Özü daxil olmaqla hər kəsdən nifrət edən, təmizlikdən xəbərsiz, mədəniyyət səviyyəsi aşağı bir kütlə var. Bu kəslərə təhsil verilməsi əhəmiyyətlidir. İsrarla doğruya çağırmaq lazımdır. Bunların söz ehtiyatları 200-ü keçmir. Reaksiyaları primitivdir. Nəzakətləri yoxdur. Hər şeyə təcavüzkar yanaşırlar, lakin öyrədilmələri mümkündür.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
İslam aləmindəki qarışıqlığın tək həlli mehdiyyətdir. Seyyidina İsa Məsih və mehdiyyətdən başqa heç bir həll yolu yoxdur.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Televiziya verilişlərində ümumiyyətlə saatlarla uzun-uzadı hikmətsiz sözlər danışırlar. Demək olar ki, heç həll yolu göstərən sözlər danışmırlar. Məsələn, saatlarla qadınların paltarına qarışır, təhsil əsas şərtdir deyirlər. Lakin təhsilin necə olmasının lazım olduğunu söyləmirlər. Quranın kafiliyindən, Allah sevgisi və Allah qorxusundan bəhs etmək lazımdır. Mövcud darvinist təhsillə təzyiqçi, şiddəti müdafiə edən insanlar yetişir. Bu kəslərin zehniyyətini dəstəkləyənlər də var. Bunlara qarşı həll yolu Quran ruhudur.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Terror hücumlarından sonra içə qapanmaq, sevincdən, həyatdan imtina etmək düzgün üsul olmaz. O zaman terror məqsədinə nail olmuş olar. İnsanları matəmə çağırmaq düzgün deyil. Onsuz da terrorun məqsədi Türkiyənin sevincini yox etmək, normal həyata mane olmaqdır. Bu oyuna düşməmək lazımdır. İnsanları matəmə çağırmaq əvəzinə "bizi belə ruhdan sala bilməzlər, həyat sevincimizi əlimizdən ala bilməzlər, əhvalımızı korlaya bilməzlər" deyilməlidir. Terror hücumlarından sonra ağıllı yanaşmaq əhəmiyyətlidir. Qəlbən buğz edilər, lazımi tədbirlər alınar, lakin həyat sevincini tərk etmək olmaz.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Əyləncə yerlərinin tək-tək bağlandığı, gənclərin rahatlıq tapa bilmədiyi, geyimlərinə, həyatlarına hər kəsin qarışdığı bir Türkiyə istəmərik.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Hər kəsi kafir elan edən, xristian və musəvi qardaşlarımıza qarşı ağlasığmaz nifrət təbliğatı irəli sürənlərə heç kim etibar etməsin.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Türkiyə müasir ölkədir. Hər düşüncəyə sahib insanın istədiyi kimi yaşaya bildiyi ölkədir. Bu mövzuda geriləmə olmasını qəbul etmərik.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Müsəlman haram olan mövzuları gündəmə gətirər, lakin kimin necə yaşadığına qarışa bilməz. İnsanların nə zaman əylənəcəyinə, hinduşkanı nə zaman yeyəcəyinə heç kim qarışa bilməz. Qurana görə heç kimin belə haqqı yoxdur.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Şəhidlərin olduğu aləmdə hüzn, kədərlənmək yoxdur. Orada sevinc içində ruzi alırlar.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Belə igid insanların olduğu bir ölkəni İngiltərə dərin dövləti heç vaxt təslim ala bilməz, ala bilməyəcək. Bizim millətimiz çox dəliqanlıdır.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Müsəlmanlar hər hansı şəkildə yeni ilin və ya hz. İsanın doğumunun qeyd edilməsinin əleyhinə çıxa bilməz. Hz. İsanın doğumu müsəlmanlar üçün də sevinc vəsiləsidir.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
İslam Birliyindən heç bəhs etmədən, iman həqiqətlərindən, Quranın möcüzələrindən bəhs etmədən İslam tarixindən bəhs edərək İslam hakimiyyəti olmaz.
(A9 TV; 31 dekabr 2016)
Adnan Oktar
-
İslam aləmi birləşmədiyi müddətcə zülm və mərhəmətsizlik davam edər. Müsəlmanları birləşdirmək üçün coşğulu, şövqlü, səmimi ruh lazımdır.
(A9 TV; 31 dekabr 2016)
Adnan Oktar
-
Müsəlmanlar, İngiltərə dərin dövlətinə qarşı tək-tək uğur qazana bilməzlər. Lakin İslam aləmi birləşsə böyük güc olar, dərin dövlət məğlub olar.
(A9 TV; 31 dekabr 2016)
Adnan Oktar
-
PKK, İŞİD, Əl-Qaidə, Boko Haram, bütün terrorist qruplar İngiltərə dərin dövlətinin himayəsi altındadırlar. Bu quruluşla mübarizə, İslam Birliyi ilə mümkün olar.
(A9 TV; 31 dekabr 2016)
Adnan Oktar
-
2017-ci il bütün dünya üçün xeyirli, uğurlu olsun. Hədislərin və Bədiüzzamanın işarələri ilə çox mühüm hadisələrin olacağı bir il kimi görünür.
(A9 TV; 31 dekabr 2016)
Adnan Oktar
-
2017-ci il kilid illərdən biridir. 2023-cü il İslamın qələbəsi ilə nəticələnəcək inşaAllah. Bu qələbə mövhumatçılığın deyil, Quranın qələbəsi olacaq. Dünya ilk dəfə şeytanın təsirindən xilas olacaq və dünyaya yaxşılıq, gözəllik, sülh, keyfiyyət, sevgi, mərhəmət, nəzakət hakim olacaq. Bunu görəcəyik.
(A9 TV; 31 dekabr 2016)
Adnan Oktar
-
Önümüzdəki illər İslam Birliyinin başlanğıcının olacağı illərdir. Allah bütün müsəlmanların ayaqlarını möhkəmləndirsin, güc və xeyir versin.
(A9 TV; 31 dekabr 2016)
Adnan Oktar
-
Allah yeni ili bütün İslam aləmi, bütün dünya üçün xeyirli etsin. Allah İslam aləminin üzərindəki bəlaları, uğursuzluqları, döyüşləri aradan qaldırsın. Bizi İsa Məsih və Mehdiyə tələbə etsin.
(A9 TV; 31 dekabr 2016)
Adnan Oktar
-
Münafiq hər şeyi yaradanın Allah olduğunu anlaya bilməyəcək qədər axmaqdır. Özünü gizlətdiyini zənn edər, gizli hesab etdiyi hər şeyi yaradan Allahdır.