Münafiqlər ardıcıl şəkildə yalan danışar, özlərini çox zəngin kimi göstərərlər. İngiltərə dərin dövləti bu tiplərin xəstə ruhunu bildiyi üçün bu cəhətdən yaxınlaşar və qarşılıqlı aldatma başlayar. İngiltərə dərin dövləti münafiqdən casus kimi istifadə edəcəyi üçün münafiqlərin yalanına inanırmış kimi görünər. Halbuki münafiqlər çox tez müəyyənləşdirilən çox axmaqca yalanlar danışarlar.
İngiltərə dərin dövləti ən çox Pakistan, İordaniya, Hindistan kimi ölkələrdə münafiq xarakterli insanları xüsusi olaraq axtarıb tapar və bunlardan istifadə edər.
Peyğəmbərimiz (s.ə.v) dövründə də münafiqlər mübarizə aparmağı bacarmadıqlarını söyləyərək Peyğəmbərimiz (s.ə.v) ilə döyüşə çıxmamış, onu tək qoymuşlar. ("Münafiqlik edənləri də ortaya çıxartması üçündü. Onlara: "Gəlin, Allah yolunda döyüşün və ya müdafiə edin" deyildikdə, "biz döyüşməyi bacarsaydıq, əlbəttə, sizin ardınızca gedərdik" dedilər. O gün imandan çox küfrə yaxın idilər. Qəlblərində olmayan şeyi dilləri ilə deyirdilər. Allah onların gizlətdiklərini çox yaxşı bilər", (Ali İmran surəsi, 167).
Axırzamanda İngiltərə dərin dövləti münafiq xarakterli insanlarla xəbərləşmək üçün xüsusi sistemlər öyrədər, bunların hamısı sonra başlarına bəlaya dönər.
Müsəlman “açardan” və bütün imkanlarından xeyir və İslama xidmət üçün istifadə edər, münafiq isə mütləq şər, fitnə və pislik üçün istifadə edər.
Fitnə və küfr mövzularında böyük qabiliyyəti olan münafiq, mövzu İslama xidmət etmək olduqda biliksiz olduğunu eyham edər, bu vicdansızlığındandır.
Samiri də özünü bütün müsəlmanlardan üstün görür, "Mən onların görmədiklərini gördüm" deyirdi. Bu tam münafiq təkəbbürü və ağılsızlığıdır.
Qarun hekayəsində işlənən “açar” ifadəsi eyni zamanda münafiqlərin müsəlmanlar əleyhindəki fəaliyyətini işarə edər. Açarlardan, hərisliklə topladığı malları İslam xeyrinə istifadə etməmək, müsəlmanlara fayda gəlməsinə mane olmaq üçün istifadə edirdi, münafiqlər də belədir.
Münafiqin fitnə törətmək üçün bütün yolları bağlandıqda tamamilə tək qalar. Onsuz da özü də küfrü və fitnəkarlığı ilə tək qalmaq istəyər.
Münafiq şeytanın insan formasına girmiş halıdır. Fitnə, müsəlmanların əleyhinə fəaliyyət göstərməkdə şeytani istedadı var.
İngiltərə dərin dövləti 2023-cü ildə fikri olaraq darmadağın olacaq inşaAllah. Bütün dünya bunun gerçəkləşdiyini görəcək.
Münafiqlər və tərəfdarları bir-birlərinə sonsuza qədər birlikdə olacağıq deyirlər, lakin Allaha iman gətirməyənin sonsuzluq inancı olmaz.
Münafiqlər hiss etdirmədən təbliğat apardıqlarını, insanların şüur altına təsir göstərdiklərini düşündükləri üçün özlərini çox ağıllı zənn edirlər. Portretlərdən, kitablardan, şeirlərdən istifadə edərək insanları pessimist və qaranlıq bir dünyanın içinə çəkir, iyrənc bir həyatı təlqin edirlər. Münafiqlər bütün ağılsızlıqlarına baxmayaraq, özlərini çox ağıllı zənn edirlər, lakin iblislərlə iç-içə alçaq bir dünyada yaşayırlar.
Münafiqin gizli xüsusiyyətlərindən biri də iyrənclik dərəcəsində natəmiz olmasıdır.
İslama xidmət etmək lazım olduqda münafiq özünü çox bacarıqsız və biliksiz göstərər, lakin şeytani bir iş və fitnə olduqda həddən ziyadə bacarıqlıdır.
Münafiqlər Rəsulullah (s.ə.v)-in yanından heç ayrılmırdılar. Bunun səbəbi sevgiləri deyil, xainlik edə bilmək, küfr əhlinə məlumat ötürə bilmək idi.
Münafiq həmişə alçaldılar, gizlilik içərisində, hiyləgərlik içərisində həmişə bəla ilə iç-içə yaşayar. Belə yaşamağı qəbul etməsi ibrətdir.
Dəccal yaxşılıq iddiası ilə ortaya çıxar, sonra peyğəmbərlik və ilahlıq iddia edər. Axırzamanda qadınların da olduğu 30-a yaxın dəccal çıxacaq.
Münafiqlər it kimi həmişə qaçaraq yaşayarlar. İslamdan, Allahın ayələrindən, müsəlmanlardan qaçaraq zillət içində yaşayarlar. Münafiq bir qədər mənfəət, bir qab yemək üçün Allaha, Qurana, müsəlmanlara xəyanət edər və hər kəs tərəfindən alçaldılar. Münafiqlər İngiltərə dərin dövlətinə yaltaqlanmaq üçün hər cür çətinliyə dözər, özlərini İslam üçün əziyyətə salmazlar. Sonra da alçaldılıb bir kənara atılarlar.
Münafiqlər İngiltərə dərin dövlətinin meydana gətirdiyi dəccaliyyətə şirin görünüb mənfəət təmin edəcəklərini zənn edərlər, lakin həmişə bəlalarını taparlar.
Münafiqlərin üsullarından biri namərdcəsinə işarələr verib din əleyhdarlarına özlərini müəyyən mənada satmaqdır. Məsələn, zehniyyətlərini göstərmək üçün İslam düşməni bir kitabla şəkil çəkdirər, bunu yayımlayar, müsəlmanlara qarşı olanları tərifləyən paylaşımlar edər, diqqət çəkməmək üçün bir qədər dindən, İslamdan da bəhs edər, lakin İslamın faydasına olan mühüm mövzulardan əsla bəhs etməzlər.