Müasirliyin mənşəyi səmimiyyətdir, səmimi olan insan müasir olar.
Zərbələr tarixin yaddaşında qalan çirkinliklərdir.
Demokratiya bitən kimi arxasınca vəhşilik gəlir.
Qatı dinçiliyin nə olduğunu hər kəs əzbər bilir. Qatı dinçiliyin fikirləri dünyanın heç bir yerində qəbul etmirlər.
Mühafizəkar ənənəvi sistem kütlə psixologiyası ilə özünü boğan xərçəngləşmiş bir quruluşdur. Kütlə olaraq öz-özünü öldürər və öz-özünü xəstə edər.
İnsan ağır təzyiqə tab gətirə bilməz. Din, təzyiqi və qadağanları aradan qaldırar.
İnsanlar Allah sevgisi ilə, Allah qorxusu ilə, imanla xoşbəxt olarlar.
Din aydın, ağıllı, səmimi, qabaqcıl, eşqlə, məhəbbətlə hərəkət edən gözəl insanların əlinə keçsə (onsuz da o mərhələdədir) dünya xilas olar. Dini tezliklə qatı dinçilərin əlindən almaq lazımdır. Din yaxşı insanlarındır, qatı dinçilərin deyil. Qatı dinçilər dindən istifadə edirlər.
Biz televiziya verilişləri ilə, radio yayımları ilə, internetlə Cənub-şərqdəki qardaşlarımızı maarifləndirməyə davam edəcəyik. Maarifləndirdik və fəlakət, bəla geniş dairədə həll edildi. Həll edilməyə də davam edəcək, inşaAllah.
Marksizmin etibarsız olduğunu Abdullah Öcalan bizim kitablarımız sayəsində hələ təzə-təzə dərk edir. Cənub-şərq xalqı da, bu mövzuda səhv istiqamətdə olanlar tamamilə doğruları görüb yerlərini müəyyənləşdirirlər. Hər kəs həqiqət tərəfdarıdır.
Abdullah Öcalanın 180 dərəcə fikir dəyişikliyinin səbəbi də yenə bizik. Yoxsa əvvəl dəqiq kommunist, Marksist, Leninist düşüncəni müdafiə edirdi. İndi isə "bölgənin qurtuluşu İslam Birliyidir" deyir. Bunu biz müdafiə edirik.
Bütün gəncliyin, bütün millətimizin təkidlə Turanın üstündə dayanması lazımdır. Tezliklə Türk Birliyi, İslam aləminin birləşməsi son dərəcə asan olacaq.
Türk dövlətləri tezliklə birləşib Turanı qurmalıdırlar. Bu, Atatürkün vəsiyyətidir. Turan dövləti Birləşmiş Millətlər kimi olacaq. Turan birliyi daxilində birləşmək şərti ilə müstəqil dövlətlərdir.
Dünyəvilik dinsizlik demək deyil. Hər inanca mənsub olan insana şəfqətlə yaxınlaşmaq deməkdir.
Qadın azadlığı bir iqtidar üçün ən vacib mövzulardan biridir. Qadınların təzyiq altında olduğu sistemdə hər kəs narahat olur və qadını əzən sistem mütləq məhv olar. Misirdə də bu həqiqət göz önündə saxlanılmalıdır.
Azadlıq dinə faydalıdır. Din azadlıq olduqda inkişaf edər. Təzyiq olduqda isə faşist və kommunist zehniyyət inkişaf edir. Təzyiqi yox edək, fərahlıq olsun.
Misirdə dəyişikliklər olmalıdır. İqtidar dəyişsin. İqtidar qalmaqalla dəyişməz. Amma istəsələr seçkiləri tezləşdirib dəyişikliklər edə bilərlər.
Türk milləti dünyanın bəzəyi və gözəlliyidir. Mübarək millətdir.
Hər fikir azad olmalıdır. Təzyiq beynin uyğunlaşmasıdır. İnsan təzyiq altında olduğu müddət ərzində ziyana uğrayır.
Mehdiyyətdən bəhs etməkdən çəkinmək lazım deyil. Heç kim buna etiraz etməz. Çünki mehdiyyət hər inanca mənsub insan üçün qurtuluş olduğu kimi dinsizlər üçün də bir qurtuluşdur.
Qatı dinçilər dünyada cəhənnəmi yaşayırlar. Buna baxmayaraq dünyada bu qədər tərəfdar toplamaları çox təəccüblüdür. Amma çox yerdə insanlar olduqları mühitin təzyiqi ilə qəbul edirlər.