Münafiq dinsizdir amma müsəlmanlarla mübarizə etmək üçün dini istifadə edər. Bu şəkildə daha təsirli olacağını düşünür. Küçə məntiqiylə düşünən insanları, dini istifadə edərək təsir altına salırlar. Peyğəmbərimizin dövründə də, küçə məntiqiylə baxanlara təsir etmək üçün "bu istidə döyüşəmı çıxarlar?" deyirdilər və haşa, Peyğəmbərimizi dinsizliklə günahlandırırdılar. Çox axmaq olduqları üçün dini gətirən Peyğəmbəri, haşa, dinsizliklə günahlandıracaq qədər ağılsız ittihamlar irəli sürürdülər.
Sevginin əsas şərti ağıllı və səmimi olmaqdır. Sevgi bina tikmək kimi, yüzdən çox təməl dəyərlər üzərinə qurular. Bağışlamaq, dəyər vermək, səbir etmək, mərhəmət etmə, sevgini meydana gətirən bütün bu əsas şərtləri bizə öyrədən kitabdır. Allahın böyüklüyünü anlayan insan Quranı necə yaşayacağını çox yaxşı anlayar. Sevginin irəliləməsi üçün ağıl, diqqət, iradə, qayğı və səbir lazımdır. Mömin bu mövzuda yorulmaz və çaşqınlıq da yaşamaz. Qurandan öyrəndiklərini çox ardıcıl tətbiq etdiyi üçün sevginin gözəl yoluna girər və irəliləyər.
(A9 TV; 3 may 2018)
Adnan Oktar
-
Sevgi sosial media üzərində hakim olmalıdır. Əvvəl sevgi cümlələri qurulması məcburi hala gələ bilər. İlk növbədə sevgidən bəhs edib, sonra tənqid edəcəyi üslub geniş yayılmalıdır.
(A9 TV; 3 may 2018)
Adnan Oktar
-
Ölüm yuxudan qəti olaraq oyanmaqdır. Müsəlman ölümlə birlikdə fərahlar. Təsvir çox dəqiq və kəskindir.
(A9 TV; 3 may 2018)
Adnan Oktar
-
Əhəmiyyətli olan insanın çox məlumat sahibi olması deyil, sevgini bilən olmasıdır. Sevgini bilən cahil olmaz. Mütləq Allah onu öyrədər.
(A9 TV; 3 may 2018)
Adnan Oktar
-
Hər nemət Allah qorxusuyla qazanılar. Sevgi, ağıl, gözəllik, hər şey Allah qorxusuyla meydana gələr. İnsanlar Allahdan qorxduqlarında nələr qazanacaqlarını bilmirlər. Halbuki hər şeyin təməlində Allah qorxusu vardır. Allah qorxusu insanı dəhşətə salan qorxu deyildir. Allahın sevgisini itirmə qorxusudur.
(A9 TV; 3 may 2018)
Adnan Oktar
-
Seçkilərdən sonra Tayyib hocamın güvənə biləcəyi geniş millət vəkili heyəti meydana gəlməsi üçün, millət olaraq lazım olan dəstəyi verək. Tayyib hocamı cumhurun başı edəcəyik, Milli Məclisdə də Cumhur İttifaqının güclü olması, vətən, millət üçün çox vacibdir.
(A9 TV; 3 may 2018)
Adnan Oktar
-
Allah ən çox eşqi sevər. Bütün kainat eşq, ehtiras, sevgi üzərinə qurulmuşdur. Namazın, orucun, bütün ibadətlərin məqsədi sevgidir. "Sabaha qədər namaz qıldım ayağım şişdi" deyir. Allahın istədiyi bu deyil. Allahın istədiyi könüldən Allahı sevərək namazını qılmaq, ibadətləri yerinə yetirməkdir.
(A9 TV; 28 aprel 2018)
Adnan Oktar
-
İnsanlar ümumiyyətlə Allahın gücünü unutduqları üçün dərhal sarsılırlar. Allahın gücünü tam qavrasalar dünyagörüşləri tamamilə oturar.
(A9 TV; 2 may 2018)
Adnan Oktar
-
Münafiq din düşmənidir. Dinə qarşı çox kinlidir. Şeytani və incə siyasətlə müsəlman kimi görünərək, müsəlmanları müsəlmanlıqdan çıxarmağa çalışar. Birbaşa İslamı hədəf alsa təsir edə bilməyəcəyini bildiyi üçün, "mən də müsəlmanam" deyə, ortaya çıxar və ağlı zəif olanları mənəvi olaraq boğar.
(A9 TV; 2 may 2018)
Adnan Oktar
-
Bir insan qarşısındakının ağıllı olduğunu anladıqda o adamın yanında rahat edər. Ağıllı, dərin imanlı, səmimi möminin hər sözü çox müsbət təsir edər.
(A9 TV; 2 may 2018)
Adnan Oktar
-
Allah mənə güvənin deyir, insanlar güvənmir. Sonra niyə həyatım iztirab içində keçir deyə düşünürlər. İnsanların çoxu Allahın ağlına etibar etməməyin acısı içində yaşayırlar.
(A9 TV; 2 may 2018)
Adnan Oktar
-
Vicdanın bağlanması əslində metafizik vəziyyətdir. İslam aləminin əsas mərkəzi bilinən İraq, Suriya, Misir hal-hazırda məhv olmuş vəziyyətdə amma müsəlmanların bir qismində bəsirət bağlı olduğu üçün bunu heç əhəmiyyətli görmürlər. "Nə düşünürsən?" deyə soruşanda, "tez məktəbi bitirib evlənim" deyir. Müsəlmanların şəhid olması, uşaqların dənizlərdə boğulması onu heç vaxt maraqlandırmır.
(A9 TV; 2 may 2018)
Adnan Oktar
-
Allah bir insanı dəstəkləyəndə onu heç kim məğlub edə bilməz. Rəsulullah zireh geymədən minlərlə insanın arasına girib döyüşürdü, heç kim onu məğlub edə bilmədi. Mehdini də məğlub edə bilməzlər. Mehdiyyət qarşısıalınmazdır.
(A9 TV; 1 may 2018)
Adnan Oktar
-
Təmizlik üçün ruh keyfiyyəti lazımdır. Ruhu ölmüş biri təmizlik və keyfiyyət axtarmaz. Təhsildə ən vacib diqqət ediləcək şey o insanın Allahın böyüklüyünü dərinləməsinə qavramasını təmin etməkdir. Allaha iman edir, lakin Allahın böyüklüyünü dərinləməsinə qavramayanda təvəkkül əksikliyi olur. Allahın böyüklüyünü yaxşı qavramaq və hər şeyi Allahın yaratdığından əmin olmaq lazımdır.
(A9 TV; 1 may 2018)
Adnan Oktar
-
İnsanı xoşbəxt edən, sevdiyini xoşbəxt etməkdir. Yaxşılıq edəndə qarşındakı insanın üzündə yaranan sevinc, rahatlama kimi minlərlə cəhətdə yaranan gözəllik əsrarəngiz nemətdir.
(A9 TV; 1 may 2018)
Adnan Oktar
-
Mən Allahı sevirəm. Allahı sevən hər şeyi sevər. Allahı sevdiyim üçün həyatı sevirəm. Allahı sevməyən insan üçün həyat mənasızdır, cəhənnəm kimidir. Allahı sevməyən insan ölü kimi yaşayar.
(A9 TV; 1 may 2018)
Adnan Oktar
-
Allah möminləri əyləndirmək üçün münafiqləri xüsusi olaraq yaradır. Mehdiyyəti dayandırmaq üçün bütün gücləriylə çırpınırlar amma Mehdiyyət elmlə əzə-əzə irəliləyir. Hər şey Mehdiyyətin irəliləməsinə xidmət edir.
(A9 TV; 1 may 2018)
Adnan Oktar
-
Əsrlər əvvəlin ənənəçi modelinə gedilir təəssüratı vermək yerinə müasir, aydın, sevinc dolu anlayışı önə çıxarmaq daha yaxşı olar. Keçmişin dəyərlərini qorumaq, ənənələrə sahib çıxmaq gözəldir. Ancaq keçmişə sahib çıxmaqla birlikdə həmişə daha müasir, daha Avropalı, daha aydın, sənəti keyfiyyəti əhəmiyyətli görən, qadınlara azadlıq tanıyan, gənclərin istədikləri kimi yaşadıqları, sevinc və həyat dolu Türkiyə olması çox əhəmiyyətlidir.
(A9 TV; 1 may 2018)
Adnan Oktar
-
Möminin həyatı cənnətdir. Olduğu hər yer cənnətdir. Mömin həbsxanada olsa oranı da cənnətə çevirər.
(A9 TV; 30 aprel 2018)
Adnan Oktar
-
Rəhmətlik başbuğ, Türkiyənin ən çətin dövrlərində kənd-kənd gəzərək möhtəşəm gənclik yetişdirdi. Bu gözəl struktur indi hələ də dövlətimizin ana təməlini təşkil edir. Allah başbuğdan razı olsun.