankorluq vardır. Çəkilən bütün bu əzablar nankorluğun qarşılığıdır. Nankorluq çox qorxunc şeydir. Böyük vicdansızlıqdır.
Həmişə Allahı yalnız qoymaq fikrindədirlər. Halbuki Allah sevilmək istəyir, lap çox sevəni olsun istəyir. Sən Allahı yalnız qoysan, O da səni yalnız qoyar. Sən Allahı tərk etsən, O da səni tərk edər.
Allah qəlbən sevilmək istəyir. Sən Allahın təcəllisini, Onun yaratdığı təsviri bütləşdirib Allahdan müstəqil hesab etsən, belə bir yalan söyləsən, özünü aldadarsan bu çox ağılsız hərəkət olar. Allah bunu xoşlamaz. Belə olduqda onu sənin üçün bəlaya çevirər, iztiraba çevirər.