Münafiq şeytanın təlqini ilə boş danışar. Boş danışıqlarla müsəlmanların gözəl xidmətlərini dayandırmaq istəyər.
Münafiq müsəlman olduğu üçün öz aləmində bunun əvəzini müsəlmanlardan çıxmaq istəyər. Münafiqlər müsəlman olmalarına görə minnət edərlər. “Müsəlman olduqlarına görə sənə minnət edirlər. De: “Müsəlman olduğunuza görə mənə etməyin. Tam əksinə, sizi imana yönəltdiyi üçün Allah sizə minnət edir. Əgər doğru deyirsinizsə (bunu belə qəbul etməlisiniz)”. (Hucurat surəsi, 17)
Münafiq gözlərindən müsəlmanlara əziyyət vermək üçün istifadə edər. İstədiyi vaxt ağlayar, istədiyi vaxt axmaq görünüşü verər, istədiyi vaxt da nifrət baxışı olar.
Münafiqlər çox murdardır. Sanki heyvani murdarlıqla məscidlərə gələrlər. Buna görə də, Allah ayə endirib məscidin təmiz saxlanılmasına diqqət çəkmişdir. Münafiq murdar olub müsəlmanların yaşadığı yerləri də çirklətməkdən şeytani zövq alar. Münafiqin bu şeytani zövqü axirətdə əzaba dönəcək.
Münafiqlərdə ağlamaq çox mühüm silahdır. Həzrəti Yusifin qardaşları Yusifi şəhid etməyə çalışıb ağlayaraq bunu ört-basdır etmək istəyiblər.
Münafiq öz zəif ağlına görə Peyğəmbərin zəifliyini tapıb istifadə etməyə çalışar. Samiri də xaincə hz. Musanın dinini unutduğunu iddia etmişdir.
Münafiq bilavasitə Peyğəmbərdən soruşsa dərhal cavabı veriləcək mövzulardan Peyğəmbərin arxasınca danışar ki, ətrafındakı insanlara şübhə verə bilsin.
Münafiqin tələskən olmasının səbəbi yaşadığı sıxıntının şiddətindəndir. Mömin tələskənliyə qarşı səbirlidir. Münafiq səbirsizdir, həmişə əzab çəkər.
Münafiqdə daimi sıxıntı var, həmişə gəzib dolanmasının səbəbi də yaşadığı sıxıntıdır. Od kimi sıxıntı əzabı var. Münafiq sıxıntıdan xilas olmaq üçün həmişə gəzər, dolanar, lakin sıxıntı onu buraxmaz. Hara getsə Allah onu sıxıntıya boğar.
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiq qadınlar Peyğəmbərimiz (s.ə.v)-ə əziyyət vermək və ayrılarkən yüksək miqdarda mehr almaq üçün onunla evlənmək istəyirdilər. Münafiq maddi imkan təmin etmək üçün evlənmək istəyər. Zəngin birini tapar, onunla evlənər, sonra aliment adı altında o insanı soymaq istəyər. Münafiqlərin evliliklərində məqsəd qarşıdakı insanın malını qəsb edə bilməkdir. Bu qəsbin hər təfərrüatını incəliklə hesablayarlar.
Münafiq israrlı olaraq heyrət ediləcək şəkildə asi, idarə edilə bilməz və psixopatdır. Ailəsinin başına da bəla olar, həmişə problem çıxardar.
Münafiqlər aralarındakı danışıqlarında sonsuz sədaqətdən bəhs edərlər, lakin sonsuzluğa inanmazlar. Buna görə də, 10, 20, 30 il deyə tarix də verərlər.
Münafiq haşa Allaha din öyrətməyə cəhd edər. Allahın Quranda bildirdiyi dini deyil, öz düşüncəsindəki dini tətbiq edər. Bu dövrdə içində homoseksuallıq, darvinizm, küfr olan rumiliyi din kimi təqdim etmələri də münafiqlərin əxlaqsızlıqlarından biridir.
Münafiq həmişə üz-gözünü turşudar, çünki müsəlman olmaqdan narahatdır. Həmişə əyləndirilmək, gəzdirilmək istəyər, beləliklə də müsəlmanların vaxtını alar.
Mömin çox incə düşünər, Allahdan qorxar və diqqətcildir. Münafiq Allahdan qorxmadığı üçün müəyyən mənada çaqqal kimi arsızdır. Müsəlman Allahdan qorxduğu üçün çox diqqətlidir. Münafiq isə sanki heyvan kimi kobuddur. Müsəlman bu düşüncəsizliyi heç anlaya bilməz.
Münafiqlik İslam aləminin ən az üzərində dayandığı, Quranda isə ən çox üzərində dayanılan mövzudur.
Münafiqlik mövzusunda ətalətə qapılmaq çox böyük səhv olar. Ömrümüzün sonuna qədər ən mühüm mövzu olaraq üzərində dayanmalıyıq.
Münafiqlər fiziki cəhətdən murdardırlar. Müsəlmanların olduğu mühiti də çirklətməyə çalışarlar, küçənin çirkini, murdarlığını içəri daşıyarlar. Münafiqlərin murdarlığı çox təhlükəlidir, ruhi xəstəlik dərəcəsində murdardırlar. Münafiqlər xarici görünüş etibarilə ziyalı, müasir kimi görünə bilərlər, lakin əslində çox əxlaqsızdırlar, çirkli və iyrənclik dərəcəsində murdardırlar. Allah təmiz paltarla məscidlərdə olmağı əmr etmişdir. Küçənin çirki məscidlərin içinə daşınmaz.
Münafiqlərin Peyğəmbər (s.ə.v)-ə əziyyət vermək üçün tətbiq etdikləri üsullardan biri də Peyğəmbər (s.ə.v) ilə yalnız danışıb ona sıxıntı verməyə çalışmaqdır.
Münafiqlər öz aləmlərində Peyğəmbərimiz (s.ə.v)-i müsəlmanların gözündə alçaltmaq, müsəlmanlar əleyhinə mühit yaratmaq üçün gizli danışıqlar edərlər.
Münafiq həmişə Peyğəmbərimiz (s.ə.v)-in arxasınca danışıb. Əxlaqsızdır, Peyğəmbər əleyhində həmişə oyun oynayar.