avatar

Adnan Oktar

Münafiq əsla İslama xidmət etmək istəməz. Tüfeyli bir parazit kimi, gənə kimi müsəlmanların üstünə yapışar, bu yolla yaşayar. Həyatını qan sormaqla davam etdirər. Münafiq təkcə göstəriş olacaq qədər, müsəlmanları aldatmaq üçün, formal olaraq, çox kiçik hücumlar edər. Lakin ümumi baxdıqda boş dayanar, heç nə etməz.
A9 TV; 15 fevral 2016
avatar

Adnan Oktar

Münafiq müsəlmanların təqdim etdiyi rahatlıqdan sonuna qədər istifadə edər, lakin özü müsəlmanlara heç bir töhfə verməz. Bir ucundan belə tutmaq istəməz. Müsəlmanlara heç bir dəstək təmin etmək istəməz. Ən kiçik bir iş görməkdən, fayda təmin etməkdən etinayla qaçar.
A9 TV; 15 fevral 2016
avatar

Adnan Oktar

Münafiqin xüsusiyyəti, möminlərin dosdoğru yolunun üstündə oturması, pusqu qurmasıdır. Gecə yarılarına qədər, müsəlmanlara nə pislik edə biləcəyini, nə əxlaqsızlıq edə biləcəyini düşünər. Başı yerə qoyub yatmaq olduğu halda, Allaha dua edib rahat yaşamaq olduğu halda, bu pisliklə məşğul olar münafiq.
A9 TV; 15 fevral 2016
avatar

Adnan Oktar

Bəzən möminlərdə də münafiq əlaməti olar, o vaz keçər, lakin münafiq əsla vaz keçməz. Yəni gecə-gündüz oyun oynamaqdan əsla vaz keçməz.
A9 TV; 15 fevral 2016
avatar

Adnan Oktar

Münafiq möminlərin yanında, münafiq əlamətlərini eşitdikdə komaya girər, lakin ölməz. Koma vəziyyətində yaşayar. Məsələn, ürəyi iyirmi saniyədən bir döyünər. Dəqiqədə bir dəfə nəfəs alar, lakin ölməz. O həyatını bu cür davam etdirər. Lakin əlverişli fürsət tapanda tənəffüsü tezləşər, ürək döyüntüləri də sürətlənər, yenidən ayağa qalxar.
A9 TV; 14 fevral 2016
avatar

Adnan Oktar

Münafiq, Allahı sevmədiyi üçün, Allahdan başqa hər şey onu maraqlandırar. Təkcə Allahla əlaqə yaratmaq istəməz. Allahı unutmaq üçün, hər şeyi edər. Saatlarla boş danışmasının səbəbi də budur. Bu, Allahı unutmaq üçün gördüyü bir işdir. Özünü keyitmək üçün gördüyü bir işdir.
A9 TV; 14 fevral 2016
avatar

Adnan Oktar

Müsəlmanda da, az və ya çox miqdarda münafiq əlaməti ola bilər. Məsələn, qorxu belə münafiq əlamətidir. Çünki münafiq çox qorxaqdır. Mömin iradəsindən istifadə edərək bunu yox etməlidir.
A9 TV; 14 fevral 2016
avatar

Adnan Oktar

Münafiq tam mənasıyla münafiqlikdən imtina etməz. Çünki münafiq ruhi xəstədir. Qeyri-sabit bir varlıqdır. Normal insan şəxsiyyəti göstərə bilməz. Lakin çox passivləşə bilər.
A9 TV; 14 fevral 2016
avatar

Adnan Oktar

1400 il əvvəldən danışdıqda, bunun münafiqə toxunan tərəfi olmaz. Münafiqin əsrimizə görə şərh olunması çox əhəmiyyətlidir. Ayələrlə izah edilməsi mühümdür. Bu zaman münafiq qaça bilməz və olduqca çətin vəziyyətdə qalar.
A9 TV; 14 fevral 2016
avatar

Adnan Oktar

İnsanlar mehdiyyətin əhəmiyyətini elə də anlamırlar. Hz. Mehdi qiyamətin dayanmasına səbəbdir. Yoxsa qiyamət qapıda gəlib dayandı. Dünya çoxdan qiyamətə layiq oldu. Çünki darvinizm kanalı ilə Allah bütün dünyada inkar edilir. Bütün dövlətlər, Türkiyə də daxil olmaqla, hər dövlət fəal şəkildə darvinist təhsil verir.
A9 TV; 13 fevral 2016
avatar

Adnan Oktar

Yataqda ölməyi kim istəyər ki? Şəhidlik, ən gözəli budur.
A9 TV; 12 fevral 2016
avatar

Adnan Oktar

Hz. Xızır (ə.s) bəzən gənc, bəzən də yaşlı insan görünüşündə olur, atı boz və ya yaşıl rəngli olar. Ruhdan maddə halına keçərkən bəzən görmək olar.
A9 TV; 12 fevral 2016
avatar

Adnan Oktar

Əsil münafiq ruh xəstəsi olar. Əsla imtina etməz. Nə edirsən et, imtina etməz. Əyilər, bükülər, şəkil alar, məxluqatdan olduğu üçün, şeytan olduğu üçün imtina etməz. Lakin bəzi hallarda mömində münafiq əlamətləri çox olar. Hamısından imtina edib normal müsəlman halına gələ bilər.
A9 TV; 12 fevral 2016
avatar

Adnan Oktar

Necə ki, axirətdə pul, mal, mülk barəsində sorğu-sual edilirsə, ən mühüm sual vaxtdır. Allah hamımızdan: "Vaxtdan necə istifadə etdin?" deyə soruşacaq. Mömin bu həqiqəti heç vaxt unutmamalıdır.
A9 TV; 11 fevral 2016
avatar

Adnan Oktar

Münafiq ömür boyu təqib edilməlidir. Münafiq ruh xəstəsidir. Şizofreniya xəstəsidir. Yəni müalicə ilə düzələn varlıq deyil. Mütləq pislik etmək meylindədir. İlan kimi sürünər, ilan kimi həmişə hiyləgərlik edər.
A9 TV; 11 fevral 2016
avatar

Adnan Oktar

Münafiq, müsəlmanı bəyənərsə, küfr əhli onu bəyənməz. Küfr əhlinin bəyənməsi üçün, özünü həmişə küfr əhlini bəyənən kimi göstərər. Onun kitabını bəyəndiyini göstərər, yaxud məqaləsini bəyəndiyini göstərər. Münafiqlərin bir müsəlmanın məqaləsini təriflədiyini görmək, elə də mümkün deyil. Həmişə küfr əhli, həmişə küfr əhli. Lakin şərəfsiz olduğu üçün, bundan utanmaz, açıq-aşkar edər.
A9 TV; 11 fevral 2016
avatar

Adnan Oktar

Münafiq üçün, bir pisliyi gecə etmək çox əhəmiyyətlidir. Bu pislik, bu şeytanlıq gecə üstünə yaxşı şəkildə çökər, əxlaqsızlıq etdiyi üçün, onun üzündəki münafiq damğası daha kəskinləşər, daha pisləşər.
A9 TV; 11 fevral 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti çox təkəbbürlüdür, eqoistdir. Münafiq alçaqlıq duyğusuna malik olduğu üçün, bu təkəbbürlük, eqoistlik və lovğalığa heyranlıq duyar. Onun eqoistliyini bir filin eqoistliyi kimi görər, özünün eqoistliyini də bir böcəyin eqoistliyi kimi görər, lakin heyran olar. Bunun üçün də, onlara qarşı çox hörmət saxlayar. Küfr əhlinə qarşı, dəlalət əhlinə qarşı, zalımlara qarşı çox hörmət saxlayar.
A9 TV; 11 fevral 2016
avatar

Adnan Oktar

Samiri ömür boyu tənha yaşamış və tənha ölmüşdür. Heç bir münafiq xoşbəxt və səadətli mühitdə ölməz. Həmişə sürünərək bir bucaqda ən pis şəkildə ölərlər.
A9 TV; 11 fevral 2016
avatar

Adnan Oktar

Məlumat toplamaq, münafiq üçün pul deməkdir. Münafiq müsəlmanlara dair məlumatı sataraq dolanan bir alçaqdır.
A9 TV; 11 fevral 2016
avatar

Adnan Oktar

Münafiq pis şeyləri toplayar. Yəni iman və Qurana aid nəsə toplamaz münafiq. Harada hiyləgərlik var, harada küfr əhlinə göstəriş edəcək, harada münafiqlərə özünü tanıdacaq qaranlıq bir yol varsa, gedib onu tapar, onu tapmış kimi edər. Bununla öz təqdimatını ön plana alar.
A9 TV; 11 fevral 2016
PAYLAŞIN
logo
logo
logo
logo
logo