Münafiq qiyamətin qopmamasını istəyər, çünki mal-dövlətinin və nəslinin sonsuz olması ehtirası içindədir.
Şiddət şiddəti qızışdırar. Qan, daha çox qan axıdılmasına səbəb olar. Radikalizmə qarşı mübarizə elmlə, fikirlə aparılmalıdır.
Mehdiyyət layihə ilə planla yaranmaz. Mehdiyyət saf sevgi ilə könüllərə sultanlıq qurmaqdır, möcüzələr şəklində yayılan iman hakimiyyətidir.
Televiziyalarda, qəzetlərdə bu qədər çox "Mehdi gəlməyəcək deyilməsi" də Mehdinin zühur əlamətlərindən biridir. "İnsanların ümidsiz olduğu və "HEÇ MEHDİ FİLAN YOXMUŞ" DEDİYİ BİR VAXTDA, ALLAH HZ. MEHDİ (Ə.S)-I GÖNDƏRƏR". (Ali Bin Husameddin el-Muttaki, Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 55)
Hz. İsanın yenidən yer üzünə enəcəyini və İsa Məsih gəldikdə İslamın dünyaya hakim olacağını Allah Quranda bildirmişdir.
İngiltərə dərin dövlətinin oyunlarını gündəmə gətirməyimizin ardınca yazarlarımız və ziyalılarımız da bu mövzunu gündəmə gətirməyə başladı.
Səmimi olmayan müsəlmanlar İslam aləminə böyük bəla açdılar. Şeytan münafiqlər və İngiltərə dərin dövlətindən ordusu kimi istifadə etdi. Münafiqlik hərəkatı elmlə, mədəniyyətlə ifşa edildiyi vaxt, İslam aləminin üzərindəki bəla da yox olacaq inşaAllah.
Kommunizm qadınların sevincini və gözəlliyini əlindən alan bir sistemdir.
İordaniya, Pakistan, Hindistan kimi ölkələrdə vətəninə xəyanət edib İngiltərə dərin dövlətinə tərəfgirlik edənlər tamamən cəmiyyət mikrobudurlar.
Prezident idarəetmə sisteminə tənqidimizin səbəbi bələdiyyələrə geniş səlahiyyətlər verilərək bölünməyə zəmin hazırlanması riskidir. Bu risk aradan qaldırılmalıdır.
Osmanlının başına gələn bütün hadisələrin arxasında İngiltərə dərin dövləti vardır. Amerikanı II Dünya müharibəsinə daxil edən də İngiltərə dərin dövlətidir.
Önümüzdəki illərdə İngiltərə dərin dövlətinə qarşı böyük elmi mübarizə yaşanacaq. 300 illik zülmlərinin yox olmasını görəcəyik inşaAllah.
Trampın İngiltərə dərin dövlətinə tərəfdarlıq etməyəcəyini anladıqları üçün həmişəki ləkələmə üsulları ilə Trampın üstünə gedirlər.
Dövlətimizin İngiltərə dərin dövlətinin oyunlarından xəbərdar olduğu görünür. Dərin dövlətə qarşı elmi mübarizə qətiyyətlə davam edəcək.
İngiltərə dərin dövlətinin ümumi taktikası özlərindən bəhs edilərkən diqqətin yayınmasını təmin etməkdir. Buna görə də, hədəfdən yayınmamaq əhəmiyyətlidir. İngiltərə dərin dövlətinin tərəfdarları ikiüzlü, ikili xarakterli olmağı tərifləyir, gəncləri dinsizliyə və vətənlərinə xəyanət etməyə təşviq edirlər. İngiltərə dərin dövləti hər cür əxlaqsızlıqda münafiqlərdən istifadə edir. Münafiqlər gücü dərin dövlətin yanında axtarırlar, lakin hamısı birlikdə çökəcək.
Güldürən, sevinc bəxş edən Allahdır. Cənnətdə də möminlər, küfr əhlinin cəhənnəmdə düşdükləri vəziyyəti görüb güləcəklər.
Soros zehniyyəti, öz dəstəklədikləri namizəd seçilmədikdə qiyamlarla seçkiləri qüvvədən salmağa çalışırlar.
İnkarçıların möminlərə qarşı gizli və açıq lağlağı rəftarı Allahın yaratdığı xüsusi vəziyyətlərdən biridir. Lağlağılıqla qarşılaşmaq müsəlman üçün imtahan ünsürüdür. Müsəlman bununla qarşılaşdığı zaman elm adamının araşdırması kimi bunları ələ alacaq.
Trampın seçilməsini mənfi hal kimi irəli sürmək düzgün deyil. Tramp ABŞ-a keçmiş ruhunu qazandırmağı bacara bilər. Obama sosialist idi, İngiltərə dərin dövlətinin təsiri ilə dünyada böyük zərərlərə səbəb oldu. Trampın seçilməsi bunların aradan qaldırılması üçün bir fürsət ola bilər. ABŞ-ın daha böyük daxili qarşıdurmalara sürüklənməməsi üçün Trampın qorunmasına diqqət yetirilməsi yaxşı olar.
Qadının qiymətini bilməmək çox böyük anormallıqdır. Qadın dünyadakı ən gözəl varlıq, ən gözəl nemətlərdən biridir.
Təbiətlə iç-içə olmaq Allahın incəsənətini təqdir etmək baxımından da əhəmiyyətlidir. Şəhəri yaymaq lazımdır. Hər yerin bina olması xoş deyil.