Münafiq ilk fürsətdə köhnə inancına, köhnə həyatına geri qayıtmaq istəyər, ağlı həmişə küfr əhlinin yanında olar. O düşüncə beynindən heç çıxmaz. Müsəlman olduqdan sonra, məsələn, əvvəlki hiyləgərliyi, əvvəlki əxlaqsızlığı, əvvəlki macərapərəstliyi, əvvəlki şərəfsizliyi, əvvəlki namussuzluğu nədirsə ona qayıtmaq istəyər. O küfr həyatını unuda bilmir, dönüb dolanıb yenə eyni nöqtəyə gəlir.
Peyğəmbərimiz (s.ə.v) gecə qalxır, münafiq də dərhal ilan kimi səssizcə gəlir Peyğəmbərin yanına. Gündüz qalxır, gündüz yanına gəlir. Heç boş buraxmır. "Çox sevirəm, çox hörmət edirəm" deyir, halbuki məqsədi məlumat toplamaqdır.
Münafiq, Quran ayələrindəki xəbərdarlıqları heç vaxt özünə aid etməz, həmişə özünə hüsnü-zənn edər. Bütün səmimiyyətsizliyinə, əxlaqsızlığına baxmayaraq, axirətdə də çox yaxşı yerdə olacağı qənaətindədir. Halbuki Allah axirətdə cəhənnəmin ən aşağı təbəqəsində olduqlarını bildirir.
Sırtıqlıq münafiqin əsas xüsusiyyətidir. Münafiqlərlə əlaqədar ayələr oxunduqda münafiq özünə aid etməz, heç onunla əlaqəsi yoxmuş kimi davranar, çox həyasızdır. Halbuki möminin münafiq əlamətlərindən içi titrəyər, yəni çox qorxar.
PKK hərəkatını təşkil edən tək yer vardır. Mərkəzi Londonda olan İngiltərə dərin dövlətidir. Başqa heç bir güc, heç bir əlaqə yoxdur, hadisə tamamən bu cürdür.
Mövhumatçılıq azacıq önü açıldıqda corab söküyü kimi gedər. Olduqca təhlükəlidir. Dövlət bu mövzuda çox qərarlı bir siyasət izləyərək, müasir dövlət quruluşu, müasir incəsənət anlayışı və müasir düşüncəni mütləq yaymağa çalışmalıdır. Yəni İslam müasir mənada yaşanmalıdır. Hansı mənada müasir? Səhabə dövründəki kimi.
Münafiq həmişə haram olan, qadağan olunmuş şeylərə meyillidir. Məsələn, münafiqlər, oğurluq, fırıldaqçılıq, yalançılıq, casusluq, fitnəkarlıq, cinsi pozğunluq, pislik etmək və hətta cinayətə meyillidirlər. Bunu Quranda görürük. Həmişə insan öldürməyə meyl edirlər.
Bütün müsəlman cəmiyyətlərində münafiq olar, çox diqqətli olmaq lazımdır. Az sayda olmazlar, həmişə çoxalar. Artıq bitdi zənn edərsən yenə çıxar. Münafiqin sonu gəlməz.
Dərin dövlətlər sadəcə idarə edər, münafiqlər onların əsgəri kimi vəzifə yerinə yetirərlər. Əsgəri olmasa dərin dövlətin gücü olmaz. Bunun üçün dərin dövlətin ordusu olan münafiqlər dağıdılmalıdır. Bu da bilik və imanla mümkün olar.
İslam aləminin bu vəziyyətə gəlməsinin tək səbəbi münafiqlikdir. Dərin dövlətlər münafiqdən istifadə edər. Münafiqlər, dərin dövlətlərin ordusudur.
Münafiqlər: "Müsəlmanlar bir gün dağıla bilər, əzilə bilər, lakin küfr əhli dağılmaz, devrilməz quruluşdur" deyə düşünürlər. Tarix boyu həmişə küfr əhlini güclü hesab etmiş və həmişə də məğlub olmuşdurlar.
Küfr əhlinə güvənib müsəlmana güvənməmək kimi münafiq xarakterli bir dünyagörüşünə sahib olunduqda Allah mütləq intiqam alır.
Münafiq, iman gətirənləri də azdırmaq üçün çalışar, öz yoluna çəkmək istəyər. Öz qəlbində xəstəlik olduğundan, möminlərin də qəlbində xəstəlik olmasını istəyər, onları da öz məntiqinə çəkmək istəyər.
Tarix boyu, İslamı qəbul edən zəif insanların arasında küfr əhli həmişə arzu kimi qalmışdır. Məsələn, hz. İbrahim (ə.s)-ın yanındakılardan bəzilərinin ağlı həmişə küfr əhlində qalmışdır. Hz. Lut (ə.s)-ın həyat yoldaşının ağlı küfr əhlində qalmışdır; Sodom və Qomorradakı o mədəniyyət, o evlər, binalar, o zənginlik, o yeməklər, paltarlar ağlı orada qalmışdır. Lakin Allah bir səhər vaxtı hamısını yox etdi. Təkcə oradakı bir dəstə mömini xilas etdi.
Hz. Musa (ə.s) dövründəki münafiqlər izzəti və qüruru Fironun yanında axtardılar, onun mədəniyyətində axtardılar. O Misir yazıları, Misir heykəlləri onların hər biri onlar üçün bir marka idi. Evlərinin divarlarında Misir yazılarının olması, Misir paltarları geymək, Misir dilində danışmaq çox əhəmiyyət verdikləri bir şey idi.
“İmanımı da yaşayaram, küfr əhliylə də birlikdə olaram” deyir. Belə olduqda münafiqlik başlayır. Sən Peyğəmbərlə, müsəlmanlarla birlikdə olsan Allah bəyənər. Müsəlmanları tərk edərək öz aləmində çoxbilmişlik edirsən, lakin zənn etdiyin kimi olmaz.
Münafiqi müşahidə etmək çox əhəmiyyətlidir. Həmişə yeni alçaq hərəkətlər edəcəyi, sakit dayanmayacağı üçün, müsəlmanlar həmişə ayıq-sayıq olmalıdırlar.
Münafiq şeytanın insan formasıdır. Həmişə şərəfsizlik edər. Bir murdarlıqdan çıxar, başqa murdarlığa daxil olar. Nəfsi həmişə şeytani əmrlər verdiyi üçün sakitləşə bilməz.
Münafiq həmişə müsəlmanların əleyhinə çalışar. 24 saat nə şeytanlıq edəcəyini, nə pislik edəcəyini düşünər. Lakin imkan yaranmadığı üçün, bir yol tapa bilməz.
Musiqi də, rəqs də olmalıdır. Əyləncə olmalıdır. Dinə süni şəkildə haramlar daxil etməyin, əlavə qadağalar çıxartmayın. Bu zaman İslam bütün dünyaya hakim olacaq.
Pərişan, incəsənət olmadan, zövqsüz həyat olmalıdır deyən insanlar İslam aləmini məhv edirlər. Türkiyəni bu cür məhv etmələrinə icazə vermərik. Musiqi niyə olmasın? Rəqs niyə olmasın? Ağlınızı başınıza toplayın. Dinə, imana uyğun gəlməyən tərəfi nədir, hansı ayə ilə ziddiyyət təşkil edir? Kimə nə zərəri var, haradan çıxarırsınız bunu.