avatar

Adnan Oktar

Müsəlmanın heç vaxt sıxılmaz, “işim gücüm yoxdur, nə edim?” deməz. Bu münafiqdə olar, küfr əhlində olar, möminin bir dəqiqə belə vaxtı olmaz. İşlərini vaxt itkisi olmadan edər. Çox həyəcanlı, aktiv həyatı var. Boş insanın, dava adamı olmayan insanın içi sıxılar. Gedib oyun oynayır, kart oynayır, internetdə oyunlar oynayır, çünki davası yoxdur. İslamın hakimiyyəti onu maraqlandırmır, dünyada axan qanlar, müsəlmanların çəkdiyi əzab da onu maraqlandırmır.
A9 TV; 28 mart 2016
avatar

Adnan Oktar

Qurandakı bütün peyğəmbərlərin əxlaqına nail olmağa çalışmaq məcburiyyətindəyik. Məsələn hz. Süleyman (ə.s)-ın ehtişamına, onun gözəllik anlayışına, incəsənət və estetika anlayışına heyran olub ona bənzəmək məcburiyyətindəyik. Bəzi müsəlmanlar digər peyğəmbərləri yad hesab edir, bu çox yanlış aspektdir.
A9 TV; 26 mart 2016
avatar

Adnan Oktar

Bəzi müsəlman qardaşlarımızın xətası, hz. Süleyman (ə.s)-ı, hz. Musa (ə.s)-ı, hz. İbrahim (ə.s)-ı sanki yox hesab edirlər, başa düşmürlər. Halbuki Peyğəmbərimiz (s.ə.v)-in həyatı kimi, onların həyatı da çox əhəmiyyətlidir. Allah, biz onları da nümunə götürək, deyə bildirir.
A9 TV; 26 mart 2016
avatar

Adnan Oktar

Başına bəla gələnlərə diqqət yetirin, heç Allahdan bəhs etmirlər. Məsələni buradan da anlaya bilərsiniz. Həmişə rahatlıq, asanlıq, evlənmək, həyatını qurtarmaq, gözəl yaşamaq barəsində danışırlar, lakin Allahdan heç danışmırlar.
A9 TV; 26 mart 2016
avatar

Adnan Oktar

Musəvi mənbələrə görə, hz. Mehdi xaraketrcə ən çox hz. Musa (ə.s)-a bənzəyəcək, zarafatcıllığı isə hz. Süleyman (ə.s)-a bənzəyəcək.
A9 TV; 25 mart 2016
avatar

Adnan Oktar

Həmişə Allahın lehinə, dinin lehinə düşünmək lazımdır. Müsəlman, heç vaxt əksinə analiz apara bilməz. Mütləq lehinə aparar. Həmişə hüsnü-zənn edər. Lakin küfr içindədirsə və ya ateistdirsə, araşdırar, o cür düşünə bilər; lakin mömin iman gətirdikdən sonra bu cür olmaz. Həmişə hüsnü-zənlə və həmişə gözəl düşünməlidir.
A9 TV; 24 mart 2016
avatar

Adnan Oktar

Fiqhdən danışmaqla insanlar iman gətirməz. İman həqiqətlərindən danışmaq lazımdır, Quran möcüzələrindən danışmaq lazımdır. Mövzuların elmi yolla izah olunması lazımdır. Həm ağlın, həm də qəlbin razı salınması lazımdır.
A9 TV; 24 mart 2016
avatar

Adnan Oktar

Biz Allahdan razıyıq. Allahın etdiyi hər şeyi hikmətlə və gözəl etdiyinə inanırıq. Şəhidlərimizlə də fəxr edirik. Yas tutmuruq, matəmə girmirik. Bunun da şirk olduğunu bilirik. Heç kim, bizi belə çirkin günaha, harama dəvət etməsin.
A9 TV; 23 mart 2016
avatar

Adnan Oktar

Son zamandayıq. Dünyanı dəlilər kimi sevənlər dünyanın boş olduğunu çox qısa müddət sonra anlayacaqlar. Qiyamət çox yaxındır. Çox-çox az vaxt var. Bədiüzzaman qiyamətin qopma vaxtı üçün təqribən 2120-ci il deyir. Hədislərin işarəsi də bu cür görünür.
A9 TV; 23 mart 2016
avatar

Adnan Oktar

Xristian pravoslavlar və protestantların birləşmə qərarı almalarının səbəbi, hz. İsa (ə.s)-ın gəlmiş olduğuna inanmalarıdır.
A9 TV; 23 mart 2016
avatar

Adnan Oktar

Həm PKK-ya, həm də radikal qruplara qarşı ediləcək şey, qarşılarına fikirlə çıxmaqdır, müzakirə mühiti yaratmaqdır. İnsan intihar edəcək qədər qətiyyətlidirsə, deməli, bir fikri vardır. Fikrinin yanlışlığını dəlillərlə göstərsən məsələ həll olunar.
A9 TV; 23 mart 2016
avatar

Adnan Oktar

Mövhumatçılıq qaranlıq fikirdir. İnsanı boğar. İnsan özünü orada yaşamağa məcbur zənn edər. Aydınlığı gördükdə isə, gözü qamaşar, mən bu aydınlıqda yaşaya bilmərəm deyər. Bir müddət yaşayandan sonra alışar. Yavaş-yavaş gözü bu aydınlığa alışacaq.
A9 TV; 22 mart 2016
avatar

Adnan Oktar

İnsanlar mövhumatla yaşaya bilməzlər. Nəsilləri mövhumatçı yetişdirdilər. Müasir, gözəl yaşamaq, sevinclə yaşamaq, estetika içərisində, keyfiyyətli yaşamaq onlara çətin gəlir, qəribə gəlir, təəccüblü gəlir. Bunların öhdəsindən gəlməlidirlər.
A9 TV; 22 mart 2016
avatar

Adnan Oktar

İslamın üstünə çirkli bir çul örtdülər. İnsanlar bu pisliyi hazırda görürlər. İslam adından meydana gətirilən xurafatlar bütün dünyaya qan qusdurur. Bunu şeytan örtdü, biz də qaldıracağıq və həqiqi İslam ortaya çıxacaq. Həqiqi İslam bəşəriyyətə sevgi, mərhəmət təqdim edəcək.
A9 TV; 22 mart 2016
avatar

Adnan Oktar

Önümüzdəki aylar, illər ərzində çox böyük hadisələr olmağa davam edəcək. Sonunda hz. Mehdi (ə.s)-ı görəcəyik. Hz. İsa Məsih (ə.s)-ı görəcəyik. İslam Birliyini görəcəyik.
A9 TV; 22 mart 2016
avatar

Adnan Oktar

İslama qarşı sanki bir sui-qəsd törədildi. Bir oyun oynandı və İslamın üstünü çirkli pərdə ilə örtdülər. Bu çirkli pərdəni qaldırıb bir kənara atacağıq. Həqiqi İslam ortaya çıxacaq.
A9 TV; 22 mart 2016
avatar

Adnan Oktar

Mehdiyyət sürətlə ortaya çıxacaq. Hadisələrin gedişatı bunu göstərir. Heyrətamiz yüksəliş olacağı aydın olur. Ənənəvi İslam anlayışının qorxunc üzü ortaya çıxdıqca Quranın qiyməti aydın olacaq. Hər kəs İslamın qiymətini bu zaman anlamış olacaq.
A9 TV; 22 mart 2016
avatar

Adnan Oktar

Əslində mehdiyyətin məğlub olmasını gözləyirlər; çünki çox kiçik bir qrup olduğu, qarşısında isə böyük qüvvə olduğuna görə məğlub olması lazımdır. Lakin belə olmur, ağılla, elmlə əzə-əzə irəliləyir. Bu metafizik hadisədir.
A9 TV; 21 mart 2016
avatar

Adnan Oktar

PKK-ya, İngiltərə dərin dövlətinə, çox cahil insanlara, mövhumatçılara baxmayaraq, mehdiyyət böyük gəmi donanması kimi irəliləməyə davam edir və heç kim də dayandıra bilmir.
A9 TV; 21 mart 2016
avatar

Adnan Oktar

“Həll prosesi” deyilən şey, Abdullah Öcalanın buraxılması, onun guya Cənub-Şərqi Anadolu bölgəsində qurulacaq kommunist Kürdüstanın başçısı kimi qəbul edilməsi, bütün PKK-lı qatillərin sərbəst buraxılması kimi ağılsız çirkin hədəflərdən ibarətdir. Qəbul etmərik, bunu unutmalıdırlar.
A9 TV; 21 mart 2016
avatar

Adnan Oktar

Ənənəvi İslam anlayışında, keyfiyyətli olmağı bacara bilmədiklərindən bu keyfiyyətsizliyi müdafiə etmək üçün, bu dəfə bir tikə yemək və bir hırka fəlsəfəsini irəli sürürlər.
A9 TV; 21 mart 2016
PAYLAŞIN
logo
logo
logo
logo
logo