avatar

Adnan Oktar

Möminlərin arasında mübahisə olduqda incikliyi aradan qaldırmaq fərzdir. Gücün çatdığı qədər səy göstərəcəksən; olar və ya olmaz. İki müsəlman camaat-birlik bir-birinə qarşı olduqda ona müdaxilə etmək fərzdir. Aralarını yaxşılaşdırmaq üçün səy göstərmək fərzdir. Sən o ibadəti etməkdə mükəlləfsən, namaz kimidir.
A9 TV ; 7 dekabr 2013
avatar

Adnan Oktar

Bütün mallar paylanacaq, Allah yolunda xərclənəcək. Malı yığıb nə edəcəksən, nə işinə yarayar, nə faydası var? Amma (Allah yolunda) xərcləsən daha da zəngin, daha gözəl olarsan. Dünya həyatında da, axirətdə də rahatlıq taparsan.
A9 TV; 6 dekabr, 2013
avatar

Adnan Oktar

İmana önəm verməyib ticarətə, pula, mənfəətinə önəm verdikdə iman unudular, iman zəifliyi yaranar. Bu zaman da həmin adam üçün nə İslam Birliyi, nə Mehdi (ə.s)-ın çıxışı, nə də İsa Məsih (ə.s)-ın gəlişi əhəmiyyətli olar.
A9 TV; 6 dekabr 2013
avatar

Adnan Oktar

Sevgisiz insanların, qatı dinçilərin ruhu xəstə olur. İşığı görsələr qaranlıq, qaranlığı görsələr başqa cür dərk edirlər. Allah islah etsin.
A9 TV; 6 dekabr 2013
avatar

Adnan Oktar

Kommunizm saqqız kimi yapışar. Ondan imtina edəni buraxmaz, maqnit kimi özünə çəkər. Yəni bir hörümçək toru kimidir. Yapışanda qopmaz. Bu kommunizmin xüsusiyyətidir. Yəni kommunistin əlindən yaxa qurtarmaq asan məsələ deyil. Ondan ayrılmaq istəyəni öldürərlər.
A9 TV; 5 dekabr 2013
avatar

Adnan Oktar

Quran vəhşi kapitalist sistemini tamamilə yıxan, onun yerinə möhtəşəm ictimai ədalət gətirən bir sistemdir.
A9 TV; 4 dekabr 2013
avatar

Adnan Oktar

Dünyanı nifrət cəmiyyəti halına gətirdilər. İnternetdə hər hansı bir saytı açsanız orada nifrətin 99%, sevginin isə 1% olduğunu görəcəksiniz. Ancaq nifrət edirlər, savaşırlar, söz atırlar. Bunun tam əksi olmalıdır. Ən az 99% sevgi olmalıdır.
A9 TV; 4 dekabr 2013
avatar

Adnan Oktar

Bütün Türkiyə bir vilayət kimidir. Biz qardaşıq. Türkiyədə bir ailə, bir otaq var. Bir ailə şəklində yaşayırıq. Bir uşağımız kürdcə danışar, bir qızımız türkcə danışar, biri lazca danışar.
A9 TV; 4 dekabr 2013
avatar

Adnan Oktar

Cənub-şərqdəki kürd qardaşlarım mənim canlarım, analarım, bacılarımdır. Mən onları Stalinistlərə, kommunistlərə təslim etmərəm. Nəyin bahasına olursa olsun təslim etmərəm. Bunu unudacaqlar.
A9 TV; 3 dekabr 2013
avatar

Adnan Oktar

Quranda İslam Birliyinin kapitalizmə qarşı olduğunun vurğulandığını görürük. Allah Quranda malı-mülkü xərcləməyib yığmağın yanlış davranış olmasından bəhs edir. Malı-mülkü bol-bol paylamaq, kasıblara dəstək olmaq Quranda tez-tez vurğulanan həqiqətdir.
A9 TV; 2 dekabr 2013
avatar

Adnan Oktar

Quran var ikən hansısa məzhəbdən olmaq haramdır. Allah ''Mən sənə Quran endirdim, məzhəbi haradan çıxardın? Sən Qurana tabe olacaqsan yoxsa məzhəbə?'' desə, insan nə cavab verəcək? Əlbəttə ki, Qurana. Biz Qurana tabe olmaqda məsuluq.
A9 TV; 1 dekabr 2013
avatar

Adnan Oktar

Güclü iman çox əhəmiyyətlidir. Nadir insanlarda rast gəlinər. Bir şəhərə, məmləkətə təhqiqi iman cəhətdən bir adam belə yetər. Allah Tövratda: ”10 nəfər adam olsun, haqq dini (İslamı) dünyaya hakim edəcəyəm'' deyir.
A9 TV; 1 dekabr 2013
avatar

Adnan Oktar

Təhqiqi imanın yaxşı öyrənilməsi, iman həqiqətlərinin araşdırılması, öyrənilməsi, imanlı insanların çox olması vacibdir. Məsələn, Peyğəmbərimiz (s.ə.v) çox imanlı idi. Onun imanı böyük qövmə kifayət etdi. Hər kəsin imanı canlanmışdı.
A9 TV; 1 dekabr 2013
avatar

Adnan Oktar

Dilimizin türkcədən başqa bir dil olmasını qəbul etmərik. Çünki bu bizi bağlayan bir gücdür, ən əhəmiyyətli bağdır. Sən dil bağını qoparsan ölkə parçalanar.
A9 TV; 1 dekabr 2013
avatar

Adnan Oktar

Allah mehdiyyət dənizini 40 ildir ki, doldurur. Dəniz 40-cı ilin sonunda daşacaq. Ondan sonra hz. Nuh (ə.s)-ın gəmisi kimi gəmi quruya çıxacaq, inşaAllah. Peyğəmbərimiz (s.ə.v): “Dəccalın ömrü 40 ildir" deyir. Yəni mehdiyyətlə dəccaliyyətin mübarizəsinin müddəti 40 ildir.
A9 TV; 28 noyabr 2013
avatar

Adnan Oktar

Mehdiyyətin dənizi yeddi dənizdən də böyükdür. Gecə-gündüz dolar. Lehinə olan da, əleyhinə olan da, hər nə olursa olsun xeyir dənizinə, mehdiyyət dənizinə axır. Elə bir şey yoxdur ki, mehdiyyət dənizinə axmasın. Getdikcə də səviyyəsi qalxır. Amma dəniz dolmadan da daşmaz.
A9 TV; 28 noyabr 2013
avatar

Adnan Oktar

Hər canlanma dəccaliyyətin əleyhinə, mehdiyyətin lehinədir. Zəlzələ mehdiyyətin dənizinə axar, yanardağ, ağıla gələn hər şey, ictimai hadisələr; məsələn, iqtisadi böhran mehdiyyətin dənizinə axar və mehdiyyəti santimetr-santimetr, metr-metr yüksəldər.
A9 TV; 28 noyabr 2013
avatar

Adnan Oktar

Allah sabitlik istəmir, mütləq durğunluğu pozur. Məsələn, dağı yanardağ halına salır, ərazini zəlzələ ilə hərəkətləndirir, insanı ya xəstələndirir, ya sevindirir, ya da canını alır, amma Allah hər şeydə mütləq hərəkətlilik yaradır, durğunluq yox.
A9 TV; 28 noyabr 2013
avatar

Adnan Oktar

İslam Birliyi, mehdiyyətin ruhu sürətlə inkişaf edir. Quran əxlaqı dünyaya sürətlə yayılır, qatı dinçilik aradan qalxır. Bəzi əlamətlərdən Allahın istədiyimiz gözəllikləri bütün dünyaya yayacağı aydın olur.
A9 TV; 28 noyabr 2013
avatar

Adnan Oktar

Xristianlar Papanın başçılığı altında birləşirlər. Yəhudilər baş ravvin idarəsində birləşirlər. Massonlar məşriki-azamın başçılığında birləşirlər. Müsəlmanlar? ''Müsəlmanların birləşməsinə ehtiyac yoxdur'' deyirlər. Bu mümkün deyil. Bunda bir qəribəlik, xəstəlik, səhv var. Bu dərhal düzəldilməlidir. İslam Birliyi coşğu ilə, eşqlə müdafiə olunmalıdır. Əksinə haramdır.
A9 TV; 26 noyabr 2013
avatar

Adnan Oktar

"Müsəlmanın haqqı əlindən alınanda bütün müsəlmanlar ittifaq etsinlər, birlikdə ona qarşılıq versinlər və gedib qurtarsınlar. Allah “bunları sizə fərz buyurdum” deyir. Amma bunu etmirlər.
A9 TV; 26 noyabr 2013
PAYLAŞIN
logo
logo
logo
logo
logo