Hz. Musa (ə.s), Hz. Məhəmməd (s.ə.v.), Hz. Süleyman (ə.s.) ruhu ilə hərəkət edib nəticə almaq lazımdır. Yenə də görürsünüz ki, böyük möcüzələr olur. İslam əxlaqının dünyaya hakim olması istiqamətində böyük hadisələr baş verir.
(A9 TV; 18 İyul 2012)
Adnan Oktar
-
İFFƏTİN XÜSUSİ İŞIĞI, NURU OLUR. İffət olmayanda zülmət, təsəvvür edilməyən çirk, xüsusi damğa olur və Allahın hikmətidir ki, elə insanlar istəsələr də ondan xilas ola bilmirlər.
(A9 TV; 18 İyul 2012)
Adnan Oktar
-
Zülm dayanmaz. Zülmlə gələn zülmlə gedər.
(A9 TV; 18 İyul 2012)
Adnan Oktar
-
Qiymətli sənətçilər acı ilə yoğrulmuş insanlardır. ACI ÇƏKMƏYƏN BİR İNSANIN İNCƏSƏNƏT İŞÇİSİ OLMASI ÇOX ÇƏTİNDİR. Uşaqlıqlarında çox şiddətli əzab, iztirab çəkmiş, kasıb, çətin şərtlərdə yaşamış insanlar sevinci, sevincin qiymətini bilən insanlar olurlar. Sənətdə istiqamətləri də ona görə çox güclü olur.
(A9 TV; 16 İyul 2012)
Adnan Oktar
-
Bütün dünyada həm iqtisadiyyat, həm də dünya çökür. İMANSIZLIĞIN BƏRƏKƏTSİZLİYİ, UĞURSUZLUĞU DÜNYANIN ÜSTÜNƏ ÇÖKÜB. Dünyanın üstünə böyük uğursuzluq çökdü . MEHDİ ZÜHUR ETMƏYİNCƏ BU UĞURSUZLUQ HƏLL EDİLƏ BİLMƏZ, ARADAN QALDIRILMAZ.
(A9 TV; 16 İyul 2012)
Adnan Oktar
-
Məscid eyni zamanda cəm evidir. Adından göründüyü kimi cəm edilən yerdir. Cəm evində də istəsən gedib namaz qıla bilərsən, Aləvi bacı-qardaşlarımız məsciddə də istəsə namaz qılar, söhbət edər.
(A9 TV; 16 İyul 2012)
Adnan Oktar
-
İsa Məsih 9313 mələklə göyə qaldırılır. 9313 mələklə yer üzünə enir. Eyni zamanda, bu 9313 mələk Mehdi (ə.s)-ın köməkçiləri olacaqlar.
(A9 TV; 16 İyul 2012)
Adnan Oktar
-
Səmimiyyətsiz din anlayışı insanların ağlını pozar.
(A9 TV; 16 İyul 2012)
Adnan Oktar
-
İslam Birliyi üçün toplaşaq, birlikdə ittifaq edək. Təfsilatlara girməyək. Allah da, Peyğəmbər də, qiblə də, Kitab da birdir, vəssalam.
(A9 TV; 16 İyul 2012)
Adnan Oktar
-
İslam Birliyi üçün sürətlə çalışaq. Şeytan çox asan olanı çətin göstərir. Qürurla davranmayaq .
(A9 TV; 16 İyul 2012)
Adnan Oktar
-
Hal-hazırda ən əhəmiyyətli olan müsəlman camaatların, qrupların, milliyyətçi qrupların hamısının bir-biri ilə möhkəm əlaqə yaratmalarıdır. Belə bir gücü qarşısında görən PKK geri addım atar.
(A9 TV; 16 İyul 2012)
Adnan Oktar
-
Hər mədəniyyət çox zövqlü və gözəldir. Heç bir mədəniyyətin yox olmasını istəmərik. Hər mədəniyyət zənginləşdiriləcək. Təbii ki, Mehdiyyət zamanında olacaq. Qarşıdakı illərdə bunları görəcəksiniz, inşaAllah.
(A9 TV; 15 İyul 2012)
Adnan Oktar
-
Türk-İslam Birliyi. Türkiyə lider olacaq. Liderin adından deyirik. Ucsuz-bucaqsız ərazidə tək lider olacaq. Başqa heç kim etmədiyinə görə təbii ki, Türk-İslam Birliyi deyəcəyik.
(A9 TV; 15 İyul 2012)
Adnan Oktar
-
Türk İslam Birliyində mədəniyyət yox olmaz. Əksinə mədəniyyət daha inkişaf edər, mükəmməlləşər.
(A9 TV; 15 İyul 2012)
Adnan Oktar
-
Mehdiyyət mükəmməllik deməkdir, QÜSURSUZLUĞA YAXIN MÜKƏMMƏLLİK DEMƏKDİR. Bu, hər şeydə möhtəşəmlik, yaxşılıq, gözəllik, təmizlik, keyfiyyət, azadlıq, sevinc deməkdir.
(A9 TV; 15 İyul 2012)
Adnan Oktar
-
Mehdiyyət dövründə gənc qızlar həyatlarının ən gözəl dövrünü yaşayacaqlar. İndi dəyərləri o qədər bilinmir. Dünyanın bir çox yerində belədir. Nə sevgidən zövq ala bilirlər, nə xoşbəxtliyi yaşaya bilirlər, nə də azadlığı... O dövrdə istədikləri kimi geyinəcək və əylənəcəklər. Hər yerdə can təhlükəsizliyi olacaq.
(A9 TV; 15 İyul 2012)
Adnan Oktar
-
Türk- İslam Birliyi hər kəsə zorla namaz qıldırmaq, zorla insanların içki içməsini qarşısını almaq demək deyildir. Türk-İslam Birliyində əyləncənin ən yaxşısı olacaq. İçki içmək istəyən də içər. Heç kim qarışa bilməz.
(A9 TV; 15 İyul 2012)
Adnan Oktar
-
Kommunist və yaxud ateist qorxunun səbəbi iman etmək qorxusudur. İman edəcəklərinə dair yetərli dəlillərlə qarşılaşanda, dəhşətli qorxuya düşərlər. Çünki o artıq özünə bir həyat qurub. Allahı inkar edib. Ona görə hər cür haram iş görür, hər cür etməməli olduğu şeyləri edir. Və qəlbi də rahatdır. Çünki Allahın olmadığına əmindir, haşa. Axirətin olmayacağına, hesab verməyəcəyinə əmindir.
(A9 TV; 14 İyul 2012)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v.) müşriklərə də şəfqət göstərirdi, kitab əhlinə də, hər kəsə İslamı izah edirdi. Nifrətlə nəyəsə nail olmaq olmaz . Sevgi ilə, şəfqətlə, mərhəmətlə, ağılla, elmlə, sənətlə, gözəlliklə nəticə əldə etmək olar.
(A9 TV; 14 İyul 2012)
Adnan Oktar
-
Masona nifrət etsən, Qurana uyğun davranmamış olarsan. Əgər səhv yoldadırsa, şəfqətlə İslama dəvət etməlisən. Doğru hərəkət edirsə, onsuz da müttəfiqindir. Birlikdə hərəkət edərsən. Əksik məlumatı vardırsa, SƏN ƏMRİ BİLMARUF və NƏHYİ ANİLMÜNKƏRLƏ MÜKƏLLƏFSƏN. NİFRƏT ETMƏKLƏ DEYİL.