İsrail ilə İran, İran ilə Amerika arasındakı gərginlik də sünidir. Türkiyə ilə İran, İsrail ilə İran, İran ilə Amerika əlaqələrini düzəldəcəyik.
(A9 TV; 16 fevral 2017)
Adnan Oktar
-
Münafiqlər məsələsini gündəmə gətirməyimizdən sonra siyasətçilər də münafiq xarakterinin əxlaqsızlığını vurğulamağa başladılar. Bu, çox gözəldir.
(A9 TV; 16 fevral 2017)
Adnan Oktar
-
Tayyib hocam İngiltərə dərin dövlətinə qarşı igidcə müqavimət göstərən Anadolu insanıdır. Bu rəftarı göstərdiyi üçün millət onu sevir. Bir qardaşımız hücumla üz-üzə qaldıqda onu qorumaq Quran əxlaqının tələbidir. Tayyib hocamı millət olaraq əl birliyi ilə qoruyacağıq.
(A9 TV; 16 fevral 2017)
Adnan Oktar
-
İranın Türkiyəyə qarşı çox dostcasına açıqlamaları olmalıdır. İran ilə Türkiyənin dost olması bölgə üçün rahatlıq olar. Türkiyə ilə İranın dost olmasını istəyən insanlardan biri Tayyib hocamdır. İranın da bu dostluq tələbinə coşğu ilə cavab verməsi lazımdır.
(A9 TV; 16 fevral 2017)
Adnan Oktar
-
Həm şiələrin, həm də sünnilərin qəbul edəcəyi mənəvi lider Mehdi (ə.s)-dır. İslam aləmi təkcə Mehdi (ə.s) ətrafında birləşəcək.
(A9 TV; 16 fevral 2017)
Adnan Oktar
-
Məzhəb və etnik qarşıdurmaların tam mənası ilə aradan qalxması təkcə mehdiyyətlə mümkün olar. Bölünmə fitnəsi mehdiyyətlə aradan qalxacaq.
(A9 TV; 16 fevral 2017)
Adnan Oktar
-
Putin, Tramp və Tayyib hocam İngiltərə dərin dövlətinə qarşı ittifaq etsinlər. Rusiya və Amerika arasında tezliklə müdafiə paktı olsun. Putin və Tramp silahları ləğv etmək məsələsində heç tərəddüd etməsinlər. Silaha xərclənəcək pulu xalqlarının rahatlığı üçün xərcləsinlər.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
Putinin Qərbə etdiyi xristianlıqdan, dindarlıqdan uzaqlaşmamaq çağırışı çox əhəmiyyətli və gözəldir.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
Allah hz. Süleymanı çox zəngin etmişdi. Sarayında hər gün çox sayda qonaq qəbul edir, ən gözəl nemətləri təqdim edirdi. Hz. Süleymanın ağlı, müdrikliyi, sarayın memarlıq gözəlliyi, sarayda yaşayanların yaraşıqlığı və keyfiyyəti Səba məlaikəsinin iman gətirməsinə vəsilə oldu.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
Bədiüzzaman dəccal tərəfdarlarının ən mühüm xüsusiyyətinin mərhəmət və şəfqəti bilməyi olduğunu söyləmişdir.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
Hədislərdə Mehdi dövründə Əsri-Səadət dövründə olduğu kimi kül olmuş duyğuların tək-tək tumurcuqlanıb çiçək açacağı bildirilmişdir.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
Ölkələr arasındakı bütün divarlar Mehdi dövründə götürüləcək inşaAllah.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin Suriya siyasəti tamamilə çökdü. Suriyanı, ardınca da Türkiyəni parçalamağı planlaşdırmışdılar. Planları ayaqlarına dolandı.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
Türkiyə ilə dost, mömin, müttəqi kürd bacı/qardaşlarımızın beynəlxalq qanunlara uyğundursa, Suriyada muxtariyyət yaratması millətimizi narahat etməz. Biz sərhəddimizdə kommunist PKK dövləti/bölgəsi istəmirik. Kürd bacı/qardaşlarımızın Suriyada qanunlara uyğun bölgəsinin olması problem olmaz.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
Amerika ilə Rusiya arasında gərginlik yaranmasının heç bir zərurəti yoxdur. İki ölkə arasında müdafiə paktı bağlansın, rahat yaşasınlar. Rusiya ilə Amerika silah xərclərini yarıbayarı azaldıb xalqlarının rifahı üçün xərcləsinlər.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
Allah möhtəşəm gözəlliklər yaradır. Bu gözəllikləri, bu nemətləri həmişə xatırlamaq, bəhs etmək əhəmiyyətlidir.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
Buddizm haqq dinin pozulmuş halıdır. Budizmin içində də namaz, oruc, zəkat kimi ibadətlər dəyişmiş halda var.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
Namaz çox köhnə, qədim bir ibadətdir. Tarix boyu bütün qövmlərdə namaz ibadəti olmuşdur. Qayaüstü təsvirlərdə də bu həqiqət görünür.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
İnsanların zalım, nankor olması Allahın sevmədiyi haldır. Nankorluq çox qorxunc əxlaqdır. Allahın verdiyi nemətləri həmişə saymaq lazımdır. Müsəlmanın nemətləri həmişə yadda saxlaması və Allahı çox sevməsi lazımdır.
(A9 TV; 15 fevral 2017)
Adnan Oktar
-
Planetlərin orbitləri üzrə fırlanmaları nəticəsində ortaya çıxan naxışlar Allahın möhtəşəm həndəsi sənətinin təcəllisidir.