Münafiq müsəlmanların arasında olub, müsəlmanlara hücum anını gözləyər. Hücum anında bütün alçaqlığıyla, şeytani ünsürlərin lideri olaraq ortaya çıxmaq istəyər. Yəni şeytanın insan nümunəsidir.
Münafiq öz aləmində müsəlmanlara zərər verəcəyini düşündüyü məlumatları küfr əhlinə çatdırar. Bununla da, o şeytani ruhu qane olar. Necə ki, vampir qan sorduqda rahatlayarsa, münafiq də əxlaqsızlıq, pislik etdikdə rahatlayar. Lakin o bir yarasa kimidir, yarasanın uçuşunu izləyən elm adamı onu necə görər? Münafiq belə göründüyünü bilməz. Öz aləmində müsəlmanları ələ salıb oynatdığını zənn edər.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiq küfr əhli ilə əlaqəsini kəsməz. Bu onun qidasıdır. Fasiləsiz davam edən bir xüsusiyyətidir. Məsələn, gecə yarısı qalxar, mütləq küfr əhlinə müsəlmanlarla əlaqədar məlumat çatdırar. Boş durması qeyri-mümkündür. Yəni ki, xəstədir. Bunun üçün də, Allah: "Diqqətli olun" deyir. Danışarkən diqqətli olmalısan. Münafiqə müsəlmanların sirri verilməz. Münafiq onsuz da bunun üçün gələr, yaxınlaşar.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiq həmişə çox gözəl danışar, yaxşı rol oynayar. Oradan buraya keçər, buradan oraya, meymun kimi. Bunun üçün də, Bədiüzzaman: "Münafiq şeytani zəkaya malikdir, baş çıxara bilməzsiniz" deyir. "Olduqca şiddətli məxluqdur" deyir. Lakin heyrət ediləcək bir şeydir, heç vaxt nicat tapmaz.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Şeytan qorxunc dərəcədə ümumi biliyə malikdir. Münafiqlər də xeyli bilikli olarlar. Lakin bundan şeytanlıq, əxlaqsızlıq, göstəriş, təkəbbür və eqoistlik üçün istifadə edərlər.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiq Quranı öyrənmək istəməz. Qurandan nifrət edər. İmani mövzulardan nifrət edər. Heç vaxt öyrənmək istəməz. Lakin boş məlumat olan kimi, onunla göstəriş etmək istəyər. Özünə alim deyilməsini istəyər.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiqin qəlbində ölümcül bir nifrət var. Yəni bütün münafiqlər şeytan kimidir. Həmişə cinayət planı qurarlar. Rəsulullah (s.ə.v)-ə qarşı, cinayət törətmək istəyiblər. Məsələn, hz. Yusif (ə.s)-a, hz. Musa (ə.s)-a qarşı da cinayət. Qurana baxdığımız vaxt, həmişə son çarə olaraq öldürmək istədiklərini görərik. Lakin Allah həmişə onların bəlasını vermişdir.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiqlər: "Mən Rəsulullah (s.ə.v)-i çox sevirəm. Əsla küfr əhlinin yanına getmərəm" deyirlər. Ayrılan kimi qaçıb getdikləri ilk yer münafiqlərin yanıdır.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Heyrət ediləcək bir möcüzədir; təkcə münafiqlərdən ibarət olan bir cəmiyyət olur. Münafiqlər təkcə onlarla yaşaya bilirlər. Məgər münafiq küfr əhli arasında yaşamalı deyil? Mütləq münafiq cəmiyyətə gedir.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Namaz münafiqləri çox qəzəbləndirər. Tamamilə lüzumsuz hesab edər. Lakin müsəlmanların yaxşı niyyəti, gözəl əxlaqı ona çox cazibədar gələr. Küfr əhlinin əxlaqsızlığından narahat olar, istəməz. Bunun üçün münafiq küfr əhlinin yanına da getmir.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiq azacıq da olsa İslama xidmət etmək istəməz. Məsələn, müəyyən yazı ilə, müəyyən məlumatla, heç vaxt. Müsəlmanlara fayda olsun istəməz. Etsə belə göstəriş üçün, diqqət çəkməmək üçün çox cüzi hissəsini edər.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiq özünü hiss etdirməmək üçün, göstəriş etməyə diqqət yetirər. Belə xərçəng növü var, dənizdə üstünə bir şey tapır, qabıq tapır. Baxırsan bir qabıq yeriyir, altda ayaqları var. Yəni ki, münafiq də belədir. Özünə bir qabıq tapar, onunla birlikdə yeriyər. Lakin axmaqdır, sezildiyini bilməz. Yəni o axmaqcasına altdan-altdan oyun oynadığını zənn edər, kamuflyaj olduğunu zənn edər. Bütün ömrü belə murdarlıq içində sürünməklə keçər.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiqin şüur altında həmişə bir gün küfr əhlinin yanına gedəcəyi düşüncəsi var. Bu içindən əsla ata bilmədiyi bir düşüncədir, sanki onu yeyib bitirər. Allah bunu ayədə bildirir: "Onlar nə sizdəndirlər, nə də onlardan", yəni iki qrup arasında bir cür qərar verə bilməzlər deyir, (Mücadilə surəsi, 14).
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiq axmaq olduğunu da bilməz. Allahın onu izlədiyini bilməz. Öz aləmində bu cür qutudakı təcrübə siçovulu kimidir. Üzərində müxtəlif üsullar tətbiq olunar. O öz aləmində oyun oynayar, hiyləgərlik edər. Yolları asanlıqla keçəcəyini zənn edər. Mayallaq aşar, düşər, öz aləmində bir şeylər edər. Halbuki elm adamı onu kənardan müşahidə edər. O şeytani bir məxluqdur, lakin ağılsızdır, münafiq çox axmaqdır.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiq, facebook və twitter hesabında Quran ayəsinin olmasını əsla istəməz. Müsəlmanlara göstəriş olması və ya münafiq olduğunun başa düşülməməsi üçün könülsüz olaraq, istəmədən paylaşar. Lakin orada, məsələn, bir kafirin, küfr edən birinin üslubu olsa, onu iftixarla paylaşar.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Münafiq üçün İslam əhəmiyyətsizdir, yəni müsəlmanlıq əhəmiyyətsizdir. O, küfr əhlini çox zəngin görər. Yəni o küfr əhlinin hərəkətləri, rəftarları, həyatı, Qurana, İslama baxış tərzləri ona həyəcan verər. Münafiq gizli küfr pərəstişkarıdır. Müsəlmanlıqdan tamamilə utanar.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
Allah Quranda mehdiyyətdən üstüörtülü şəkildə bəhs etmişdir. Kəhf surəsində bəhs etmişdir, Süleyman hekayəsində bəhs etmişdir, Yusif surəsində bəhs etmişdir, lakin üstüörtülü üslubla bəhs etmişdir.
(A9 TV; 30 yanvar 2016)
Adnan Oktar
-
İnternetdə Allahdan və dindən bəhs etmək, münafiqə ətini qopartmaqdan daha çox əzab verər. Küfr əhli barədə bir şey danışdıqda çox rahatlayar. Bununla diqqət çəkdiyini və etibar qazandığını zənn edər. Az da olsa kafirlər və küfr əhli ilə əlaqə qurulması münafiqin qəlbində rahatlıq meydana gətirər. Əzab dolu rahatlıq, əzab dolu zövq verər.
(A9 TV; 29 yanvar 2016)
Adnan Oktar
-
Münafiqlər müsəlmanları həmişə təqib edər. Məlumat toplamaları üçün buna ehtiyacları var. Satqın kəşfiyyatçıdırlar.
(A9 TV; 29 yanvar 2016)
Adnan Oktar
-
Münafiq üçün əsil diqqətçəkən şey, küfr əhlidir. Kafir ruhu olduğu üçün, müsəlman olmaqdan çox utanar. İslamdan və Qurandan bəhs etməkdən utanar.
(A9 TV; 29 yanvar 2016)
Adnan Oktar
-
Münafiq həmişə küfr əhli ilə xatırlanmaq istəyər. Müsəlman kimi xatırlanmaq istəməz. Ayə münafiqi çox narahat edər. Onu alçaldıcı hesab edər. Məsələn, münafiq facebook hesabında ayə paylaşmağı heç xoşlamaz. Yaxud Quran və ya müsəlmanlar. Əlindən gəlsə həmişə silmək istəyər, lakin utandığı üçün, tamamilə ifşa olacağını bildiyi üçün, istəməyərək və könülsüz olaraq əlavə edər. Lakin nifrət edər.