Münafiq öz mənfəətinə zidd düşən bir vəziyyət olmadıqda sakit olar. Lakin öz nəfsi və mənfəətləriylə zidd düşülən vəziyyətlərdə, o anarxist, dəli ruhu, o şeytani ruhu dərhal ortaya çıxar.
Münafiq həmişə davakardır. Dalaşmaq və etiraz etmək mövzu axtarar. Bir münafiqin xüsusiyyətini buradan anlaya bilərsiniz. Dərhal bir şeyə etiraz etmək istəyər, dərhal dalaşmaq, anarxiya ruhu içərisindədir.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Rəsulullah (s.ə.v) dövründə də insanlar deyirdi; "evim açıqdır, gələ bilmərəm". "Həyat yoldaşım var, ərim var". Halbuki vicdanən bilirlər. Ərin, o da müsəlman olsun, o da gəlsin. Övladın, o da müsəlman olsun, o da gəlsin. Övladını da İslama qazandır, həyat yoldaşını da İslama qazandır, özün də İslama xidmət et.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Səbir düşünərək əldə edilər. Birdən-birə əldə edilməz. Belə olsun deməklə olmaz. Tədqiq etmək, araşdırmaq, Allahın sənətini bilmək, Allaha təslim olmaq lazımdır. Bu hər kəsin edə bildiyi bir şey deyil. Səbir edənlərdən olmaq böyük nemətdir. Səbir edənlər, onlar ayrı bir cəmiyyətdir.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Səbri tolerantlığa çevirməmək lazımdır, başqa cür səbir əziyyət olar. Səbir Allaha təvəkküllə, məmnuniyyət içində “Allah yaradırsa xeyir vardır” deyib sıxıntı, iztirab çəkmədən gözləməkdir. Başqa cür olduqda dözümlülük olur ki, o çətindir, Allah verməsin.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Münafiqlər küfrü hər şeyə hakim gördükləri üçün, onlara hörmətlə baxarlar. Möminləri də bu ağılsız düşüncələriylə öz aləmlərində zəif görərlər, lakin həmişə də qalib gələnlər möminlər olar. Güvəndikləri küfr, həmişə əzilər və alçaldılar.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Münafiq həmişə alçaq və mənfəətpərəstdir. Həmişə xeyir güdən, hiyləbazdır. Öz mənfəəti üçün yaşayar. Mənfəətinə zidd düşən bir vəziyyətdə vəhşiləşər, təcavüzkarlaşar.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Münafiq narahatlıq yaradacaq bir mövzunu çox asanlıqla tapar. Ən sakit mühitdə belə birdən-birə fitnə, əxlaqsızlıq çıxardar. Dəhşətli dərəcədə murdardır münafiq.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Münafiq fitnə kimi görünər, lakin möminlərə faydaları savab və inkişafı cəhətdən saymaqla bitməz. Möminlərin həmişə oyanıq olmalarını, Quranı çox yaxşı anlamalarını və həyata keçirmələrini təmin edər.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Müsəlman, münafiqə qarşı həmişə oyanıq olduğu üçün, həm ağlı inkişaf edər, həm mübarizə əzmi inkişaf edər, həm də savabı çox olar.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Münafiqin çox faydası var; möminlərdə ağlı açar, mübarizə əzmini artırar, diqqətli olunmasını təmin edər, küfrə qarşı güclü olmağı təmin edər. Yoxsa mömin arxayınçılıq içində olar, tənbəlləşər. Lakin münafiq sayəsində həmişə çox diqqətli, sayıq və oyanıq olar.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Münafiqin qəlbindəki nifrət qətiyyən bitməz. Çox əxlaqsız və alçaqdır. “Sakitləşdi” deyilən dövrdə yenə bir alçaqlıq edər. Müsəlmanların göz açdırmamaları və çox diqqətli olmaları lazımdır, ibadət olaraq.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Münafiqlər çox zəkalı və şeytani olarlar. Narahatlıq yaratmaq onların ən mühüm xüsusiyyətidir. Heç rahat dayanmazlar. Münafiq həmişə narahatdır, ətrafına da narahatlıq saçar.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Dərin dövlətlər çox hiyləgər olar. Münafiqi də dərhal gözündən tanıyar onlar. Allahın hikmətidir, bir-birlərini tez taparlar.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Dərin dövlətlər həmişə münafiq xarakterli insanlardan istifadə edərlər. İmanı zəif, ağlı zəif lakin şeytani zəkaya sahib tiplərdən istifadə edərlər.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti təxminən 200 ildən bəri, hətta daha da uzun müddətdir ki, türk dövlətinə qarşı mübarizə aparır. Həmişə belə siyasətçiləri, paşaları ələ keçiriblər, təzyiq göstəriblər, taxtdan endiriblər. İnsanlar 2 əsrdən bəri İngiltərə dərin dövlətinin bu fəaliyyətlərini görə bilməyiblər.
(A9 TV; 12 may 2016)
Adnan Oktar
-
Elm inkişaf etdikcə Allahın yaratma sənətinin möcüzələri ortaya çıxdı. Mövcud olan hər şey çox səthi bilinirdi, ancaq kənardan görünən qədəri bilinirdi. İç aləminə daxili olduğun zaman böyük bir dünya ilə qarşılaşdıq. Görülənin bir milyon misli, iki milyon misli möcüzə ilə qarşılaşdıq.
(A9 TV; 11 may 2016)
Adnan Oktar
-
İnsan çox aciz varlıqdır, ət-sümük olaraq seviləcək yönü yoxdur, Allahın təcəllisi olaraq seviləcək yönü vardır. Ət olaraq nəyini sevəcəksən? Orqanik bir maddədir ət. Ət, yağ, sümük, qan; bunlarda heç nə yoxdur. Biz Allahın təcəllisini sevirik.
(A9 TV; 11 may 2016)
Adnan Oktar
-
Çiçəyi, ananı, pişiyi, qadını Allahın təcəllisi olaraq sevərsən. Gözəl qoxunu, atları hər şeyi, bütün heyvanları Allahın təcəllisi olaraq sevərsən. Əgər cisim olaraq sevsən, ət sevgisinə çevrilər, ətin də seviləcək yönü olmaz. Allah bunun tədbirini alaraq yaratmışdır.
(A9 TV; 11 may 2016)
Adnan Oktar
-
Təkcə sağlam qidalanma və idman ilə insan sağlam olmaz; iman və Allah qorxusu da olmalıdır. Həm maddi, həm də mənəvi tədbir alınmalıdır. Allah qorxusu yoxdursa, Allah sevgisi yoxdursa, istədiyi qədər yesin içsin, heç nə olmaz.
(A9 TV; 11 may 2016)
Adnan Oktar
-
Nəsil həm bədən, həm də ruh cəhətdən korlanır. Buna qarşı tədbir olaraq dövlət məktəblərdə sağlam qidalanmanı və idmanı məcburi hala gətirə bilər.