Münafiq qəfəsdəki meymun kimidir , vurnuxar, çırpınar, fənd işlədər, bununla nəsə əldə edəcəyini düşünər,amma başını yalnız qəfəsə vurar, başqa bir şey olmaz.
Münafiqin Müsəlmana bir şey edə bilməməsi ona çox əziyyət verər. Yəni MÜNAFİQ QAÇMAQ İSTƏYİB, LAKİN QAÇA BİLMƏYƏN İNSAN KİMİDİR.
Münafiq həyatın qısalığını, maddənin həqiqətini bilməz. Ölümü davamlı unutmağa çalışar. Yaşlanar, amma hələ yaşayacağını, çox uzun yaşayacağını zənn edər. Ta ki mələklər tərəfindən kürəyi və üzü döyülərək canı alınana qədər.
Münafiq özlüyündə xoşbəxt görünməyə çalışar. Halbuki, MÜNAFİQİN İÇİ YANAR, ÇOX İZTİRABLI, çox narahat olar, saxta sevinci yaşayar.
Münafiqdə qərarlı bir küfr xarakteri, əxlaqsız xarakteri vardır. Onun fitrəti yalnız Müsəlmanlara zərər verməyə yönəlmişdir.
Münafiqlər də bir qövmdür. Məsələn, cinlər bir yerdə dayanır, şeytanlar bir yerdə dayanır, münafiqlər də bir yerdə dayanır.
Münafiqin bilmədiyi bir şey vardır: Münafiq Allahın gücünü anlaya bilmir.
Biz qardaşlarımızın bizdən alınıb zorla kommunist edilməsinə icazə vermərik. Vətən torpaqlarını böldürmək olmaz. Bunu unudacaqlar.
Xurafatçılar dəccalı Mehdi (ə.s) zənn edirlər, Mehdi (ə.s)-ı da dəccal zənn edirlər. Dəccal qan tökər, şiddət tətbiq edər, mərhəmətsiz olar. Dəccal xurafatı istəyər. Mehdiyyət isə əsri-səadəti , sevgini, mərhəməti, şəfqəti istəyər. Bir damla qan axıdılmasına icazə verməz.
Münafiqlər Allahın gücünü anlaya bilmir. İslam həqiqətən hakim olmayacaq zənn edirlər. Mehdi (ə.s)-ın həqiqətən çıxmasına, İsa (ə.s)-ın həqiqətən zühur etməsinə inanmırlar. Buna görə də bir əminlik içindədirlər. Halbuki, mütləq məğlub olacaqlar.
MÜNAFİQİN ÇOX PİS TƏSİR BAĞIŞLAYIR, etdiyi oyunları, saxtakarlıqları anlamaq asandır.
Xurafatçıların ətrafındakılarının hamısı xurafatçı olduğuna görə o sisteminin içində mənfəətlərin qopmaması üçün özünü xurafatçı olaraq göstərir, əslində inanmaz.
Müsəlmana nə qədər çox münafiq hücum etsə, nə qədər çox küfr etsələr,Müsəlmanın həyəcanı, şövqü o qədər çox artar.
Müsəlman sözdən, mübarizədən çəkinməz. Qınayıcının qınamasından qorxmaz.
Türkiyədəki camaatın bir-birini sevməsi İslam Birliyi üçün böyük bir zəfər, böyük bir bayram olar.
Xurafatçılar Allahın hökmündən utanc duyacaq. Allahın hökmünü bəyənməyən adam dinsizdir.
PKK-ın əzilməsi dostluq təklifi ilə , qardaşlıq təklifi ilə olmaz. Anti-kommunist, anti-Darvinist, anti-materialist elmi mübarizəsi ilə olar.
Diqqət edin, cəmiyyət dinsizlərin fəaliyyətlərinə görə deyil, yalnız xurafatçıların fəaliyyətinə görə dinsiz olmuşdur.
Xurafatçıların Hz. Mehdi (ə.s)-a qarşı çıxmasının səbəbi Hz. Mehdi (ə.s)-ın anti-xurafatçı olmasıdır. Xurafat sistemini, onun xurafatlarını ortadan qaldırdığına görə qarşı çıxır.
Allah anarxiya və terroru, xüsusilə, ortaya çıxarır. Yəni bu, insanları İslam Birliyinə məcbur etmək üçündür.
Elə bir hadisələr olacaq, elə bir müşkillər olacaq ki, insanlar üçünMehdi (ə.s)-ın çıxışından başqa heç bir qurtuluş yolu qalmayacaq. Məcbur olduqları üçün Mehdi (ə.s)-a sığınacaqlar. Bunu görəcəksiniz.