Möcüzə görsələr insan ağlı bunu qəbul etməz. Bu vaxt digər insanlara haqsızlıq olar. Peyğəmbərlərdə də insan ağlının qəbul etməyəcəyi möcüzələr olmaz. İnsan elə zənn etsə də , əslində elə deyil
İslam fanatizm tərzində hakim olmayacaq. Mənim təsvir etdiyim, bizim təsvir etdiyimiz tərzdə olacaq. Baş nazirində söylədiyi kimi―”Müasir İslam” bu şəkilə hakim olacaq, inşaAllah. deyir.
Dediklərimin doğru olduğunu Darvinizm tamamilə məğlub olanda görəcəksiniz. İslam dünyada müasir formada, bizim təsvir etdiyimiz İslam tərzində hakim olacaq.
Allah şəhidliyi çox sevir, bəyənir. Çünki insan sevgisini çox şiddətli dərəcədə göstərmiş olur. Allah üçün canını verdiyinə görə Allah onu çox bəyənir.
SEVMƏYİ, SEVİLMƏYİ AZ ÖYRƏNMƏK DƏ OLMAZ. ALLAH TAM ÖYRƏNMƏMİZİ İSTƏYİR. Buna görə müəyyən qədər ömür verilir. Möminlərin hər birinə kurs müddəti qədər ömür verilər.
ALLAH ÖZ ƏXLAQININ YAŞANMASINI İSTƏYİR. Mərhəmətli olmaq, şəfqətli olmaq, ağıllı olmaq, dürüst olmaq Allahın əxlaqına daxildir.
BİZ ALLAHI SEVİRİK, AMMA ALLAH DA SEVMƏK İSTƏYİR. Bu Allahın bir xüsusiyyətidir. Peyğəmbərimiz (s.ə.v)-ı sevərək ona "Həbibim" deyir. Hz. Musa (ə.s)-ı sevir. Allah ayədə "Səni seçdim" deyir. Hz. Yusuf (ə.s)-ı sevir. Allah küfrü, səmimiyyətsizi sevmir.
Allah sevməyi, sevilməyi sevir. Bu dünyada da sevməyi sevilməyi öyrədir. Allah sonsuza qədər də sevməyi və sevilməyi yaşamaq istəyir .
XOŞ NİYYƏTLİ, SƏMİMİ OLANLARIN KÖNLÜ RAHAT OLSUN. Dürüst Müsəlmanların könlü rahat olsun. Allaha güvənsinlər. ÖLÜM ANLARI DA, AXİRƏT MƏRHƏLƏSİ DƏ RAHAT OLACAQ. Zaman olmadığına görə sürətlə axirətə keçid edərək sevdikləri ilə qarşılaşacaqlar, inşaAllah.
İndi Allah Mehdiyyətin qalibiyyətinə hökm etdiyinə görə, qədərdə elə olduğuna görə lap istəsən 12 adam ol yenə qalibiyyət mütləqdir.
Taledə belə yazıldığına görə dünya İslamın hakimiyyətinə keçir. Məsələn, taledə Dəccalın qalib gələcəyi yazılsaydı, lah-hazırda istədiyimiz qədər məşğul olsaq da, yeddi min kanalımız olsa, yetmiş min radiomuz olsa, yüz minlərlə professorumuz olsa, yenə də məğlub olardıq.
Hal-hazırda İsa Məsih (ə.s) və Hz. Mehdi (ə.s) dünyada təşəbbüsü ələ alıb. Onlardan və Hz.Xızır (ə.s)-dan xəbərsiz heç bir hərəkət olmaz. Buna görə insanlar narahat olmamalıdırlar.
MEHDİYYƏT SEVGİNİN,MƏHƏBBƏTİN MƏKTƏBİDİR. Hz.Mehdi (ə.s) insanlara sevgini, məhəbbəti öyrədəcək.
HƏQİQİ MEHDİYƏ BEYƏT ETMƏKDƏN, BAĞLANMAQDAN BAŞQA DOĞRU YOL YOXDUR . Beyət deyərkən , yəni qəlbindən gələn sevgi başa düşülür . Yoxsa gedib bir şey imzalamaq kimi bir şey deyil. Beyət sevgi bağı, hörmət bağının elan edilməsidir.
Hamısı: bütün Ələvisi, Bektaşisi, bütün qardaşlarımız cəm olaraq bir yerdə birlikdə İslam Birliyini meydana gətirmələri lazımdır. Bu ancaq Mehdi ilə mümkündür.
Millətimizə hörmət etməliyik. Millətimizə dəyər verməyənlər, hörmət etməyənlər özləri alçalar.
ÇƏTİNLİKLƏ QARŞILAŞMAQ SAVABINI ARTIRAR. Əks halda akvarium balığı kimi olarsan. Mütləqdir ki, çətinliklə qarşılaşasan, bir yol taparsan, inşAllah.
Siyasət ağılla, vicdanla aparılar, döyüşlə deyil.
Dünyanı dəccaliyyət əhatə edib. İnsanlar istəsə də, istəməsə də dəccaliyyətə müqavimət göstərə bilmir və təslim olmaq məcburiyyətində qalır. Bu çox dəhşətli bir vəziyyətdir. Məhz buna görə Mehdiyyət , İsa Məsih (ə.s)-ın zühuru hazırda ən çox diqqət edilən məsələlərdir.
Bütün dünyada hadisələr Mehdiyyət ətrafında cərəyan etdiyinə görə, Mehdiyyət istiqamətində hərəkət etdiyinə görə, Mehdiyyət ilə əlaqəli olduğuna görə Mehdiyyətə necə əhəmiyyət verməyək? İnsanlar istəsə də, istəməsə də bu bir həqiqətdir.
Bütün hadisələr, məsələn 28 Fevralda baş verən həbslərin hər biri Mehdiyyətin ətrafında baş verən hadisələrdir. YANARDAĞLARIN PARTLAMASI, ZƏLZƏLƏLƏR―BUNLAR HAMISI MEHDİYYƏT ƏTRAFINDA CƏRƏYAN EDƏN HADİSƏLƏRDİR.