Misirdəki Baltaçılar deyilən psixi quruluş darvinist- materialist təhsilin bir nəticəsidir.
Qatı dinçilik zehniyyəti içində yəhudi düşmənçiliyini guya müqəddəs hesab edənlər var. Yəhudilər Kitab əhlidir, Allah onlara zülm edilməsinə razı olmaz.
Misirdə hər cür şüar var, amma İslam Birliyi ilə əlaqədar bir şüar eşitmədik. Halbuki, yer- göy İslam Birliyi deyə inləməlidir. Allahın göstərdiyi qurtuluş yolu budur.
Qurana görə şəfqət, mərhəmət, insanı ucaltmaq vacib mövzudur.
Dünyadakı xərçəngin müalicəsi İslam Birliyi və mehdiyyətdir.
İslam nəzakətdir, təmizlikdir, keyfiyyətdir. İslam deyilincə dünyanın ən keyfiyyətli, mədəni insanları ağla gəlməlidir.
Ana olmaq müqəddəs duyğudur. Biz analığa namizəd gördüyümüz zaman ona şəfqətlə, hörmətlə baxarıq.
Müsəlmanların bir yerə gəlib bir-birlərini qorumalarından daha gözəl nə ola bilər?
Yaşanan hadisələrə baxıb "Allah bu imtahanı niyə verir" düşüncəsi ilə fikirləşmək olmaz. Allah müsəlmanların birləşməsini istəyir. Birlik olmaq isə fərzdir.
Misirdə yalnız öz ölkələrinin qurtuluşunu dilə gətirmək yerinə "Allah hamımızı xilas etsin" demək lazımdır.
Bizim üslubumuz tək Misirdəki və ya Suriyadakı, Fələstindəki ağrı-acıların deyil, bütün İslam aləmindəki ağrıların sona çatmasına istiqamətlidir.
Məsələnin kökdən həlli Allahın şəfqət və mərhəmət anlayışının dünyaya hakim olmasıdır. Bu müsəlmanların birləşməsi ilə mümkündür.
Müsəlman Qardaşlar (İhvan) tək Misirin qurtuluşunu deyil, bütün İslam aləminin qurtuluşunu istəməlidirlər.
İslam Birliyi yaradıb dünyanı cənnətə çevirək.
Misirdə qurtuluş seçki ilə deyil, İslam Birliyi ilə mümkündür. İslam Birliyindən başqa həll yolu yoxdur, artıq siyasətçilər bunu görməlidir. İslam Birliyi xaricindəki bütün cəhdlər səthi müalicə kimidir. Halbuki, İslam Birliyi olsa bu ağrılar tarix olacaq.
İslam aləmində yaşanan problemlərə Türkiyə tək başına heçnə edə bilməz. Bütün müsəlmanlar tezliklə birləşməlidir. Birdəfəlik həll darvinizmin elmi olaraq yox edilməsi və İslam Birliyidir.
Qatı dinçilər İslam Birliyini, mehdiyyəti istəmir. Bunlar necə müsəlmandır. Bütün müsəlmanları müsəlman hesab etməyən müsəlman ola bilərmi? Düşmən olmadığı insan qalmayıb, deməli, sevgisiz insanlardır. Sevgi İslamın ruhunda, Quranın ruhunda olan əsas mövzudur.
Qatı dinçiliklə İslam fərqli-fərqli anlayışlardır. Qatı dinçilik İslamı yox etmək üçün şeytan tərəfindən ortaya çıxarılmış zülm sistemidir. Müşrik qadınlar və müşrik kişilərdən ibarət olan bir birlikdir. Qurana tabe olan "Quran müsəlmanı" həqiqi müsəlmandır.
Cəhənnəmə getməmək çox asandır; Allahı sevəcək, Allahdan qorxacaqsan. Allah "dünyanı sizə verdim" deyir. "İstədiyin kimi ye, iç, əylən, sev, oyna, rəqs et". Allahın “sənə dünyanı verdim” deməsi o mənadadır ki, dünya sizindir, hər şey edə bilərsiz". Haramlar çox azdır.
Hər şeyin ən gözəli, ən şirini, ən müsbəti, doğru olanı― din budur. Hər şeyin ən yaxşısı nədirsə din odur. Gözəl söz, paltar, danışmaq, gözəl yeməklər, evlər, küçələr, çiçəklər, gözəl xanımlar… Hər şeyin gözəlidir, maşaAllah.
Bir millət torpağını verdisə şərəfini, namusunu hər şeyini vermiş sayılır.