Münafiqin içində Allaha uzaq olmaqdan, haşa Allaha qarşı mübarizə aparmaqdan irəli gələn böyük sıxıntı və anarxiya var.
Münafiqin üzü kukla səhnəsi kimidir. Üzü ilə həmişə oynayar, baxışlarına pis ifadə verər, mənfəəti tələb etdikdə özünü günahsız kimi göstərər.
Münafiqin ruhu həmişə qarışıqlıq və anarxiya içində olduğu üçün həyatının heç bir anı hüzurlu deyildir, həmişə kin və qəzəb içindədir.
Münafiq müsəlmanların tamamilə dağılmasını istəyər. Özü müsəlmanları tərk edərkən digər insanlara siz də ayrılın, dağılın mesajı verər.
Münafiqi müsəlmanların nə etdiyi də həmişə maraqlandırar, müsəlmanların başına problem gəlməsini istəyər.
Münafiq əvvəlcə müsəlmanların arasında mənfəət əldə etmək üçün özünü gizlədər, daha sonra müsəlmanlardan ayrılmağa cürət edər, lakin başqalarını da özü ilə birlikdə sürükləmək istəyər.
Quranda ən mühüm mövzu münafiqlərlə elmi mübarizədir. Çünki münafiq müsəlmanların arasında İslam əleyhinə fəaliyyət göstərir.
Rusiyanın üz-üzə qaldığı hücumların heç bir təsiri olmayacaq. Xüsusən Türkiyə, İran, Rusiya ittifaq etsə çox möhkəm güc olar.
İntiharların bu qədər artması dəccalın mərhəmətsiz sisteminin, eqoistliyinin, insanları necə əzdiyinin, necə məhv etdiyinin dəlilidir.
Söylədiklərimizdən sonra Rusiya tarixində ilk dəfə İngiltərə dərin dövlətinə qarşı açıq rəftar nümayiş etdirir. Rusiyaya hücumların artmasının səbəbi də budur.
İngiltərə dərin dövlətini açıqca ifadə etməkdən, dəccaliyyətin mütləq məğlubiyyətə düçar olacağını söyləməkdən heç kim çəkinməməlidir.
Dini korlayanların sistemində bütün əziyyət qadınlara verilir. Qadını potensial cəhənnəmə layiq insan kimi görürlər. Halbuki, qadın çox qiymətlidir.
İslam ultramüasir insanların yaşadığı, köməkləşmənin, mərhəmətin, yaxşılığın, elmin, incəsənətin ən yüksək nöqtəyə gəldiyi ən gözəl sistemdir.
Bütün peyğəmbərlər təvazökardır, şəndir, zarafatcıl və həyat doludur.
Müsəlmanların sel kimi qanı axarkən bəzi saxta alimlər də saatlarla heç bir zəruriliyi olmayan mövzular barəsində danışırlar.
İslamı, yaşanması mümkün olmayan və şiddətin olduğu bir din kimi göstərdikləri üçün dünyanın hər tərəfində müsəlmanlar mərhəmətsizcə əzilir.
Şiə və sünni deyə müsəlmanları bir-birinə qırdırmağa çalışırlar. Müsəlman deyildikdə baxımsız, çirkli, zövqsüz insanlar ağıla gəlsin istəyirlər. Halbuki müsəlmanlıq nəzakət, keyfiyyət, gözəllik, incəsənət, elm, ədəb, gözəl söz, incəlik, qısacası gözəl olan hər şeydir.
Quranda mindən çox münafiqlərlə əlaqədar ayə var, lakin İslam aləminin ən az üzərində dayandığı mövzu münafiqlikdir.
Peyğəmbərlər kədərlidir inancı doğru deyil. Bu yanlış məlumatdır. Az gülüb çox ağlamaq küfr əhlinə layiq haldır. Bədbəxtlik, kədər müsəlmanın deyil, küfr əhlinin xüsusiyyətidir. Müsəlman imani həyəcanı ilə şən və sevinclidir.
İncəsənət, keyfiyyət, estetika olmadıqda həyatın mənası və gözəlliyi qalmaz. Təhsil olmadan da incəsənətdən zövq alan nəsil yetişməz. Tezliklə İncəsənət və Keyfiyyət Nazirliyi yaradılsın ki, tikintidən ayaqqabı emalına qədər hər yerdə incəsənət və keyfiyyət hakim olsun. Bu təməl siyasət olsun.
Putinin Amerikalı diplomatlarını ölkədən kənara göndərməyəcəyik açıqlaması çox gözəl olub.