Möminin canı alınandan sonra onu gözlətməzlər. Dərhal cənnətə gedər.
Ölən adam möminsə bayram sevinci ilə qarşılanar. Möminin canı gözəl qoxular içərisində, təbrik edilərək alınar. Ölən adam küfr içindədirsə canı da əziyyətlə alınar, Allah göstərməsin.
Müsəlmanlar nurdur. Allahın diləməsi xaricində heç kim müsəlmana zərər verə bilməz.
Allah sevgisindən qaynaqlanan insan sevgisinin bütün dünyaya hakim olması lazımdır.
Ölkələr arasında vizalar qalxsa da heç kim gedib gəlməz. Çünki sevgi cazibəsi yoxdur. Bu sevgi cazibəsini dünyaya bəxş edən hz. Mehdi (ə.s)-dır.
“Kommunist təhlükəsi yoxdur” deyənlər, hər gün baş verən hadisələrə baxsınlar, bu təhlükənin dünyanı necə bürüdüyünün şahidi olsunlar.
Allahın varlığını, birliyini, iman həqiqətlərini, Quran möcüzələrini izah etməlisən, Quran həqiqətlərini, xurafatçılığın etibarsızlığını izah etməlisən, belə olan halda PKK məqbul bir xəttə gəlir.
Darvinizmin etibarsızlığının izah edilməsi PKK üçün ən vacib nöqtədir. Bütünü əlindən alsan, o şirkdən xilas olsa adam Allah inancına dönər.
PKK-nı razı salmaq istəyirsənsə, Darvinizmin etibarsızlığını elmi olaraq izah etməlisən. Kitablar payla, film seyr etdir, konfranslar təşkil et. Bu şəkildə razı sala bilərsən.
Əhli-Kitaba, xristianlara sahib çıxaq. Şəfqətlə yaxınlaşaq. Əməkdaşlıq ilə, xristianlarla, yəhudilərlə əl-ələ dəccaliyyəti mənəvi cəhətdən yox edəcəyik, inşaAllah. Onlar da Allah birliyini qəbul edirlər.
Son zamanlarda, "TC qalxdı, TC qoyulmur" elə bir şey yoxdur. Ona heç kimin gücü çatmaz. Elə bir şeyi heç kim xəyalına gətirməsin. Türkiyə cümhuriyyəti qiyamətə qədər olacaq, Allahın izniylə. Türkiyə cümhuriyyəti qiyamətdə bitir. Onun əvvəlində yox, elə bir şey yoxdur.
Allahdan bəhs edin. Bizim ürəyimiz Allahla fərahlanar. Biz Allahı sevirik, Allah üçün yaşayırıq.
Dinsizin halına acımaq lazımdır, ona niyə hücum edirsən? Bundan əlavə dinsizi zorla, məcburən öz dininə çəkə bilməzsən. Dinsizə azadlıq verəcəksən, sən onun işinə qarışa bilməzsən. Kimisə öz sistemindən, öz əxlaqından çəkə bilməzsən. Kiməsə zərəri yoxdursa, sən onun işinə qarışa bilməzsən. Sənin şəxsiyyətinə, ətrafdakılara, cəmiyyətə zərər verirsə, müdaxilə et, buna haqqın var. Amma bu da qanun-hüquq ölçüləri çərçivəsində olar.
"Dindar ol" deməklə dindar olmazlar. Dindar olmağın mərhələləri var. Dindar olması üçün əvvəl bütləri məhv etmək lazımdır. Əgər bütünü məhv etməmisənsə sənin dinini anlamaz, bütlərinə qayıdar. Darvinizmi məhv etmədən dini izah etməyin mənası yoxdur.
"Allah olmadan biz xoşbəxt ola bilərik" deyir. Yox, qardaşım, elə bir şey olmaz. Allah bəlanı verər, rahatlığını kəsər. Onda yaşamağın mənası yoxdur.
Allaha aşiq olsan, coşğu dolu sevgini dadsan, cənnətin torpağını belə öpərsən. Hər şey sənin üçün çox gözəl olar və sonsuza qədər də bezməzsən.
Təhlükənin böyüklüyünü görmək lazımdır. PKK-nı Avropanın bütün darvinist-materialistləri dəstəkləyir.
Türk əsgəri şəfqətdə, mərhəmətdə dünyada təkdir. Əsgərimiz hara getsə uğur, bərəkət aparar.
ABŞ cənub-şərqdə bölünməyi təşviq edir, amma Şimali Koreyaya qarşı səsi çıxmır. Çünki Şimali Koreya dinləmir. Deməli, ABŞ sabitlik görəndə geri çəkilir. Biz də millət olaraq bölünməyə qarşı dəqiq və qərarlı münasibətimizi bildirsək ABŞ bu bölmə siyasətindən imtina edə bilər.
Bədbəxt olan insanların ağlına zərər gəlir. İmansızlıq bədbəxtliyə, bədbəxtlik imansızlığa səbəb olur. Bu sanki öz içində kilidlənmiş bir sistemdir. Bədbəxtlik imansızlığı çəkir. Halbuki, Allah müsəlmanların xoşbəxtliyini istəyir. Allah sevinci bəyənir. Fanatiklər də dayanmadan ağlamağı təşviq edir.
Diyanətin, həqiqətən, darvinizmi və marksizmi tənqid etməsi çox faydalı olar. Yoxsa insan öldürməyin haram olduğunu onsuz da hər kəs bilir. Bunun izah edilməsi əsas deyil. PKK-nın hamısı darvinist-materialistdir. Amma cənub-şərq xalqı PKK-ya ideoloji olaraq cavab verə bilmir. Əvvəlcə onu həll etmək lazımdır. Anti-darvinist, anti-materialist izahatlar, iman həqiqətləri və Quran möcüzələri tam ehtiyaca istiqamətli olar.