Mursini sərbəst buraxsınlar, Türkiyəyə gəlsin, bir az özünə gəlsin, özü ilə danışaq. Burada gözəl bildirişlər versin. Amma mərhəmətli üslubdan istifadə etməsi çox əhəmiyyətlidir.
(A9 TV; 3 avqust 2013)
Adnan Oktar
-
Tayyib bəyi üzməsinlər, baş nazirlik asan bir vəzifə deyil, çox yorulur. Baş nazirin də şəfqətə ehtiyacı var. Millətə xidmət etmək üçün bütün ömrünü sərf edir. Ona qarşı vəfasızlıq etmək vicdana sığmaz.
(A9 TV; 3 avqust 2013)
Adnan Oktar
-
Bir vətəndaşımıza, qardaşımıza kömək edilərkən şəklini çəkmək, bunu filmə çevirmək yaraşmayan hərəkətdir.
(A9 TV; 3 avqust 2013)
Adnan Oktar
-
Söymək çox kobud və çirkin bir hərəkətdir. Ağıllı tənqid etmək varkən söyməyə nə ehtiyac var.
(A9 TV; 2 avqust 2013)
Adnan Oktar
-
Bir çox ölkədə, insanlar ifratçılara şirin görünmək üçün İsraillə düşmənçilik edirlər.
(A9 TV; 2 avqust 2013)
Adnan Oktar
-
Biz müasir İslamı, səhabə dövrü İslamını müdafiə edirik, amma Ortodoks müsəlmanların da, Ortodoks yəhudilərin də rahat yaşamalarını istəyirik. Onları üzmək çox böyük acı olar.
(A9 TV; 2 avqust 2013)
Adnan Oktar
-
Quranda yəhudiləri izah edən yüzlərlə ayə vardır. Yəhudiləri yox saymaq Qurana uyğun olmaz.
(A9 TV; 2 avqust 2013)
Adnan Oktar
-
Avropa qatı dinçi olan zehniyyət qarşısında dəhşətə düşür və bunun həllinin mehdiyyət olduğunu da təzəcə öyrənir. Görəcəksiniz, ABŞ və Avropa mehdiyyəti bütün gücləri ilə dəstəkləyəcəklər.
(A9 TV; 2 avqust 2013)
Adnan Oktar
-
Səhabə İslamı həm çox asan, həm çox keyfiyyətli, sadə və mükəmməldir.
(A9 TV; 2 avqust 2013)
Adnan Oktar
-
Misirin yəhudilərə sevgi ilə yaxınlaşması və İsraillə dost olması lazımdır. Lakin eyni zamanda ölkədəki Ortodoks müsəlmanların da rahat yaşaması lazımdır. Yəni hər inanca mənsub insana şəfqət və hörmət göstərilməlidir.
(A9 TV; 2 avqust 2013)
Adnan Oktar
-
Misirdə qatı dinçilik problemi var. Quran müsəlmanlığı olmadığı müddət ərzində yaşanan ağrılar bitməz. Mehdi sevgisi, İslam Birliyi sevgisi olmadıqdan sonra xoşbəxtlik olmaz.
(A9 TV; 2 avqust 2013)
Adnan Oktar
-
Allahın sonsuz ağıl sahibi olması biz qulları üçün möhtəşəm rahatlıqdır. Əlhəmdülillah.
(A9 TV; 1 avqust 2013)
Adnan Oktar
-
Ədliyyə Naziri Sadullah Yetkin çox dürüst, alicənab, nurlu və vicdanlı insandır. Allah nurunu artırsın. Bəşir Atalay da Allahdan qorxan, nurlu, mübarək bir insandır.
(A9 TV; 1 avqust 2013)
Adnan Oktar
-
İnsanlara, səhvlərindən sonra peşmanlıq və kompensasiya şansı vermək lazımdır.
(A9 TV; 1 avqust 2013)
Adnan Oktar
-
Türk millətinin qədirbilən ruhu kürd canlarımızı daim sevəcək.
(A9 TV; 1 avqust 2013)
Adnan Oktar
-
Uşağı tək qoymaq olmaz, mütləq qayğısına qalıb, qorumaq lazımdır. Bir dəqiqə, bir saniyə belə tək buraxmaq olmaz. Uşaqları hər yerdə qorumaq məsələsində həm ailələr, həm də dövlət tədbir görməlidir.
(A9 TV; 1 avqust 2013)
Adnan Oktar
-
Uşağa müqəddəs biri kimi yanaşmaq lazımdır. Uşaq günahsızdır, mələk kimidir. Cəmiyyətə, uşağa qarşı sevgi ilə, hörmətlə, şəfqətlə, heyranlıqla baxmaq təhsili verilməlidir.
(A9 TV; 1 avqust 2013)
Adnan Oktar
-
Öz xalqına, öz millətinə güllə atan qatil sonsuza qədər cəhənnəmdən çıxa bilməz.
(A9 TV; 1 avqust 2013)
Adnan Oktar
-
Əsl qırğın kürd qardaşlarımıza kommunizmi təkidlə qəbul etdirməkdir.
(A9 TV; 1 avqust 2013)
Adnan Oktar
-
Quranın səmimi şərh olunması əhəmiyyətlidir. Qatı dinçi əlində Quranla vəhşilik edər, hz. Mehdi (ə.s) isə əlində Quranla dünyanı cənnətə çevirər.