Münafiqi müsəlmanların arasında ikən uzaqlaşdırmağa çalışmaq, koma vəziyyətindəki bir insanı öldürməyə bənzəyir. Koma vəziyyətindəki insandan heç vaxt ümid kəsilməz. Ölümə tərk etmək olmaz. Komadan çıxana qədər gözləmək lazımdır. Lakin bəzən heç komadan çıxmır, komada ikən ölür. Münafiq də belədir.
Münafiq müsəlmanlardan ayrılıb küfr əhlinin yanına getmək üçün, həmişə mövzu axtarar, fürsət axtarar. Fürsət verilməməlidir. Lakin həqiqətən münafiqdirsə onsuz da bu xüsusiyyəti özünü büruzə verər. Sən nə etsən də, özünü büruzə verər. Sən səbir etməyib, birbaşa göndərməyə çalışsan bu günah olar. Bu cür olmaz. Səbir etməlisən, çünki bəlkə şəfa tapa bilirlər. Münafiq müalicə edilməlidir.
(A9 TV; 27 yanvar 2016)
Adnan Oktar
-
Münafiq, müsəlmanlarla küfrün mübarizəsini arenada izlər kimi seyr edir. Kimin kimdən daha üstün olduğuna baxar, əgər küfr əhlinin üstün mövqedə olduğunu görsə, müsəlmanlara heyrətamiz dərəcədə bağlanmış kimi göründüyü halda, birdən özünü küfr əhlinin arasına atar. Münafiq çox alçaqdır. Bir anda onların adamı olar.
(A9 TV; 26 yanvar 2016)
Adnan Oktar
-
Münafiq küfr əhlinə kömək etməkdə və dəstəkləməkdə çox məharətlidir. Münafiqlərlə əlaqədar ayələrdə münafiqlərin küfr əhlinə heyrətamiz dərəcədə məlumat çatdırdıqları və dəstək olduqları, lakin onlarda zəiflik gördükləri vaxt da, onlardan dərhal qaçdıqları bildirilir.
(A9 TV; 26 yanvar 2016)
Adnan Oktar
-
Mehdiyyət sevgi üzərində qurulub. Mehdiyyət həmişə sevgini, mərhəməti, dostluğu və qardaşlığı istəyər. Münafiq sistemi və dəccaliyyət sistemi isə tam əksidir.
(A9 TV; 26 yanvar 2016)
Adnan Oktar
-
Münafiq özünə ədalətsizlik edildiyindən əmindir, ona görə də, möminlərə qarşı çox kinlidir. Küfr əhlinin də çox ədalətli olduğunu düşünər və onları tərifləyər.
(A9 TV; 26 yanvar 2016)
Adnan Oktar
-
Münafiq, müsəlmanlara sataşmaq üçün, mütləq bir mövzu tapar, həmişə coşar. Razı olduğu və Allaha həmd olsun dediyi vəziyyət heç olmaz. Həmişə müsəlmanlardan şikayət edəcəyi cəhət tapar.
(A9 TV; 26 yanvar 2016)
Adnan Oktar
-
Mehdiyyət anti-münafiq hərəkatdır. Münafiqliyin ziddi olan hərəkatdır.
(A9 TV; 26 yanvar 2016)
Adnan Oktar
-
Münafiqin nəzərə çarpan əxlaqsızlığı; küfr əhlinə nökər kimi xidmət edər, onlar üçün maksimum dərəcədə enerji ilə hər cür fədakarlığı edər; möminə də, əziyyət olması üçün, əlindən gəldiyi qədər hər cür işini gördürmək istəyər.
(A9 TV; 26 yanvar 2016)
Adnan Oktar
-
PYD, PKK-nın ad dəyişdirmiş formasıdır. Stalinist, kommunist, Türkiyənin parçalanmasını istəyən, alçaq, namərd təşkilatdır, birbaşa Öcalana və Kandilə bağlıdır.
(A9 TV; 26 yanvar 2016)
Adnan Oktar
-
Münafiq ilk fürsətdə köhnə inancına, köhnə həyatına geri qayıtmaq istəyər, ağlı həmişə küfr əhlinin yanında olar. O düşüncə beynindən heç çıxmaz. Müsəlman olduqdan sonra, məsələn, əvvəlki hiyləgərliyi, əvvəlki əxlaqsızlığı, əvvəlki macərapərəstliyi, əvvəlki şərəfsizliyi, əvvəlki namussuzluğu nədirsə ona qayıtmaq istəyər. O küfr həyatını unuda bilmir, dönüb dolanıb yenə eyni nöqtəyə gəlir.
(A9 TV; 25 yanvar 2016)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) gecə qalxır, münafiq də dərhal ilan kimi səssizcə gəlir Peyğəmbərin yanına. Gündüz qalxır, gündüz yanına gəlir. Heç boş buraxmır. "Çox sevirəm, çox hörmət edirəm" deyir, halbuki məqsədi məlumat toplamaqdır.
(A9 TV; 25 yanvar 2016)
Adnan Oktar
-
Münafiq, Quran ayələrindəki xəbərdarlıqları heç vaxt özünə aid etməz, həmişə özünə hüsnü-zənn edər. Bütün səmimiyyətsizliyinə, əxlaqsızlığına baxmayaraq, axirətdə də çox yaxşı yerdə olacağı qənaətindədir. Halbuki Allah axirətdə cəhənnəmin ən aşağı təbəqəsində olduqlarını bildirir.
(A9 TV; 25 yanvar 2016)
Adnan Oktar
-
Sırtıqlıq münafiqin əsas xüsusiyyətidir. Münafiqlərlə əlaqədar ayələr oxunduqda münafiq özünə aid etməz, heç onunla əlaqəsi yoxmuş kimi davranar, çox həyasızdır. Halbuki möminin münafiq əlamətlərindən içi titrəyər, yəni çox qorxar.
(A9 TV; 25 yanvar 2016)
Adnan Oktar
-
PKK hərəkatını təşkil edən tək yer vardır. Mərkəzi Londonda olan İngiltərə dərin dövlətidir. Başqa heç bir güc, heç bir əlaqə yoxdur, hadisə tamamən bu cürdür.
(A9 TV; 25 yanvar 2016)
Adnan Oktar
-
Mövhumatçılıq azacıq önü açıldıqda corab söküyü kimi gedər. Olduqca təhlükəlidir. Dövlət bu mövzuda çox qərarlı bir siyasət izləyərək, müasir dövlət quruluşu, müasir incəsənət anlayışı və müasir düşüncəni mütləq yaymağa çalışmalıdır. Yəni İslam müasir mənada yaşanmalıdır. Hansı mənada müasir? Səhabə dövründəki kimi.
(A9 TV; 24 yanvar 2016)
Adnan Oktar
-
Münafiq həmişə haram olan, qadağan olunmuş şeylərə meyillidir. Məsələn, münafiqlər, oğurluq, fırıldaqçılıq, yalançılıq, casusluq, fitnəkarlıq, cinsi pozğunluq, pislik etmək və hətta cinayətə meyillidirlər. Bunu Quranda görürük. Həmişə insan öldürməyə meyl edirlər.
(A9 TV; 24 yanvar 2016)
Adnan Oktar
-
Bütün müsəlman cəmiyyətlərində münafiq olar, çox diqqətli olmaq lazımdır. Az sayda olmazlar, həmişə çoxalar. Artıq bitdi zənn edərsən yenə çıxar. Münafiqin sonu gəlməz.
(A9 TV; 24 yanvar 2016)
Adnan Oktar
-
Dərin dövlətlər sadəcə idarə edər, münafiqlər onların əsgəri kimi vəzifə yerinə yetirərlər. Əsgəri olmasa dərin dövlətin gücü olmaz. Bunun üçün dərin dövlətin ordusu olan münafiqlər dağıdılmalıdır. Bu da bilik və imanla mümkün olar.
(A9 TV; 24 yanvar 2016)
Adnan Oktar
-
İslam aləminin bu vəziyyətə gəlməsinin tək səbəbi münafiqlikdir. Dərin dövlətlər münafiqdən istifadə edər. Münafiqlər, dərin dövlətlərin ordusudur.
(A9 TV; 24 yanvar 2016)
Adnan Oktar
-
Münafiqlər: "Müsəlmanlar bir gün dağıla bilər, əzilə bilər, lakin küfr əhli dağılmaz, devrilməz quruluşdur" deyə düşünürlər. Tarix boyu həmişə küfr əhlini güclü hesab etmiş və həmişə də məğlub olmuşdurlar.