Münafiq hər məsələdə oğrudur, fikir oğurluğu da edər. Özünü öz aləmində ağıllı, zəkalı göstərmək üçün həmişə fikir oğurluğu edər. Münafiq özünü olduğundan fərqli göstərmək üçün səy göstərər. Bomboş insandır, lakin dolu göstərməyə çalışar, buna görə də fikir oğurluğu edər. Münafiq özünə aid olmayan bir əşyanı özününmüş kimi göstərər, özünə aid olmayan bir fikri də özünə aid imiş kimi göstərər.
Münafiq ələ keçdikcə əzab çəkər. Ağılsızlığının ortaya çıxarılması münafiqi sanki iflic edər.
İngilis müsəlmanlığı deyilən fəlsəfədə həm qatı rumilik, həm də buddizm təbliğatı olur, sırf ağıl qarışdırmaq üçün edirlər.
Münafiqlərin üsulları çox hiyləgərdir. Bir insanı, bir əsəri, bir kitabı tərifləyirsə mütləq orada böyük pislik var, həmişə çox diqqətli olmaq lazımdır.
Münafiqlərin verdiyi şüur altı mesajlardan biri də dinə qarşı olan birinin kitabıyla fotoşəkil çəkdirməkdir. Bu şəkildə gizli təbliğ edirlər. İlk baxışda öz fotoşəkilini nümayiş etdirirmiş kimi görünür, halbuki əslində din əleyhinə olan kitabı, əsəri təbliğ etmiş olur.
İnsanların sevgi dünyasını qaraltmaq, gözəlliyi yox etmək üçün "çirkin incəsənət" dedikləri məhfumdan istifadə edərək şüur altı manipulyasiya tətbiq edirlər.
Kommunizmlə, Stalinizmlə ideoloji, fəlsəfi hesablaşma aparılmadıqdan sonra PKK terroru mövcudluğunu davam etdirər, hətta güclənər.
Münafiq müsəlmanların şeytanı müəyyən etməkdə istifadə etdiyi bir ov iti kimidir. Onun vasitəsilə bütün münafiqləri və zəifliklərini öyrənmək mümkündür.
İnternet müsəlmanların İslama xidmət etmək üçün münafiqlərin isə alçaqlıq etmək üçün istifadə etdikləri vasitə olur. Saxta hesablarla namərdlik edirlər. Öz hesablarında millətçi, mühafizəkar insan kimi göründükləri halda, saxta hesablarında hər cür alçaqlıq, şəxsiyyətsizlik, iyrənclik hakim olur. Öz hesablarında dindar, alicənab üslubdan istifadə etdikləri halda, saxta hesablarında İslam, din düşməni, vətən xaini xarakter göstərirlər. Münafiq ağılsız olduğundan saxta hesablarının bəlli olmayacağını zənn edir, halbuki saxta hesablardakı ortaq xarakterdən dərhal bəlli olur.
Müsəlmanların əksəriyyəti bir-biriylə mübarizə aparmaqdan münafiqlərin oyunlarını və qaranlıq xarakterini görə bilmirlər.
Müsəlmanların bir hissəsinin münafiqlərə qarşı yetəri qədər təcrübəsi yoxdur. Münafiqlər həddən ziyadə hiyləgərdir, buna görə də bəzi müsəlmanlar hadisəni görə bilməz.
Mehdiyyətə qarşı çıxanlar hədislərdə ifadə edilən əlamətləri tək-tək saysınlar və bunlar gerçəkləşmədi desinlər, deyə bilməzlər çünki hamısı gerçəkləşdi.
Rumilik, İngiltərə dərin dövlətinin İslamdan çıxmaq istəyən, lakin açıqca söyləyə bilməyənlərə yol göstərmək üçün istifadə etdiyi fəlsəfədir.
Fuad Paşa; "ingilislərlə fikir ayrılığına düşməkdənsə bir neçə şərq vilayətinin gözdən çıxarılması yaxşıdır" deyirdi. "Verib xilas olaq" məntiqi o vaxtdan bu günə gələn qeyri-sağlam zehniyyətdir. Vətənin tək qarış torpağı verilməz.
Kutul Amarə tariximizin şanlı zəfərlərindən biridir. İngiltərə dərin dövləti bu zəfərin unudulmasını istəmişdir, biz həmişə gündəmdə saxlayacağıq.
İslam aləmi birləşəcək, lakin bəzilərinin düşündüyü tərzdə; asan-kəsən sevgisiz İslam anlayışı əsla hakim olmayacaq. Bundan sonra incəsənətin, gözəlliyin, elmin, müasirliyin, keyfiyyətin hakim olduğu İslam anlayışı formalaşacaq və güclənəcək. Mövhumatçılıq güclənə bilməz.
İncəsənətdən istifadə edərək insanlara şizofreniyalı, qaranlıq dünya təqdim edib insanları intihara, qaranlığa sövq edə bilirlər. "Çirkin incəsənət" anlayışı ilə insanların ruhunu qaraldan, içinə qapalı, intihara meylli, gözəlliyi çirkinə döndərən məntiqi dünyaya yayırlar. İnsanların şüur altını pozmaq üçün portretlərlə, ədəbiyyatla, sənədli filmlərlə qaranlıq, ürəksıxan, sevgisiz bir dünya təlqin edilməyə çalışılır.
İngilis müsəlmanlığı deyə bir model ortaya qoydular. Bu rumi, darvinist, Allahı və Quranı inkar edən fəlsəfədir.
Münafiq Quran oxunduqda, Allah zikr edildikdə heyrətamiz dərəcədə qəzəblənər. Boş məsələlər olduqda isə heyvani sevincə qapılar.
Münafiqin çirkin peşəsindən dünyanın hər yerində həmişə bəhs etmək münafiqlərin səbəb olduğu fitnəni yox edər.
Münafiqlər Quran oxunduğu mühitdə ya Quranı dinləməz, ya da səs-küy salaraq Quranın dinlənilməsinə mane olmağa çalışarlar.