Musiqi də, rəqs də olmalıdır. Əyləncə olmalıdır. Dinə süni şəkildə haramlar daxil etməyin, əlavə qadağalar çıxartmayın. Bu zaman İslam bütün dünyaya hakim olacaq.
Pərişan, incəsənət olmadan, zövqsüz həyat olmalıdır deyən insanlar İslam aləmini məhv edirlər. Türkiyəni bu cür məhv etmələrinə icazə vermərik. Musiqi niyə olmasın? Rəqs niyə olmasın? Ağlınızı başınıza toplayın. Dinə, imana uyğun gəlməyən tərəfi nədir, hansı ayə ilə ziddiyyət təşkil edir? Kimə nə zərəri var, haradan çıxarırsınız bunu.
(A9 TV; 21 yanvar 2016)
Adnan Oktar
-
Darvinizm, İngiltərə dərin dövlətinin himayəsi altında olan dünya səviyyəsindəki bir dəccal hərəkatıdır.
(A9 TV; 21 yanvar 2016)
Adnan Oktar
-
İnsanın ruhunda iki qüvvə mübarizə aparar; vicdanı və məntiqi. Mömin həmişə vicdanının tərəfində olmalıdır. Vicdanın səsinə qulaq asdıqda Allah həmişə zənginlik, bərəkət və gözəllik verir, həmişə müvəffəqiyyət verir. İslam xeyli inkişaf edir. Məntiq insanı həlak edər.
(A9 TV; 21 yanvar 2016)
Adnan Oktar
-
Sən daha əvvəl məntiqinlə hərəkət edirdin, müsəlman olduqdan sonra artıq vicdanınla hərəkət etməlisən. Allah hər an vicdanına vəhy edəcək və sən də vicdanına tabe olmalısan. Məntiq bitməli və küfr əhlinin heç nəyinə heyran olmamalısan.
(A9 TV; 21 yanvar 2016)
Adnan Oktar
-
Bir insanın İslama görə yaşaması, onun, tamamilə vicdanına uyğun yaşamağa başlaması deməkdir. Küfr əhlinin məntiqini tamamilə tərk etməsi deməkdir.
(A9 TV; 21 yanvar 2016)
Adnan Oktar
-
Münafiq həmişə pislik axtarar. Necə ki, şeytan pislik etməkdən bezmirsə, münafiq də İblis ruhu daşıdığı üçün, həmişə yeni macəralara üz tutar.
(A9 TV; 21 yanvar 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti, Türkiyənin dəyişdiyindən, müasir bir ölkə olduğundan xəbərsizdir; gücündən də xəbərsizdir, qətiyyətliliyindən də xəbərsizdir.
(A9 TV; 21 yanvar 2016)
Adnan Oktar
-
Münaqişə gedən ərazilərdə mülki vətəndaşların həyatını itirməsinə səbəb olan PKK-dır. İngiltərə dərin dövləti onları istifadə edir, həmişə cinayət törədirlər.
(A9 TV; 20 yanvar 2016)
Adnan Oktar
-
Mehdi dövründə qadınlar maksimum dərəcədə azad olacaq və heç bir yerdə narahat edilməyəcəklər.
(A9 TV; 20 yanvar 2016)
Adnan Oktar
-
Allah bütün dünyanın gözü qarşısında yavaş-yavaş mehdiyyəti inkişaf etdirir. Heç kim də heç nə edə bilmir, edə bilməz; taleyində əngəllənməsi yoxdur.
(A9 TV; 20 yanvar 2016)
Adnan Oktar
-
Sevgisizlik gözəl deyil, uğursuzluq gətirər, fəlakət gətirər, bu yanlışdır. Allah bizə hər kəslə dost olmağı söyləyir.
(A9 TV; 20 yanvar 2016)
Adnan Oktar
-
Bu sevgisizliyiniz nədir? Artıq son həddə çatmışdır. Sakitləşin, mülayim olun, gözəl gözlə baxın, ətrafı gözəlləşdirin. Çirkin bir şey varsa on misli daha çirkin hala gətirirlər. Bir şey qırılıb dağıldısa, tamamilə parça-parça edirlər. Belə olmaz, təmir edən, düzəldən olmalısınız.
(A9 TV; 20 yanvar 2016)
Adnan Oktar
-
Dünyanın hər yerində heyrətamiz münaqişə vardır. İnsanlar: "Bu mühitdə İslam necə hakim olar, mehdilik necə irəliləyər?" deyə düşünə bilərlər. Məhz təəccüblü olan da budur; bütün bunlara baxmayaraq, Allah İslamı hakim edəcəkdir.
(A9 TV; 19 yanvar 2016)
Adnan Oktar
-
Allah ümid və qorxu içində olmağımızı istəyir. "Mənim şüurum açıqdır, mən cəhənnəmə getmərəm" deyilməməsini söyləyir. Çünki küfr etdiyi halda sonradan müsəlman olan, sonra yenidən küfr edən və yenidən müsəlman olan insanlardan bəhs edir Allah. Yəni Allah ruhunu alıb yenidən verər, ruhunu alıb yenidən verə bilər; bu vəziyyətə sala bilər bir insanı, Allah uzaq eləsin. Arxayın olmaq doğru deyil.
(A9 TV; 19 yanvar 2016)
Adnan Oktar
-
İraqın işğalını İngiltərə dərin dövləti təşkil etdi, Amerika ön planda göründü. İşğal səbəbini ortaya atan İngiltərə dərin dövlətidir.
(A9 TV; 18 yanvar 2016)
Adnan Oktar
-
Müsəlmanların əksəriyyəti özlərini inildədən, əzən, məhv edən sistemin, pərdə arxasındakı əsil ünsürün İngiltərə dərin dövləti olduğunu bilmir. Heyrət ediləcək şəkildə bilmirlər. Heç əlaqəsi olmayan hədəflərə yönəlirlər.
(A9 TV; 18 yanvar 2016)
Adnan Oktar
-
Dünyada baş verən dəhşət və əzab qat-qat artacaq, ta ki, Mehdinin açıq-aydın zühurunu görənə qədər. 2016-cı və 2017-ci illərdə, təkcə İslam aləmində deyil, hər yerdə dəhşət və əzab ağlasığmaz dərəcədə yüksələcək, 2018-ci ildə ortalıq cəhənnəmə çevriləcək sanki. 2019, 2021 və 2023-cü illər; bunlar qurtuluş illəridir.
(A9 TV; 18 yanvar 2016)
Adnan Oktar
-
Gördüyü işi Allah rizası üçün görməyən mütləq məğlub olar. Ölçü Allah rizasıdır. Allahın rizasını qazanmağa çalışanın, yolu həmişə açıq olar. Bu gizli bir gücdür, naməlum bir gücdür.
(A9 TV; 18 yanvar 2016)
Adnan Oktar
-
Türkiyəni müasir İslam anlayışından başqa heç nə xilas edə bilməz. Müasirlik dövlət siyasəti olmalıdır. Türkiyə müasir bir ölkə olmasa, həmişə oynanılan oyunların hədəfində olacaq, yox edilmək istəniləcək. Ən mühüm məsələ, müasir Türkiyə dövlətinin yaradılmasıdır.
(A9 TV; 18 yanvar 2016)
Adnan Oktar
-
İslam tarixinin ən böyük dəccallarından biri olan Hülakü xan, Mövlananı Anadolunun şeyxi etmiş və maddi-mənəvi dəstək vermişdi. Hülakü xan, Mövlanaya bağlanmayan heç bir alimi, heç bir təkkəni, zaviyəni və mədrəsəni qəbul etmirdi.