Misirdə və ya digər ölkələrdə xristianların və musəvilərin ibadətxanalarına hücum olması İslama görə zülmdür. Bütün ibadətxanalar müsəlmanların himayəsi altındadır. Qardaşlarımız ölkələrindəki Kitab əhlinə sahib çıxsınlar və onların mübarək məkanlarını qorusunlar.
Homoseksuallıq bütün dinlərdə Allahın haram etdiyi iyrənclikdir. İnanclı insanlara zorla homoseksuallığı qanuni göstərməyə çalışırlar. Dünya səviyyəsində homoseksuallığı qanuniləşdirmək istəyən İngiltərə dərin dövlətidir.
Musiqi ilə dini uyğunlaşdıra bilməmək çox yanlışdır. Musiqi olsa din olmaz deyə bir şey yoxdur. Din həyatın hər anında var.
Tövrat və İncilin təhrif olunmamış istiqamətlərini Qurana baxaraq anlayarıq. Qurana uyğun hissələri doğru və qəbuldur.
Müsəlmanın ən xoşbəxt olduğu an diqqətinin Allaha yönəldiyi anlardır. Allah sevgisindən kənar daha yüksək zövq yoxdur.
Şeytan imtahanın mühüm ünsürüdür. Şeytan olmadıqda imtahan aradan qalxar. Ölümə qədər şeytanın təlqini vardır.
Allahın bizdən istədiyi Öz rizasının ən çoxunu bütün gücümüzlə istəmək və səmimi olmağımızdır. Bu vəziyyətdə Allah mükəmməl yolda irəlilədər. Müsəlman tam səmimi olmalıdır, bu zaman dümdüz yolda irəliləyər. Əks halda ora-bura sovrular.
Dünyanın sakitləşməsi, hüzur tapması və gözəlləşməsi hz. Mehdinin zahir olması ilə reallaşacaq. Dünya bu zaman sevgini qəbul edəcək.
Allaha təvəkkül edən və səmimi olan insan təkbaşına da olsa həmişə müvəffəqiyyətli olar. Rəsulullah (s.ə.v) yetim idi, sultanlar sultanı oldu. Allahı səmimi sevən insanı Allah tək qoymaz, sevəcəyi insanları da yanına gətirər.
İslamın gözəl cəhətlərindən biri insanın şəxsiyyətini dəyişdirməsidir. Xəsis olan comərd, qorxaq olan cəsur, qəzəbli olan təmkinli olar.
Əsəbiləşmək insanı hörmətdən salan, görünüşü gülünc vəziyyətdir. İnsanın özünə qəzəbi heç yaraşdırmaması lazımdır. Mömin qəzəblənəcəyi vəziyyətlə qarşılaşar, lakin Allaha sığınıb bu duyğunu məğlub edər. Allahın göstərdiyi təsvirə qəzəblə deyil, xeyir gözü ilə baxar.
İqtisadiyyatın kilidlənməsinin və kasıblığın əsas səbəbi mal-dövləti toplama ehtirasıdır. Allah sevgisi və qorxusu ilə birlikdə toplama ehtirası aradan qalxdıqda zənginlik meydana gələr.
Qısqanmaq qadını uca bilmək, ona hər cür gözəlliyi təqdim etmək, pislikdən qorumaq, şərəfinə, iffətinə diqqət göstərmək mənasında olar. Qadına etimad etməyib potensial günahkar görüb, hər an bir cinayət işləyəcəyindən şübhələnib təqib edirsənsə bu o qadına təhqir olar.
Həyatı dolu-dolu yaşamaq Allahın rizasının ən çoxunu axtararaq mümkün olar. Dünyanın haqqı ən gözəl belə verilər.
Eqoistlik insana əzab verər, insanı kirlədər, çökdürər və insanı mənəvi cəhətdən xəstə edər.
Mehdiyyət dövrünə qədər həqiqi bolluq meydana gəlməyəcək, iqtisadi böhranlar davam edəcək. Hz. Mehdi dövründə isə görünməmiş zənginlik olacaq.
Mətbuatda dərc olunan sevgisizliyi təlqin edən xəbərlərə heç kim etibar etməsin. İran təmiz müsəlman ölkəsidir, Türkiyənin dostudur.
İstanbul çox mübarək şəhərdir. Hz. Musa ilə Xızırın görüşü İstanbulda baş tutmuşdur, bir çox səhabə məzarı İstanbuldadır.
Kim məzlumu qorusa o ona bərəkət gətirər. Məzlumu qoruyanı Allah qoruyar.
İbadətxanalardakı danışıqların çox batıq səslə, pıçıltı ilə olması lazımdır. Dua edən, ibadət edən insanların diqqətini yayındırmamaq əhəmiyyətlidir.
Dostlarımın çoxunun 30 illik sədaqəti var. Hamısı imanın nuru ilə çox gözəl və çox gümrahdırlar.