Mömin tahirdir, təmizdir. Təmizlik cənnətə olan həsrətdən qaynaqlanar. Şüuraltımızda cənnətin təmizliyini bildiyimiz üçün həmişə o təmizliyə nail olmaq üçün səy göstəririk.
Müsəlmanın özünü günahlandıraraq "imansızam, ağlım zəifdir, azmışam" kimi qorxularla vaxt keçirməsi doğru olmaz. Müsəlman Allaha güvənərək yaşayar. Müsəlman özü haqqında hüznü-zənn edər, sui-zənn etməz. Möminin qəlbinə şübhə gələr amma dinləməz. İman şübhəyə qarşı müqavimət göstərmənin adıdır.
Sevgini yaşaya bilmək üçün əvvəlcə dərin ağılla Allaha heyran olmaq, Allaha dərin sevgidən qaynaqlanan dərin ehtiras və dərin Allah qorxusu lazımdır. O zaman insan özünü də sevər, insanları da sevər.
Dəccaliyyətin insanlara təqdim etdiyi faciə sevgisizlik, mərhəmətsizlik və rəhmsizlikdir. Hara getsə insanlar dəhşətlə qarşılaşır. "Atana belə güvənmə" deyə sözün olması vəziyyətin nə qədər dəhşətli olduğunu göstərir.
Münafiqlər ən başından bəri cinayət maşını kimi xüsusi yaradılmış məxluqlardır. Münafiqlərin varlığının məqsədi müsəlmanların savab qazanmasıdır. Əgər müsəlman münafiqlə elmi olaraq qarşı-qarşıya gəlmirsə düzgün olmayan nə isə vardır. Münafiqi olmayan müsəlman olmaz. Allah xalis möminləri mütləq münafiqlərlə imtahan edər.
Allah ilə ağılla əlaqədə olanlar, Allahın ruhunu daşıyanlar üçün gələcək sonsuza qədər xeyirdir.
Ağıllı insan hər şeyi yalnız Allahın sevgisi və Allahın dostluğu üçün istəyər.
Allahın möminlərə köməyi aramsızdır. Uğursuzluq kimi görünən hər hadisə də mömin üçün mütləq xeyirdir.
Qadının baxışları çox əhəmiyyətlidir. Qadının gözündəki dəli ehtiras insanın ruhunu əridən zəhmli gücdür. Qadın, heç nəyə neqativ yaxınlaşmayanda, diqqəti dağılmadan ehtirası yaşayar. Allah o qadında olduqca böyük təsir edicilik meydana gətirər və o təsir edicilik, ömrü boyu davam edər. Allah mömin qadınlara bu cür böyük güc vermişdir.
Allahın sevgisini sonsuza qədər daha çox istəyəcəyik, həmişə daha çox istəyəcəyik.
Atatürkün çox dindar, milliyyətçi, igid dəliqanlı olduğunu dəlilləri ilə ortaya qoyduq. Atatürkün həqiqi xarakterini və həyatını bütün Türkiyəyə öyrətdik.
İnsanı qiymətli edən eqoist olmaması, ağıllı və səmimi olmasıdır. Eqoist olmaq çox alçaldıcı və qorxuncdur.
Ehtiras, Allahın böyüklüyünü qavradıqdan və hər gözəlliyi Allah eşqiylə gördükdən sonra meydana gələr. Ehtiras, cənnət və dünyadakı ən güclü nemətdir. Qapısı heç bir zaman bağlı deyil. Ehtirasda zövq, iman və ağılla mütənasib olaraq qatlanaraq artar.
İslamı yaxşı izah edən insanın, hər yerdə müsəlmanlar əzilərkən, tətilə getmək istəməsi çox böyük vicdansızlıq olar. Müsəlmanlar şəhid edilərkən "1 ay tətilə gedəcəyəm" demək "öldürülənlərdən mənə nə var" deməkdir. Bunu mənim vicdanım əsla qəbul etməz.
Sənətkara dəyər verməmək o insanın ədəbsizliyini, sevgisizliyini və zalımlığını göstərir. İncəsənət müqəddəsdir. Kiminsə sənətkar insana hörməti yoxdursa, o adam insani xüsusiyyətlərini itirmişdir.
Qəzəb insanı gülməli vəziyyətə salar. İnsan özünə bunu yaraşdırmamalıdır. Təsvirin içindəki varlığın o hala gəlməyi qəribə görməsi lazımdır. "Ya Rəbbi təsvirin içində bir təsvir gördüm, bu təsvirə qəzəbləndim. Məni bir daha bu səhvə salma ya Rəbbi, məni mənə buraxma ya Rəbbi. Ya Rəbbi təsvirdən təsirə düşməmək və alçalmamağı mənə nəsib et" deyərsən, qəzəbdən xilas olarsan.
İnsanın normal halı Allah ilə əlaqədə olduğu halıdır. Allah insanları, Allah ilə əlaqədə olduğunda normal olacaq şəkildə yaratmışdır. Allahı fərq edə bilməyən, Allahı unudan insanın sanki başı qopmuş kimi olur. Bir insan Allah ilə dərin əlaqədə olanda ən yüksək keyfiyyəti əldə etmiş olar.
Şeytanın tələləri çox zəifdir. Ağılsız, zəif xarakterli olanlar üzərində təsiri olur. Möminlərin üzərində təsiri olmaz. Münafiqləri isə tamamilə nəzarəti altına alar.
Həvəsli insanların çoxu nəfsi üçün istəkli olduğundan başını həmişə bəlaya salar. Zənginlik və güc xeyirlisi isə Allahdan istənilər.
Şövqlə, dərin sevgiylə Allahı sevirsənsə sevgi bütün məsələləri həll edər. Amma sevdiyini putlaşdırsan o sənə fəlakətə çevrilər. Onsuz da onun adı sevgi deyil həvəsdir.
Səmimiyyət, Allahın böyüklüyünü yaxşı bilmək və eqoizmdən uzaq olmaq müvəffəqiyyətin üç həqiqi sirridir.