Münafiq mömin cəmiyyətin kiridir. Necə ki, mömin yuyunduqda kir ondan gedir, duş qəbul etdikdən sonra tərtəmiz olur. Sabunla yuyursan kir gedir, sağlam olursan. Sən: "Niyə murdarlıq yox olub gedir?" deyirsən. Mömin təmizdir, murdar yaşamaz. Murdarlığı yuyar, murdarlıq gedər, münafiq gedər, geriyə nur kimi möminlər qalar.
Dövlət xərçəng xəstəsi olan kasıb ailələrə ciddi pul yardımı göstərsin. Xəstənin dərmanları və baxımı da pulsuz olsun. Yazıqdır, günahdır. Heç kəs: "Mənə nə dəxli var, onsuz da mən xəstə deyiləm, məni maraqlandırmaz" deməməlidir.
(A9 TV; 24 sentyabr 2015)
Adnan Oktar
-
Sevgini verən Allahdır. Bu möcüzə olaraq meydana gəlir. Yəni ehtirası meydana gətirən Allahdır. Azğınlarda və dəlalətə düşənlərdə ehtiras olmur. Bunun üçün çalışırlar, lakin olmur. Nə etsələr də olmur. Filmlərdə bunu canlandırırlar, romanlarda canlandırırlar, lakin faktiki həyatda əsla alınmır. Niyə? Çünki bu iman gətirdikdə yaranan bir möcüzədir. İmanlı kişi və imanlı qadın arasında yaranan bir gözəllikdir.
(A9 TV; 24 sentyabr 2015)
Adnan Oktar
-
Sən Qurana tabe olsan lovğalanmaq sənə çox səthi, çox adi, sadə, nalayiq bir hərəkət kimi gələr. Qurana tabe olmasan yol göstərənin kim olar? Şeytan olar. Sənə lovğalıq da etdirər, lağ edəndə olarsan, ədəbsizlik də etdirər, xırçın, dalaşqan edər. Ara vurar. Sevgisizlik yaradar, daxili enerjini yox edər.
(A9 TV; 24 sentyabr 2015)
Adnan Oktar
-
İslam Birliyində musiqi, şəkil, heykəl, incəsənət var. İpək də geyərsən, qızıl da taxarsan, əylənərsən, gülərsən, beş vaxt namazını da qılarsan, Quran oxuyarsan, istədiyin kitabları da oxuyarsan, hər kəs azad və sərbəst olar.
(A9 TV; 24 sentyabr 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) zühur etdikdən sonra mövcud qatı dinçiliyin on qat artacağını zənn edirlər. Belə olmayacaq. Mövcud qatı dinçiliyin yüz misli yox olacaq, normal asan həyat olacaq.
(A9 TV; 24 sentyabr 2015)
Adnan Oktar
-
Hökumət mühafizəkar bir hökumət deyil, ünsiyyətcil siyasət izləsin. İncəsənət xadimlərini qucaqlasın. Şən, canlı bir Türkiyəni meydana gətirməyi hədəfləsin. Keyfiyyəti, gözəlliyi, estetikanı əsas götürən bir siyasət yürüdülməlidir.
(A9 TV; 24 sentyabr 2015)
Adnan Oktar
-
Keşikçi qardaşlarımız qətiyyən dövlətdən küsməsinlər, buna çox diqqət yetirsinlər. Bəzən bir problem yarandıqda dövlətə küsməyə meyl edirlər. Belə şey olmaz. Çünki öz mindiyin budağı kəsirsən. Öz sistemini yox etmiş olarsan. Dövlət küsülməli orqan deyil. Dövlət bərpa edilər.
(A9 TV; 23 sentyabr 2015)
Adnan Oktar
-
Hər süni mehdi hərəkəti, istəsə də, istəməsə də mehdiyyətə xidmət edər.
(A9 TV; 23 sentyabr 2015)
Adnan Oktar
-
Yorulsan, deməli, Allaha olan sevgin azdır. Yorulmasan, deməli Allahı çox sevirsən. İnsan sevdiyinə sevgisini göstərməkdən yorulmaz. Biz efirdə apardığımız bu söhbətlərlə Allaha olan sevgimizi göstəririk. Mən də Allaha olan eşqimi göstərirəm. Sevgili belə olar. Əgər sevirsənsə sevgilin üçün hər şeyi edərsən. Etmirsənsə, deməli, sevmirsən.
(A9 TV; 22 sentyabr 2015)
Adnan Oktar
-
Biz müsəlman öldürmərik, müsəlman qanı axıtmarıq. Bizi müsəlman öldürməyə təşviq edən də əxlaqsızdır, şərəfsizdir. Yəni kim bizi: "Bu müsəlman cəmiyyətini vurun, öldürün" deyib qızışdırsa, o, namərd və əxlaqsızdır. Əməliyyatları ancaq PKK-ya qarşı apararıq. Onları öldürməyə də niyyətimiz yoxdur, sadəcə həbs edərik.
(A9 TV; 21 sentyabr 2015)
Adnan Oktar
-
İgidlik üstün xüsusiyyətdir və sırf insana məxsusdur. Bunun nəticəsində ya şəhid olunar, ya da qazi. Amma mələklərdə belə şey yoxdur. Döyüş olur, heç nə olmur mələyə. Səbir deyilən şey də yoxdur. Bunun üçün Allah, əgər təqvalıdırsa, gözəl əxlaqlıdırsa, insanı mələkdən üstün yaratmışdır. İnsan, mələkləri qat-qat ötüb keçə bilər.
(A9 TV; 21 sentyabr 2015)
Adnan Oktar
-
İncəsənət xadiminə hörmət, sevgi, şəfqət göstərilməli və cəsarətləndirməlidirlər. Bunlar yoxdur. Belə olduqda, incəsənət ruhu da olmur. Heç bir incəsənət xadimi, yeni heç nə ortaya çıxarda bilmir. Hökumət bunun milli fəlakət olduğunu görməlidir. Millətin sevinci yox oldu. Sevgiylə, şəfqətlə, musiqi ilə, əyləncəylə, incəsənətlə yenidən canlanmalıyıq.
(A9 TV; 20 sentyabr 2015)
Adnan Oktar
-
Taledə Türkiyənin bölünməsi yoxdur. Bunu deyim ki, əgər pərgar Türkiyənin üstündə fırlanmış olsaydı Türkiyə parçalanardı, heç kim də bunun qarşısını ala bilməzdi, Allahın icazəsi ilə. Amma belə şey yoxdur. Buna görə, PKK boşuna tərs-düz salto edir, havalarda uçur. Onsuzda taledə onların həlak olacağı yazılmışdır. Həlak olacaqlar, PKK həlak olacaq.
(A9 TV; 20 sentyabr 2015)
Adnan Oktar
-
"Dünyada əziyyətlər var, əzablar var" deyir. Sən Allaha tam təvəkkül et və baxaq görək əzab çəkəcəksənmi? Allah əzab çəkməyin nə olduğunu bilər, lakin əzab çəkməz. İnsan da əzabın nə olduğunu bilər, lakin tam təvəkkül etsə, əzab çəkməz. Bu sirr, tam təvəkkülün sirri tapılmalıdır.
(A9 TV; 20 sentyabr 2015)
Adnan Oktar
-
Azad dünya, azad insanlar, azad ruh yaradıcıdır, belə olan halda müəllif gücü olar. Belə olduqda, incəsənətdə, elmdə irəliləyiş baş verər. Amma təzyiq göstərən dövlət anlayışında xalq iflic olar.
(A9 TV; 20 sentyabr 2015)
Adnan Oktar
-
Azadlıq olsun, demokratiya olsun. Bunun üçün hər kəs mümkün qədər mübarizə aparsın. Çünki azad mühitdə ağıl, incəsənət və elm inkişaf edər. Dövlət təzyiqi olduqda ağıl kütləşər. İnsanın müəllif gücü olmaz. İncəsənət xadimi çıxmaz, elm adamı çıxmaz. Sənaye də kütləşər, insanlar işləmək şövqlərini itirərlər.
(A9 TV; 20 sentyabr 2015)
Adnan Oktar
-
Allah buranı əyləncə yeri kimi yaratmadı. "Məni unutsanız, Mən də sizi unudaram" deyir. Allahın axtardığı eşqdir. Özünü dəli eşqlə sevən olmasa yıxıb dağıdar, bu qədər.
(A9 TV; 19 sentyabr 2015)
Adnan Oktar
-
2019-cu və 2021-ci illər, artıq dəccaliyyətin zəifləyəcəyi, süqut edəcəyi illərdir. Amma bu illər fəlakət illəridir. Mən masonlara da söylədim: "Qan dayanmaz" dedim. "Davam edəcək" dedim. Dayansa, “dayanacaq” deyərəm. Lakin bir müddət sonra dayanacaq. İnsanlar buna səbir etməlidirlər. Kədərlənməklə deyil, təvəkkül etməklə.
(A9 TV; 19 sentyabr 2015)
Adnan Oktar
-
Türkiyənin çətin vəziyyətdə olması, Yaxın Şərqin çətin vəziyyətdə olması mehdiyyət planının bir şərti, yəni taleyin bir şərtidir. Bu planın tələbindən ötrü bunlar olar və olmağa da davam edəcək. Axırzamanda Suriyanın parçalanması, İraqın parçalanması tamamilə mehdiyyətlə əlaqədardır. Hədislərə baxdığımız vaxt, bu açıq-aydın görünər. Çox açıqdır.
(A9 TV; 19 sentyabr 2015)
Adnan Oktar
-
Allahın dünyanı niyə yaratdığını anlayacaqlar. Onlar dünyanın xizək sürmələri, gedib dənizdə üzmələri, əylənmələri üçün yaradıldığını zənn edirlər. Dünya bunun üçün yaradılmadı. Allah yalnız sevdiklərini seçmək üçün yaradır dünyanı, bu qədər. Öz rizasının axtarılması üçün. İnsanlar dünyanın əyləncə yeri olduğunu zənn edirlər. Səhv bilirlər.