Münafiq nə etsə başına keçər. Lağım vedrəsi hazırlayır öz başına tökülür. Amma arsızca, üstü başı pislik içindəykən belə, "nə olduki" deyər. Münafiqlərin arsızlığı müsəlmanların şövqünü artıran, möminlər üçün xeyir olan vəziyyətdir.
Münafiq axmaq olduğu üçün İslamı rahatca yox edə biləcəyini zənn edər. Müvəffəqiyyətsiz olduğunu görəndə də yazıq, sarsılmış kaftar kimi qaçar. Münafiq alçaldıqca, cəmiyyət tərəfindən uzaqlaşdıqca bunu hiss etdirməməyə çalışar. Halbuki Allah bəlalarını vermişdir və bütün insanlar onlara verilən bəlanın fərqindədir.
(A9 TV; 8 iyul 2018)
Adnan Oktar
-
Azadlığa maneə törədən darvinist və mövhumatçı düşüncələrin hamısıdır. Qadınlara, gənclərə, bütün insanlara azadlıq çox həyati mövzudur.
(A9 TV; 8 iyul 2018)
Adnan Oktar
-
Münafiq istədiyi qədər xoşbəxtlik təqlidi etsin, tək başına qalmış olması Allahın ona verdiyi ən böyük bəladır. Münafiqlər ölü düşüncələriylə, ölü ruhları və ölü həyatlarıyla bir-birlərinə dirilik, səbir, cəsarət təlqini edərlər. Amma vəziyyətləri əzilib məğlub olmuş məxluqun təqlid etməsidir.
(A9 TV; 8 iyul 2018)
Adnan Oktar
-
Hər şeyin həlli dindir, hər şeyin həlli İslamdır. Quran əxlaqını bilsələr insanlar çox rahat yaşayarlar. Dindən uzaqlaşdıqca bədbəxt olurlar. Qurana uyğun gələn insan çox stabil olar.
(A9 TV; 7 iyul 2018)
Adnan Oktar
-
Ağlı başında insanları axtarmaq, onlarla dost olmaq lazımdır. Ağıl isə Qurana, vicdana əməl etdikdə olar. Quran və vicdana əməl etməyəndə zəka ola bilər amma o zəka fayda verməz.
(A9 TV; 7 iyul 2018)
Adnan Oktar
-
Uşaqların beyni çox təmizdir. Uşağa meyvələri, çiçəkləri, quşları göstərib "Allah nə gözəl yaratmış" deyiləndə bu onun beyninə dərhal yerləşər. Uşaqlarla danışarkən hörmət göstərərək danışmaq lazımdır. Anlamırmış kimi, ağılı yoxmuş kimi danışmaq olmaz.
(A9 TV; 7 iyul 2018)
Adnan Oktar
-
Tayyib hocamın təvazökarlığın əhəmiyyətinə dair etdiyi çıxış çox vacibdir. Xalqa təpədən baxan, xalqı dəyişməyə çalışan, xalqın həyat tərzinə hörmət göstərməyənlər verdiyi zərərlərin qarşısını alacağı mənasını verir. Allah razı olsun. Bu çox əhəmiyyətli və gözəl açıqlama oldu.
(A9 TV; 7 iyul 2018)
Adnan Oktar
-
Çətinlik anlarında ağıl və iradə ən mükəmməl xəttə gəlir. Çətinliklər olmasa həyat çox boş olar. Bu dünyada qazandığımız gözəlliklərlə sonsuza qədər yaşayacağıq inşaAllah.
(A9 TV; 6 iyul 2018)
Adnan Oktar
-
İnsanlar lağımdan diksinər kimi münafiqdən diksinir. Hər kəs münafiqlərdən iyrənər və qaçar. Amma münafiq çox axmaq olduğu üçün bunu heç cür anlamaz. Münafiq axmaqlığı da ayrı möcüzədir.
(A9 TV; 6 iyul 2018)
Adnan Oktar
-
Edam doğru üsul deyildir. İran kimi ən çox edam cəzası tətbiq olunan ölkələrdə əxlaqi cinayətlər son dərəcə yüksək olur. Edam cəzası gətirilməsini dəstəkləyən bəzi seqmentlərin Türkiyəni pis vəziyyətə salmaq istəyən çox daha fərqli planı ola bilər. Məsələni əsas həll edəcək olan doğru təhsildir. Təhsillə bir insanı islah etmək varkən, edamla yox etmək doğru üsul olmaz.
(A9 TV; 6 iyul 2018)
Adnan Oktar
-
Allah ilə əlaqəni kəssən əgər, xoşbəxtliyi də kəsmiş olarsan. Sənə həyat verən, sənə nəfəs aldıran, sənə sayıla bilməyəcək qədər çox nemət verəni unutsan, bu zülmün ən böyüyüdür.
(A9 TV; 6 iyul 2018)
Adnan Oktar
-
Gənc qızı şort geydiyi üçün yataqxanadan atmaq çox səhv və çirkin hərəkətdir. Bu vəziyyəti dərhal təlafi etmək lazımdır. Bir insanın imanı, əxlaqı, dindarlığı, vicdanı, dərin düşünmə gücü paltarıyla qiymətləndirilə bilməz. Kimsə kimisə zorla heç nəyə məcbur edə bilməz. Gənc qızları, qadınları, cavanları təzyiq göstərməklə, bezdirməklə dəyişməyə çalışmaq çox ürküdücü və dəhşət vericidir. İnsanlar azad yaşamaq istəyər. Heç kim təzyiq göstərən zehniyyətdə olanlarla eyni düşüncədə olmaq və yaşamaq məcburiyyətində deyil.
(A9 TV; 6 iyul 2018)
Adnan Oktar
-
Heyvanların əlindən, üzündən məsumluq, dürüstlük, məzlumluq axdığı üçün insanlar onlardan çox böyük zövq alırlar. Allah heyvanları, sevməyimiz üçün hər yerlərini şirin yaradır.
(A9 TV; 5 iyul 2018)
Adnan Oktar
-
Sevgidə insan özünü deyil qarşısındakının ağlını, şəxsiyyətini, xarakterini ucaldar və tərifləyər. Eqoizm və böyüklük hissi olanda isə heç vaxt qarşısındakını ucaltmaq istəməz, yalnız özünü ucaltmağa çalışar.
(A9 TV; 5 iyul 2018)
Adnan Oktar
-
Tərifləmək sevgini inkişaf etdirər. İnsanların bir-birlərinə qarşı könül alıcı olması, əxlaqının və görünüşünün gözəl yönlərini tərifləməsi lazımdır.
(A9 TV; 5 iyul 2018)
Adnan Oktar
-
Quranda müdhiş azadlıq vardır. Quranda bildirilən haramlar çox azdır. Quran əxlaqı dünyaya hakim olduğunda insanlar çox azad və gözəl yaşayar.
(A9 TV; 5 iyul 2018)
Adnan Oktar
-
"Mehdi gəlmədi, Mehdi gəlməyəcək" deyənlər Mehdinin çıxış əlamətlərindən heç vaxt bəhs etmirlər. Mehdi gəlməyəcək deyə səhər axşam çaxnaşma salanlar, "Peyğəmbərimiz (s.ə.v) bu əlamətləri saydı və bunlar hələ olmadı" desinlər. Deyə bilməzlər, çünki Peyğəmbərimiz (s.ə.v), 600-dən çox əlamət saymış və bu əlamətlərin hamısı tək-tək bu dövrdə meydana gəldi.
(A9 TV; 5 iyul 2018)
Adnan Oktar
-
Hər mövzunu mütləq sevgiylə, dostluqla, ağılla həll etmək lazımdır. Qəzəblə heç bir mövzunu həll etmək mümkün olmaz. Həll edilər kimi görünsə də, iki tərəfə də böyük zərər verər.
(A9 TV; 5 iyul 2018)
Adnan Oktar
-
Uşaq sevindirmək gəmi ilə gəzməkdən, lüks məkanda yemək yeməkdən daha çox zövqlüdür. Uşaq ən kiçik bir şeylə xoşbəxt olar. Onları xoşbəxt etmək gözəllikdir.
(A9 TV; 4 iyul 2018)
Adnan Oktar
-
Allah ilə ağıllı əlaqə çox önəmlidir. Allaha qarşı, haşa, bilən, "mən edərəm" məntiqiylə hərəkət etmək, təkəbbür göstərmək çox pisdir. Səni kamil edən Allahdır. Sənə dərinlik verən Allahdır. Sənə Özünü dərk elətdirən Allahdır. Allah Özü ilə yaxın əlaqəni çox əhəmiyyətli görər. Allah ilə həmişə isti əlaqə həyatidir.