Münafiq həyasız, əxlaqsız, şərəfsiz olduğu üçün möminlərin özünə bənzəməməsi onu qəzəbləndirər. Həmçinin müsəlmanlardan buna görə nifrət edər. Onları həmişə ağılsız görər, özünü çox ağıllı görər. Bu, şeytandan aldığı ilhamdan qaynaqlanar.
Münafiq özünü yüksək gördüyü üçün, möminləri ağılsız və zəif imanlı zənn edir. Möminlərin asi olmaması, həyasız olmaması, təcavüzkar olmaması, oyunbaz və ya yalançı olmaması münafiqə qəribə gələr.
Bizim inancımıza görə Quranla uyğun gələn elm, elmdir. Quranın dəstəklədiyi elm, elmdir. Qurana zidd olan elm müsəlman üçün etibarlı deyil.
Münafiq və kafir oxuduğu kitablardan öyrəndiyini zənn edər. Cəhalət düşüncəsi ilə baxan Allahın öyrətdiyinə inanmaz. Məlumatı Allahın verdiyinə inanmaz. Həmçinin cahil elmə əsas elm gözüylə baxar. Halbuki müsəlmanları maraqlandıran əsil elm Qurandakı elmdir.
Allah dərin imana baxar, Onu çox sevirmi, sevmirmi? Dərin imanla iman edirmi, etmirmi? Təkcə buna baxar. Bu varsa tamamdır, başqa şeyə ehtiyac yoxdur.
İman, dərin iman bütün məsələ budur. Yoxsa çoxbilmişlik etmək, çox dünyagörüşlü olmaq, səkkiz dil bilmək, bütün ziyalı dünyagörüşünü su kimi əzbərdən oxumaq, izah etmək sıfırdır. Hətta bu insanlara xoş gəlməz, qəzəbləndirər. İnsanlar hikmət insanlarını sevər, dərin insanları sevər, dərin imanlı səmimi insanları sevərlər.
Bəzi müsəlmanların; "(Mehdini) gözləməyə ehtiyac yoxdur" demələri yanlışdır. Mehdi (ə.s)-ın gözlənilməsi sevgi ifadəsidir.
Səmimiyyət çox mühümdür. Yoxsa səhərə kimi də danışarıq, heç nə olmaz. İxlasla izah edilən on dəqiqəlik bir izahat bütün dünyanı sarsıdar.
İslamın hakim olmasını istəyən, çox dərin imanlı olmalıdır. Çox ixlaslı və səmimi olmalıdır, heyrətamiz dərəcədə dərinləşməlidir. Allahın onu izlədiyini bilməlidir. Allahın hadisələri necə meydana gətirdiyini də izləməlidir.
Müsəlman son dərəcə həlim olmalıdır. Əziyyətə səbir edən, çətinliklərə səbir edən, acıya səbir edən olmalıdır. Zəiflik və kədərlənmə haqqul-yakin imanda olmaz.
Dərin imanlı çox az sayı olan bir cəmiyyət olsa, İslam dünyaya dərhal hakim olar. Bütün məsələ dərin imandadır. Allah insanların səyindən asılı etmir, insanların imanından, səmimiyyətindən asılı edir.
Allah bir ölkədə iman gətirən biri olduqda onu dərhal görər. Çünki Özü yaradır. Həmçinin hadisələr həmişə o insanın ətrafında ona görə meydana gələr. Allahın ən çox əhəmiyyət verdiyi dərin imandır, çox səy göstərmək deyil.
İngiltərə dərin dövləti bir çox döyüşdə Amerika ordusundan istifadə edir. Amerika ordusu isə dünyada intihar nisbətinin ən yüksək olduğu ordudur.
Şeytan Allahın dediyindən kənara çıxa bilməz. Cinlər də Allahın dediyindən kənara çıxa bilməz. Xızır (ə.s) da çıxa bilməz. Hər şey Allahın iradəsi və idarəsi altındadır.
Masonluq beş min ildən bəri hz. Mehdi (ə.s)-ın zühuruna hazırlaşır.
Allah şeytanın insanlar üzərindəki cadusunu yox etsin, Dəccalın cadusunu yox etsin. Allah dəccalı qəhr, pərişan etsin. Müsəlmanları dünya səviyyəsində müzəffər etsin.
Bir çox insan dünyanın həqiqi mahiyyətini anlaya bilmir. Çöldə rəng, işıq, səs yoxdur. Beyinin içində, gözü olmayan ruh rəngarəng dünya görür.
Münafiq əlamətlərindən bəhs edildiyi halda, əgər münafiq özünü düzəltməsə cəhənnəmin dibinə doğru irəliləməyə davam edər. Cəhənnəmi mümkün qədər genişlənər.
Münafiqlərin möminlərə etdikləri əxlaqsızlıq, şərəfsizlik, kobudluq, pislik, nadanlıq, eqoistlik onların cəhənnəmini genişləndirər. Mömin bundan qazanclı çıxar; kafir, münafiq itirər. Amma çox böyük itkiyə uğrayar.
Allah istəsə küfr əhlini yaratmazdı. Möminin cənnətinin genişlənməsi üçün, münafiq və kafir lazımdır. Bunlar olmadan möminin cənnəti genişlənmir. Mənəvi mövqe ala bilmir. Mütləq münafiq və kafir lazımdır. Kafir və münafiqin də cəhənnəminin genişlənməsi üçün müsəlman lazımdır. Yoxsa o da genişlənməz.
Münafiqə "əl çək" desən də əl çəkməz. "Əl çəkdim" deyər amma yenə davam edər. Bir cür hiyləgər bir şeytandır. Həmçinin həmişə təqib edilməlidir.