Münafiqlər həmişə gecə hərəkət edərlər, ortalıq sakitləşdikdə. Onlar səssizliyə çox ehtiyac duyarlar. Qaranlıqda münafiqlərin ilk edəcəyi şey, küfr əhli ilə əlaqə yaratmaqdır. Dərhal onlara məlumat çatdırar. Başqa cür yaşaya bilməz.
Allah şəhidliyi çox sevir, qaziliyi sevir. Gecə yarısına qədər təbliğ edilməsini bəyənir. Səylə Allah eşqinin axtarılması, Allahın çox sevdiyi şeydir. Bu zaman həmin eşqi və ehtirası Allah layiq olana verər.
Allah eşqi çox sevər, ehtirası çox sevər. Mələklər də sevir, lakin bunu Allah kafi görmür. Çünki mələk sevməyə məcburdur. Lakin əzab və əziyyət içində olan insanın Allahı sevməsi, Allahın ən bəyəndiyi şeydir.
Allah eşqdir, Allah sevgidir. Allah sevilmək istəyir, sevmək istəyir, lakin əsil sevgi istəyir, robot kimi bir sevgi deyil. Yəni məcbur olduğu üçün deyil, qəlbən sevməlidir. Bunun üçün Allah ehtirası, eşqi yaratmışdır. Allah onsuz da qullarında yaşayar; məsələn, biz ehtirası yaşayırıq, bunun eynisini Allah yaşayar.
Münafiqə nəsihət kimi Allahdan bəhs et desən dəli olar, küfr əhlindən uzaq dur desən dəli olar. Şeytan seansı kimidir. Şeytan necə birdən birə dəli olur? O da bu cür dəli olar. Bunun üçün də, münafiqlə danışarkən çox diqqətli, çox təmkinli danışmaq lazımdır.
Münafiqlə danışarkən çox diqqətli olmaq lazımdır. Yaxşı işlər görməyi əmr edib pis işləri qadağan etdikdə münafiq havalanar, dəliyə dönər. Ruhu üsyana və şeytanlığa meyilli olduğu üçün, nəsihətdən çox narahat olar.
Münafiq nəsihətdən çox narahat olar, dəliyə dönər.
Münafiqin ən nəzərə çarpan xüsusiyyəti, heç vaxt unutmayın; küfr əhli ilə mütləq gizli əlaqə qurar, mütləq. Heyrət edəcəyiniz bir yolla, qapıdan qoysanız bacadan çıxar, mütləq küfr əhli ilə əlaqə qurar. Bu münafiqin ən nəzərə çarpan və imtina edə bilmədiyi xüsusiyyətidir. Çünki məlumat çatdırmaq üçün buna ehtiyacı var.
Münafiq küfr əhli ilə əlaqə qurmasa əhval-ruhiyyəsi korlanar. Mütləq bir yerdən gizlicə küfr əhli ilə əlaqə quracaq. Onun qidası budur. Küfr əhli ilə əlaqə qurmayan bir münafiq görə bilməzsiniz. Hiyləgərcəsinə, gizlicə əlaqə qurmaq münafiqin tərgidə bilməyəcəyi xüsusiyyətidir, onun xəstəliyidir.
Pislik münafiqin ciyərinə yayılmışdır. O həmişə bu pisliklə yanıb alovlanar. Həmişə küfr əhli ilə əlaqədə olmaq istəyər. Müsəlman onu narahat edər. Yəni İslamdan bəhs etmək, Qurandan bəhs etmək münafiqi narahat edər.
Münafiq yaxalandığını anlasa, müvəqqəti taktika işlədə bilər. Müsəlman kimi görünməyə başlaya bilər. Lakin fürsət tapdıqda, ayədə ifadə edildiyi kimi, yenə “üzüstə geri dönər”, pisliyin içinə girər.
Münafiqlər İslam aləmi üçün çox böyük təhlükədir. Münafiq bəzən geri addım atar. Lakin bu müvəqqəti olar. Yenə təkrar alçaqlığa, pisliyə qayıdar. Yəni münafiq çox yaxşı müşahidə edilməlidir.
İslamda çətinlik yoxdur. Allah asanlıq olmasını istəyir, ayədə dəfələrlə vurğulayır, "hz. İbrahim (ə.s)-ın dini kimi asandır" deyir. Başqa bir ayədə isə: "Allah sizin üçün çətinlik istəməz, asanlıq istəyər" deyir. İslam bayram kimidir, sevinc dinidir. Asıb-kəsmək, döymək, söymək və qadınlara həyatı zəhər etmək; bunlar yoxdur. İslamda qadınlar çiçək kimidir.
Əbəs yerə İslamı bu qədər qorxunc vəziyyətə salırlar. Nə qədər qorxunc şey varsa, İslamda toplayıblar. Belə şeylər yoxdur. İslam bahar şənliyi kimidir.
İsa Məsih (ə.s)-ın ən nəzərə çarpan xüsusiyyəti çox kəskin baxışlı olmasıdır. Baxışları bıçaq kimidir, çox ağıllı baxar. Boz gözlüdür, yaşıl deyil, gözləri bozdur. Göz rəngi hz. Yusif (ə.s)-dan gəlir.
İsa Məsih gizli fəaliyyət göstərəcəkdir. Hz. Mehdi (ə.s) daha açıq fəaliyyət göstərər, lakin Allah Mehdini 70 pərdə ilə gizlətdiyi üçün son ana qədər anlaya bilməzlər.
Şəhid cənazələri 100-200, yaxud min insanla olmaz. Hər dəfə ən azı 1 milyon insanla qaldırılmalıdır. Dövlət bunu təşkil etsin. Yer-göy təkbirlərlə inləməlidir.
Bir kərə şəhid yuyulmaz və kəfənlənməz. O qanlı paltarıyla, əsgər paltarıyla açıq, hər kəsin görəcəyi şəkildə yola salınmalıdır. İgidlərimiz bu şəkildə məzara qoyulmalıdır. Üsulu budur.
"Münafiq kişilər və münafiq qadınlar, bəzisi bəzilərindəndir". (Tövbə surəsi, 67) Allah: “Onlar bir-birindəndir” deyir. Münafiqlər bir-birlərindən ayrıla bilmirlər, heyrətvericidir. Məsələn, küfr əhli ilə yaşamalıdır. Yaşaya bilmir. Təkcə öz aralarında yaşaya bilirlər. Yəni xüsusi bir cəmiyyətdirlər.
Ətlə, sümüklə məhəbbət olmaz, sevgi olmaz. Ətə, sümüyə görə baxmağa çalışsan, ət sümük səni boğar, ondan heç nə çıxmaz. Qarşındakı insanda Allahın ruhunu, Allahın təcəllisini sevməlisən.
Hər varlığı Allahın təcəllisi kimi görsən, Allah sənə sevdirər, sən o varlığı sevsən, o da səni sevər. Allahdır orada o sevgini yaşadan. Bundan savayı, məhəbbət deyə heç nə olmaz. Təkcə Allah eşqi vardır.