Müsəlman mülayim, ağıllı, sevimli olar. Münafiq isə heyrət ediləcək şəkildə şeytani varlıqdır. Münafiqdə şeytani hərəkətlilik, oyanıqlıq, ədabazlıq və dəli cəsarəti vardır. Şeytan münafiqin ruhunu əsir alıb vücudundan maşın kimi istifadə edər.
Bəzi insanlar dolanışıq dərdinə qaldıq deyirlər, zülm altında əzilən müsəlmanları unudub qəflətə qapılırlar. Bu böyük vicdansızlıqdır. Dolanışıq dərdinə qalıb qəflətə qapılanlar ölümlə birlikdə hər şeyi geridə qoyacaqlarını unudur, sanki qəflət yarışına girirlər.
Dünyanın bir çox yerində müsəlmanların zehni iflic edilmiş vəziyyətdədir. Müsəlmanlar sanki kütləvi hipnozla müəyyən mənada sərsəm edilirlər.
Mənasız boş sözlərlə insanın beynini məşğul edəcək, daxili aləmini iflic edəcək hər cür boş işdən qaçmaq lazımdır. Bunlar şeytanın oyunudur.
Hələbdə hər kəs ac olarkən, Rohincada müsəlmanlar yandırılarkən, İraq, Suriya qan gölü vəziyyətində olarkən müsəlmanın tənbəlliyə qapılması çox çirkin olar.
Mömin beyni yatmış olmamalıdır, həmişə fəal və dinamik olmalıdır. Huşsuz ruh halı möminə yaraşmaz.
Möminlər tək ümmətdir və bir-birləri ilə çox gözəl uyğunlaşarlar. İman əhli olanların Qurana tabe olduqdan sonra aralarında problem çıxmaz.
Şeytan itaətsizlik, qarşıdurma və anarxiya istəyər. Mütləq qarışıqlıq çıxartmaq istəyər. (Əraf surəsi, 12-13: (Allah) dedi: "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" (İblis) dedi: "Mən ondan daha xeyirliyəm məni oddan, onu isə palçıqdan yaratdın". (Allah:) "O zaman oradan en, orda təkəbbürlənmək sənin (haqqın) olmaz. Dərhal çıx. Həqiqətən sən alçaqlardansan".
Kommunist fəlsəfədə həmişə ziddiyyət və qarşıdurma düşüncəsi vardır. Eynisi münafiqlərdə də var, səbəbsiz yerə qarşıdurma yaradarlar.
Müsəlmanların üzərindəki nur və təmizlik imanın açıq dəlilidir, təcəllisidir.
Musəvilər vahid Allaha iman gətirən, incəsənətə, keyfiyyətə, nəzakətə əhəmiyyət verən, minlərlə ildir ki, hz. Musaya sədaqət göstərən gözəl insanlardır. Müsəlmanlarla musəvilərin arasının dəyməsini istəyən şeytandır. Düşünmədən kor-koranə musəvi düşmənçiliyi etmək Qurana uyğun deyil.
Atatürk dəccaliyyətə qarşı mübarizə aparmış bir cür Mehdidir. Atatürkü bu müddət ərzində xalqa yanlış tanıtdılar. Atatürk müasir dindar idi.
Əbdülhəmid dövründən bəri İngiltərə dərin dövləti haqqında heç kim danışa bilmirdi. Biz gündəmə gətirdikdən sonra hər kəs mövzunun əhəmiyyətini gördü.
Ziyalılarımız və yazıçılarımızın İngiltərə dərin dövləti məsələsinə əhəmiyyət vermələri çox gözəldir. Rusiya və Türkiyə açıqca öz rəftarını göstərsə bu məsələ bitər. İngiltərə dərin dövləti ifşa edildiyi zaman fikri olaraq zərərsizləşər. Yaxın gələcəkdə hamımız birlikdə bunu görəcəyik inşaAllah.
Mehdi heç bir siyasi fəaliyyətə qarışmaz. Təkcə sevgi müəllimidir. İnsanları ictimai ədalət, sevgi, sülh üçün təşviq edəcək.
Qardaşlarımız sevgisiz insanlarla qarşılaşdıqları zaman qəzəblənməsinlər. Təhqirə təhqirlə cavab verilməz. İsrarla sevgi ilə cavab verilməlidir.
Allaha duamız Mahmud Əfəndi həzrətlərinin ömrünün uzun olması və çox rahat, hüzurlu yaşamasıdır.
Tayyib hocama bu qədər qarşı olmalarının səbəbi İngiltərə dərin dövlətinə boyun əyməməsi və özləri kimi saxta ziyalı olmağa çalışmamasıdır.
İslam Birliyində xristianlar, musəvilər, dinsizlər, hər kəs yer alacaq. Hamısı güvən və hüzur içində yaşayacaqlar.
İslam aləminin parçalanmış olmasından istifadə edib uşaq-qoca müsəlmanları əzirlər. İslam aləmi bir mənəvi lider ətrafında birləşməlidir. Müsəlmanların mənəvi lideri olsa, bu lider ətrafında birləşmiş olsalar, radikalizm də, terror da qalmaz. Sülh olar.
İran, Türkiyə və Rusiya ittifaq halında hərəkət etsə İraq və Suriyadakı döyüş dərhal bitər.