Münafiq İslam birliyini əsas qəbul etməz, onun üçün öz ailəsi əsasdır, İslamda isə bütün müsəlmanlar ailədir və hər kəsi qorumaq əsasdır.
Münafiq evliliyi mühüm silah kimi görər, evlilik müsəlman üçün xoşbəxtlik mənbəyidir, münafiq üçünsə qala kimidir.
Dəccaliyyətin istədiyi mehdiyyəti dayandırmaq, Mehdidən bəhs edilməməsidir.
4 məzhəb imamının hamısı Mehdi məsələsində ittifaq edib. Şiə imamları, vəhhabi imamları və əhli-sünnə alimlərinin hamısı ittifaq halındadır.
Böyük dövlətləri yönləndirməkdə İngiltərə dərin dövləti çətinlik çəkər, lakin kiçiltdiyi və lideri olmayan dövlətləri asanlıqla idarə edər.
Federasiyanı, bölünməyi əsla qəbul etmərik. Türkiyədə belə şeyin olması qeyri-mümkündür, biz böyük Türkiyə istəyirik, kiçilmiş Türkiyə istəmirik.
Buddistlərin lideri var, musəvilərin, masonların lideri var, böyük şirkətlərin belə bir lideri var, niyə müsəlmanların lideri olmasın?
Mehdiyyətə zidd olmaq, İngiltərə dərin dövləti tərəfdarlığından ötrü bəziləri müsəlmanların liderinin olmasını istəmirlər.
Hər cəmiyyətin bir lideri və öndəri olmuşdur, axirətdə də insanlar öndərləriylə çağırılırlar.
İslama, Qurana nalayiq sözlər edənləri Allah tək-tənha qoyar, bəziləri Allahın qarşılıq verəcəyini, gücünü heç düşünmür.
İman və Quran gözüylə baxmayan, axirətdən heç bəhs etməyən insanlar bir müddət sonra təkcə əzablardan bəhs edən vəziyyətə gələrlər. Bu cür insanlardan olmamaq üçün Allaha dua etmək, Allaha təslim olmağı istəmək lazımdır. Təkcə əzablardan bəhs edən insanlar Allaha sığınsınlar, yoxsa Allahdan bəla olaraq ruhları iztirab içində çökər, qaranlıq hala gələr.
Çətinliyi bilməyən kimsə insanlığı, gözəlliyi bilməz, hissiyyatsız olar. Dünya cənnət kursudur, insan dünyadakı çətinliklərlə təhsil alar.
Dərdlər olmasa bir çox insan azğınlaşardı, Allah bunu Quranda bildirmişdir. Biz çətinliklərlə imtahan olunarıq və gözəl insana dönərik.
Biz bu dünyada imtahan olunuruq, insan çətinliklərlə ucalar və keyfiyyətli, dəyərli hala gələr. Allahın təhsil üçün yaratdığı şərtləri bəziləri fəlakət kimi qəbul edir, dəyərini anlamırlar. Əzab və çətinlikləri, yəni cənnətin yolunu açan, insanın yetkin, keyfiyyətli hala gəlməsini təmin edən hər neməti bəziləri dərd kimi görürlər.
Qurana tabe olmayan insanı Allah tənha qoyar.
Allah dindən bəhs etmək müqabilində qarşılıq istəyənlərə deyil, qarşılıq istəməyənlərə tabe olun deyə buyurur. Onlar Mehdilərdir deyə bildirir.
İslam aləmini parça-parça olmaqdan, şirkdən Mehdiyyət xilas edəcək. Mehdiyyət bunu Quranla edəcək. Mehdi Quran tələbəsi olacaq.
Allah öz peyğəmbərlərindən istədiyinə qeybi bildirər. Peyğəmbərimiz (s.ə.v)-ə də Axırzamana dair qeyb xəbərlərini bildirmişdir.
İmam Əzəm, Əbu Hənifə, İmam Hənbəl, İmam Şafi, İmam Malik, İmam Rəbbani, İmam Suyuti və bütün böyük alimlər mehdiyyəti müdafiə ediblər.
Bütün Kutubu-Sittədə, səhih hədis kitablarında, Dəyanət İşləri Nazirliyinin nəşr etdiyi əsərlərdə Mehdi hədisləri haqdır və Mehdinin zühur əlamətləri də gerçəkləşmişdir.
Xütbələrdə mehdiyyət və dəccaliyyətin inkar edilməsi də, Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi Mehdinin zühur əlamətlərindən biridir. Hz. Saab ibn Cəssamə (r.ə)-dən rəvayət edildi: Dəccal, insanlar tərəfindən haqqında bəhs edilməkdən imtina edilmədikcə və imamlar da minbərlərdə ondan bəhs etməkdən imtina etmədikcə zühur etməz. (Ramuz el Hadis, səh. 485)