Müsəlmanın Allahdan qorxmaqlarına səbəb ölüm qorxusu deyil. Müsəlman, Allahı razı salmamaqdan, Allahın sevgisini itirməkdən qorxar. Allah qorxusu budur.
Vəsvəsə gəldiyi zaman, "sən istədiyin qədər çırpın. Mən dəstəmazımı alıram və namaza gedirəm" desəniz və tərtəmiz bir yerdə könül dincliyi ilə, hüzurla namazınızı qılarsınız, vəsvəsənin bir əhəmiyyəti qalmaz.
Yalnız bir qələm, iman etmək üçün kifayətdir. Bu qələmi beynin içində kim yarada bilər? Allah diridir, hər vaxt var olandı, daima bizim üçün yaradır. Allah, daima diri və var olduğu üçün , bizimlə birlikdə olduğu üçün də vəsvəsəyə vaxt ayırmaq məntiqsizdir.
Hz. Mehdiyə (ə.s) maneə ola bilməyəcəklər, öldürə də bilməyəcəklər. Hz. İsa (ə.s) da elədir. Peyğəmbərimiz (s.ə.v) də elə idi, ona heç bir vasitə ilə xələl gətirə bilmədilər. Düşmən dörd tərəfindən onu mühasirəyə aldı. Üstəlik Peyğəmbərimizin (s.ə.v) üstündə zireh yox idi, saatlarla düşmənlə əlində qılıncla mübarizə etdi amma yenə də heç kim ona heç bir şey edə bilmədi. Bu möcüzədir. Hz. Mehdi (ə.s) də elədir. Öldürə bilməyəcəklər və mütləq müvəffəqiyyət qazanacaq.
Dəccalın bir buynuzu geri qalmışlıq, digəri isə ateizmdir. Bunlar daim bir – birilərinə zidd olacaqlar. Dəccal onları bir-birlərinə qırdıracaq.
Hz. İsa (ə.s) bundan əvvəl onsuz da Yəhudi idi, Yəhudi olduğu halda Xristian oldu. İndi Xristian olduğu halda Müsəlman olacaq. Xristianlar əvvəllər Hz. İsanı (ə.s) sevirlərsə, Xristianlıqdan sonra Müsəlman olduğunda onu daha çox sevərlər . Allaha bir yaxın ikən min yaxın olarlar. İslamiyyət onların imanını milyon dəfə artırar.
Bəzi Xristianların Hz. İsaya (ə.s) Allah demələri (Allahı tənzih edərik), onların beyinlərini qarışdırırdı. Buna görə də Avropada Amerikada bir çox adam Xristianlığı tərk edir həmin vaxt.
Tövrat və İncilin haqq olan bütün hissələrinə tabeyəm. Tövrat və İncilin bu hissələri nəfisdir, qidadır insanın ruhuna. Bu haqq və dəyişdirilməmiş olan qisimlərin hamısı Quran ilə uyğundur.
Köhnə İncillərdə Allahın "Bir" olduğu bildirilib. Orijinal İncildə bu tapıldı, lakin gizlədilir. Vatikandan çəkindikləri üçün üzə çıxarmaya bilərlər. Vaxtı gələndə üzə çıxacaq inşAllah. Ortaya çıxdığında da karbon tarix müəyyən etmə metoduyla ən köhnə İncil olduğu aydın olacaq.
Kin duyğusu, insanı çox narahat edən, iki tərəfin arasını pozan pis bir hissdir. Cənnətdə kin duyğusu təmizlənir. Allah onu ürəklərdə saxlamır.
Burada çox uzun bir imtahan veririk. Əgər bu imtahan verməsəydi cənnətə girən insan, bu taxtların niyə var olduğunun mahiyyətini anlamazdı. Cənnət qədəhlərini başa düşməzdi. Yedikləri meyvələrin, içdikləri gözəl içkilərin nə üçün ərmağan edildiyini düşünməzdi. Nemətin sevincini və gözəlliyini yaşaya bilməzdi.
Dünya, cənnət kursudur. Cənnətdə necə zövq alacağımızın bir kursudur. Ona görə burada çox dəqiq bir kursdan keçirik. Bu kursu bitirən, cənnətdə zövqlərin ən gözəlinə sahib olacaq.
Eşqi ehtirası mərhəməti burada, dünyada öyrənərik. Çox az şeyi cənnətdə öyrənəcəyik. Bəzəkli bir süfrəni burada öyrənərik, cənnət süfrələrindən ona görə zövq alacağıq. Cənnət qədəhlərindən bu dünyada qədəhləri sevdiyimiz üçün zövq alacağıq. Uçmanın zövqünü buradan bilirik. Allah bu neməti cənnətdə verəcək.
Bundan əvvəlki nəsil çox inanmışdır Darvinizmə. Ona görə Quranda "Ataları xəbərdar edilməmiş" (Yasin Surəsi, 6) ifadəsinə diqqət çəkir Allah. O dövrün köhnəlmiş məlumatının təsirində qalıblar. Amma hal-hazırkı vaxtda internetin və elm sahələrindəki inkişafların təsiriylə, yeni nəsil Darvinizmə inanmır. Hz. Mehdi (ə.s) atalarından qalan materialist anlayışı fikri mübarizə ilə məğlub edəcək.
"Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər." (Yasin Surəsi, 10) deyir Allah. Yəni "nə qədər dəlil göstərsən də nə qədər elmi fakt göstərsəndə, izah etsənsə də, bir çoxunun başı daş kimidir qəbul etməzlər. Nə edirsən et, mən onları qavramayacaq tərzdə yaratdım" deyir Allah.
Darvinistlərin, materialistlərin bir qismi qürurundan, bir qismi isə məcburiyyətdən, onlara göstərilən təzyiqdən inanmırlar. "Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər" deyir Allah. Necə ki, daşa bir şeyi izah etsən də bir reaksiya verməz, heç təsirlənməzlər deyir Allah.
Bizim təbliğ etməkdə hədəfimiz Qurana uyğun yaşayan insanlar yetişdirmək olacaq. İçi titrəyərək Allahdan qorxan insanlar tərbiyələndirməkdir məqsədimiz. İman həqiqətləri izah etməkdir. Məqsədi başa düşməyən birinə fiqh haqda danışmaq deyil, insanların elməl yakin və hakkəl yakin iman etmələrini təmin etməkdir.
Hər şeyi Allah yaradar, qul heç bir şey edə bilməz. Allah insanın ağzını, qırtlağını vəsilə edər biz də onları dinləyərik. Bu, bütün insanlarda belədir. Bütün güc və qüvvət yalnız Allahındır.
Əhəmiyyətli olan arif olmaqdır, dərin düşünməkdir. Müsəlman saytlarında Allah sevgisi təbliğ edilməlidir.
Allah qorxusu, Allaha ortaq qoşmaqdan qorxmaqdır, bu cəhənnəm əzabından daha böyük bir ağrıdır.
Bəzi Müsəlmanlar yalnız dünyada rahat yaşamağı hədəfləyir. Dünyaya çox bağlandıqları üçün bu əsrdə dünyanın sonunun gələcəyinə inanmırlar. Halbuki bu həqiqətlərdən yayınmaqdır.