Mömin, müttəqi bir insanın Allah sevgisi, Allah qorxusu, üzündə həyəcan formasında özünü bəlli edər, görünər, hiss edilər. Lakin ruhu çökmüş, içi çökmüş, zehni çökmüş bir insanda bunu görmək qeyri-mümkündür. Çünki Allah ilə əlaqəsini kəsdiyi üçün qafildir. Qafil olduğu üçün də həyəcanı yox olmuşdur.
Mömin cihad, yəni cəhd etmə şövqü ilə həyəcan yaşayar. Əgər bir insanın qəlbində ətalət varsa, qəflət varsa yorğun və laqeyd olar. İçinə qapalıdır. Çünki, din onu maraqlandırmır. Allah qorxusu maraqlandırmır. Allah sevgisi maraqlandırmır. Onun üzünə əks olunacaq həyəcanı olmaz.
"Şükür etsəniz" demək, "çox səmimi müsəlman olarsınız" deməkdir. Yoxsa insan marixuana satar, qazanar, şükür edər. Zülm edər, silah satışıyla məşğul olar, şükür edər. Belə deyil. Qurana tam tabe olaraq, səmimi olmaqla şükür edilər.
Xızır (ə.s) hərdən insanları imtahan edər, hz. Musa (ə.s)-ı imtahan etdiyi kimi. İnsanlar onun imtahan etdiyini anlaya bilməz. Həm öyrədər, həm də imtahan edər.
Peyğəmbərimiz (s.ə.v)-in baxışları çox kəskin idi. Niyə? Çünki, qəlbi həmişə Allah ilə birlikdə idi. Allahdan qorxurdu. Lakin müşriklər axmaq kimi baxırdılar. Çünki onlar acgöz idilər. Heyvan kimi, heyvanlardan da aşağı mövqedədirlər. Təbii ki, baxışlarında da heyvan görünüşü olur.
Allah qorxusu, Allah sevgisi mənasız baxışın yaranmasına mane olar. Allah qorxusuna sahib insanın boş-boş baxmasının heç bir izahı olmaz. Allahdan qorxursa mütləq baxışları dərrakəli, kəskin və diqqətli olar.
Qəlb əgər Allah ilə bərabərdirsə, baxışda gözəllik, dərinlik, xoşluq vardır. Lakin Allahdan uzaq qafil qəlbdə, insanın gözü dərhal bunu bəlli edər. Allah ayədə bunu bizə deyir: "əgər istəsəm onları simalarından tanıyarsan". Sima dedikdə, baxışı nəzərdə tutulur. Baxışdakı mənasızlığın səbəbi, ruhunun boş olmasıdır.
Biz Bədiüzzamanı sevirik, niyə sevirik? Fədakarlığından ötrü sevirik. Yoxsa geriyə nə qalardı? Sunqur Ağabəyi əziyyət çəkdiyi üçün sevirik. Bədiüzzamanın tələbəsi olan digər Ağabəylərdən də sevdiklərimiz var, lakin çəkdikləri əziyyətlərə görə sevirik. Az əziyyət çəkəni daha az sevirik. Çox əziyyət çəkəni daha çox sevirik.
Rəsulullah, Rəsulullah olsa da çəkdiyi əziyyətin həddi-hüdudu yoxdur. Allah "Həbibim" deyir, Peyğəmbərimiz (s.ə.v)-i heyrətamiz dərəcədə sevir. Lakin bu üstünlüyündən ötrü sevir.
Şəhidlik gözəl nemətdir, lakin cəhd də çox gözəldir. Yəni illərlə, məsələn, 60 il, 70 il, 80 il ömrünü cihadla keçirmək çox gözəldir. Bunun savabı təsvir edilməzdir, çünki bu cür olduqda vəlayət mərtəbələrinə çıxılır.
Mömin çox saf varlıqdır. Qurana möhkəm şəkildə sarıldığı zaman, heç vaxt batmayan və doğru istiqamətdə hərkət edən bir gəmidə olmuş olar, dümdüz gedər o zaman.
Şeytan beynin qapanmasını istəyər. Ən güclü təsiri də zəiflədərək edər. Bu bir çox insanın gözündə görülər. Boş, durğun baxış olar. Mömin şahin kimidir. Belə şeyə təslim olmaz.
Şeytan insana cürbəcür təsir göstərər. Ən bərbad təsirlərindən biri də durğunluq verməsidir. Mömin bunu iradəsiylə, ağlıyla yox etməlidir.
Quranın çərçivəsindən kənara çıxan insanın mühakimə qabiliyyəti yox olar və nəzarətdən çıxar. Mömin şeytanın bu oyununa icazə verməz.
İslam aləminin başındakı fəlakətlərin əsas səbəbi, Qurana tabe olunmamasıdır.
Türkiyə hər hansı ölkə deyil. Türkiyənin bölündüyü təqdirdə, İslam Birliyi bitər. Türk aləminin də birləşməsi bitər. Buna səbəb olacaq heç nəyi qəbul etmərik.
Sevgisizlik insanı pis insan halına salar. Qızları, oğlanları nursuz edər. Kinli, nifrət ruhu, küskün ruhu, ölmüş insan forması verər. İnsan bu bəlanı birbaşa özü hiss edər. Öz-özünə çökər. Yəni bu, özünü yandıran sistemdir.
Gənclər üfüqlərini genişləndirsin. Daha geniş və ağıllı düşünsünlər. İlk öncə qəlbləri sevgiyə açıq olmalıdır. Bu narahatlıq verər. Bunu görüb kəskin şəkildə buna qarşı tədbir almalıdırlar. "Mən niyə qəzəblənməyə bu qədər meyilliyəm, sevgisizliyə bu qədər meyilliyəm? Sevgiyə niyə bu qədər qapalıyam?" deməlidir.
İslam saf sevgidir. Həmişə insanların xeyrinə, yaxşılığına olan sistemin adıdır. İslam, insanları ən yüksək səviyyəyə çıxardacaq sistemdir.
Türkiyə xarici qüvvələr tərəfindən mühasirəyə alınmış vəziyyətdədir. Xüsusilə belə mühitdə mətbuat tənqidlərinə anlayış göstərməlidir. Zatən bir ovuc müsəlman var, sən onları oyunla, iftira ilə terrorist kimi göstərməyə təşəbbüs etsən, bu səhv olar.
Gənclərə milli şüur dərsi verilərək, onlara, kommunizm, darvinizm və faşizm təhlükəsinin nə olduğu, terrorun ideologiyasının nə olduğu, zorakılığın, sevginin və mərhəmətin nə olduğu öyrədilməlidir. Milli hədəflərimizdən, məsələn, Türk-İslam Birliyindən bəhs edilməlidir.