avatar

Adnan Oktar

Münafiq görməmişdir. Hz. Musa dövründəki münafiqlər iyrənc mədələri üçün Fironun yanındakı köləliyə qayıtmağı istəyirdilər. (Bəqərə surəsi, 61: Siz (isə belə) demişdiniz: "Ey Musa, biz bir növ yeməyə dözməyəcəyik, Rəbbinə yalvar ki, bizim üçün yerin yetişdirdiklərindən paxla, sarımsaq, mərcimək və soğan bitirsin". (O zaman Musa :) "Xeyirli olanı, bu dəyərsiz şeylə mi dəyişdirmək istəyirsiniz? (Elə isə) Misirə enin, çünki (orada) özünüz üçün istədiyiniz vardır" demişdi. Onların üzərinə xorluq və yoxsulluq (möhürü) vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu, şübhəsiz ki, Allahın ayələrini inkar etdikləri və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. (Həmçinin) bu asi olduqlarına və həddi aşdıqlarına görə idi.)
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq çox axmaqdır, lakin özünü çox ağıllı zənn edər. Münafiq öz axmaqlığını görə bilməyəcək qədər ağılsızdır.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Keyfiyyət, gözəllik, zənginlik, bolluq, bərəkət, səmimiyyət insanların bir çoxunda qısqanclığa səbəb olur. Bu təkcə həsəd aparana zərər verər.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Rusiya ilə Türkiyənin arasının düzəlməsinə, İsrailin Türkiyəyə kompensasiya ödəməyi qəbul etməsinə və sülhün təmin edilməsinə biz vəsilə olduq.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

PKK ilə kürd fərqini çox yaxşı vurğuladıq. PKK-nın namərd olduğunu, kürdlərin isə nəcib, şərəfli, gözəl insanlar olduğunu izah etdik.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Bəziləri cənnəti heç düşünmür, cənnəti təkcə yaşıllıq yer kimi qavrayırdılar. Cənnətdə hər cür texnologiyanın, zənginliyin olduğunu izah etdik.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Masonların qəlbinin İslama isinməsinə səbəb olduq. Mason lojalarında ilk dəfə Quran həqiqətlərindən bəhs edilməyə başlandı.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Mehdiyyəti az qala unutdururdular. Mehdiyyəti elmi sübutları ilə, bütün dəlilləri ilə izah etdik, Peyğəmbərimiz (s.ə.v)-in müjdəsini gündəmdə saxladıq.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Bir çox insan pişiklərdən belə nifrət edirdi. Qadınları, uşaqları, heyvanları sevməyi öyrətdik. Hər gün sevginin mühüm olduğunu söylədik.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Şəhidliyi fəlakət kimi göstərirdilər, hər gün verilişlərdə şəhidliyin nemət və şərəf olduğunu söylədik. Bütün Türkiyədə şəhidlik həsrəti yarandı.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

40 ildir ki, istirahətə getmədim. Qar, qış, yay, isti, hər gün təbliğə davam etdim. Bunun əksini etməyi mənim vicdanım əsla qəbul etməz.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Allah 300-dən artıq kitab yazmağımı, bu kitabların 70-dən çox dilə tərcümə edilməsini, yazılarımın onlarla qəzetdə dərc edilməsini nəsib etdi. Dünyaya aludə olanlarla birlikdə, dünyaya aludə olsaydıq həftənin bir günü söhbət etməyi kafi hesab edərdik. Lakin ömrümüzü həsr edərək çox geniş təbliğ apardıq. Darvinizmin fikri olaraq məğlub olmasını, İngiltərə dərin dövlətinin ifşa olmasını, mövhumatçılığın zərərsizləşdirilməsini Allah bizə nəsib etdi. Təhsilli, seçilən təbəqənin İslam ilə əlaqələri demək olar ki, kəsilmişdi, bu əlaqəni biz yenidən qurduq və onlar da İslama xidmət edən vəziyyətə gəldilər. Ələvi, şiə, musəvi, xristian düşmənçiliyinin aradan qaldırılması, İsrail ilə Türkiyənin barışması üçün biz səmərəli iş gördük.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Evlənməməyimin səbəbi, bütün vaxtımdan, bütün ömrümdən Allah üçün, İslam üçün, təbliğ üçün istifadə edə bilməkdir.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

İmtahanın uzunluğu və güclü olması o insanın lehinə olar. İnsana nə qədər çox əziyyət, sıxıntı, çətinlik gəlirsə, deməli, o, bir o qədər çox savab qazanır.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq ağılsızca o qədər özündən əmindir ki, bütün alçaqlığına, murdarlığına və axirətə inanmamasına baxmayaraq, cənnətə gedəcəyini iddia edər. (Fussilət surəsi, 50: Halbuki ona toxunan zərərdən sonra mərhəmət bəxş etsək, mütləq: "Bu mənim (haqqım) dır. Həmçinin mən qiyamət saatının gələcəyini də zənn etmirəm; əgər Rəbbimə qaytarılsam belə, mütləq Onun yanında mənim üçün daha gözəl olanı vardır" deyər. Lakin and olsun, Biz, o kafirlərə nə etdiklərini mütləq xəbər verəcəyik və and olsun onlara, ən qatı əzabdan daddıracağıq.)
A9 TV; 8 dekabr 2016
avatar

Adnan Oktar

Trampın "Rusiya ilə ittifaq edə bilərik" açıqlaması İngiltərə dərin dövlətinin oyunlarına da mənəvi zərbədir.
A9 TV; 8 dekabr 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətinə yaltaqlıq edən münafiqlər də hər biri dünyanı yönləndirəcək qədər ağıllı olduğu qənaətindədir. Lakin çox ağılsızdırlar.
A9 TV; 8 dekabr 2016
avatar

Adnan Oktar

Hər münafiq özünü dünyanı idarə edən “üstün beyin” zənn edər. Hər biri inanılmaz ağıllı olduğu qənaətindədir, halbuki hamısı axmaqdır.
A9 TV; 8 dekabr 2016
avatar

Adnan Oktar

Dünyanın bağlanılacaq heç bir tərəfi yoxdur. Lakin münafiqlər dünyaya dəlicəsinə bağlıdır. Münafiqin dünyaya bağlılığı küfr əhlindən daha çoxdur.
A9 TV; 8 dekabr 2016
avatar

Adnan Oktar

Xarici aləmdə musiqi yoxdur. Hər insan musiqini beyninin içində eşidir. Xarici aləmdə təkcə səs dalğaları var, səsi musiqi kimi qəbul edən ruhdur. Ruhun musiqini eşitməsi üçün elektrikə, səs dalğasına ehtiyacı yoxdur. Səs dalğası, beyinə çatan elektrik, hamısı təkcə səbəb olaraq var.
A9 TV; 8 dekabr 2016
avatar

Adnan Oktar

Xalq prezident idarəetmə sisteminə qəti şəkildə qarşıdır. Prezident idarəetmə sistemi bölünmə gətirəcəyi üçün millətimiz qətiyyən qəbul etməz.
A9 TV; 8 dekabr 2016
PAYLAŞIN
logo
logo
logo
logo
logo