Müsəlmanın zəngin olmasında problem yoxdur. Allahın razı olmadığı, pulu yığıb toplamaqdır. Müsəlman malını Allah yolunda xərcləyər. Canını və malını Allaha həsr edənə Allah yağış kimi bərəkət verər. Mənim heç bir bankda adıma pulum, malım yoxdur, hamısını Allah yolunda xərcləyərəm.
Tək bir böcəyin ayaq quruluşunda belə böyük sənət və təfərrüat var. Belə kompleks quruluşun təsadüfən yaranması qeyri-mümkündür.
(A9 TV; 19 may 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövləti Yaxın Şərqdə öz aləmində müsəlmanları əzmək üçün YPG/PKK-dan istifadə etmək istəyir. İstifadə etdikdən sonra onları da əzəcəkdir.
(A9 TV; 19 may 2017)
Adnan Oktar
-
Başı açıq, qapalı gənc qızlar, oğlanlar bir çox yerdə birlikdə əylənir, yallı gedirlər. Gənclərin sevinməsi gözəl və doğrudur.
(A9 TV; 19 may 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin hərəkətlərində nəzakət deyə bir şey olmaz. Etdikləri hər hadisədə xainlik və alçaqlıq vardır.
(A9 TV; 19 may 2017)
Adnan Oktar
-
Gözəllik sevginin istədiyi bədəndir. Yarpaqlar, çiçəklər, pişiklər, dovşanlar, insanlar Allahın bizə sevdirdiyi gözəlliklərdir. Gözəllik və sevgi birlikdədir. Allah həm gözəl yaradar, həm də sevdirər. Allah sevgini verməsə gözəlliyin mənası olmazdı.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
Trampı həm İslam ölkələri, həm də Çin, Rusiya kimi ölkələr tam dəstəkləsin. İngiltərə dərin dövlətinin oyunlarını puç edək.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
Amerika və Rusiyanın ittifaq etməsi olduqca normaldır. Trampı, bu dostluğu istəyir deyə tənqid etmək çox məntiqsizdir.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
Bir qadını qorumaq, bir qadına hörmət bəsləyib sevmək, qadına nəcib varlıq olduğunu hiss etdirmək həm nemət, həm də zövqdür. Qadınları sözlə və ya gözlə narahat etməmək vacibdir.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
Qadınlar özünü azad hiss edirsə, baxımlı və gözəl olması qadağan halına gətirilmirsə, o zaman həyat gözəl, keyfiyyətli və aydın olar.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
Gecə klublarında həqiqi əyləncə olması üçün qadınların sərbəst şəkildə hüzur içində əylənə biləcəkləri mühit olması lazımdır. Əhəmiyyətli olan, qadınların şərəfinə zərər gəlməsinin qarşısının tamamilə alınmasıdır. Bu zaman həqiqi əyləncə olar.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) Ukaz bazarında hər fikrə sahib insana, bütün qadınlara təbliğ edirdi. Paltarına görə heç kimi ayırd etmirdi.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
Bütün gənclərin canının yandığı məsələ sevgisizlikdir. Gözəlliyi görə bilməmələri, axtardıqları keyfiyyəti tapa bilməmələri çox canlarını yandırır.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
Keyfiyyət üçün çox pula ehtiyac yoxdur. Keyfiyyət könül məsələsidir. İnsan kənddə yaşayar, lakin evin qarşısına gül əkər, təmizləyər, ətrafı tərtəmiz keyfiyyətli olar.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
Möminin zamanı çox yaxşı qiymətləndirməsi, zaman mühəndisi kimi davranması lazımdır. Yaxşı plan qurmaq lazımdır. Plan qurulmadıqda zaman insanı udar.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
Allah insanlardan səmimiyyət istəyir. Duada da səmimiyyət əhəmiyyətlidir. Allah səmimi duanı qəbul edər.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
İman olmadan sevginin, keyfiyyətin və gözəlliyin mənası olmaz. İman da iman həqiqətlərinin izah edilməsi, darvinizmin yox edilməsi ilə yaranar.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
Tale sonsuz uzun zamanın sonsuz qısa zaman içində yaşanıb bitməsidir.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
PKK-ya qarşı ən təsirli mübarizə dinini yox etməkdir. PKK-nın dini materializm, darvinizmdir. Darvinizmi aradan qaldırmaq ən güclü zərbə olar.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
Tale ellips formalı ekranda qarşımızda həmişə keçib gedər. Əvvəlcə dünyadakı taleyimizi izləyərik, sonra sonsuz həyatımızı izləyərik.
(A9 TV; 18 may 2017)
Adnan Oktar
-
İnsanlara əvvəlcə gözəlliyə qarşı meyli öyrətmək, gözəlliyin, sevginin bir tələbi olduğunu izah etmək lazımdır. Gözəllik sevginin libasıdır.