Misirdə müsəlmanlar zülm içindədirlər. Biz, təbii ki, onları xilas etmək üçün çıxış yolları axtarırıq.
Misirdə olan zərbəni şirin göstərmək siyasətindən əl çəksinlər. Zərbənin şirini olmaz. Zərbə zərbədir.
Misirdə ilk atılacaq addım Mursinin dərhal sərbəst buraxılmasıdır. Mursi idarəçiliyi ilə Misirdə müşavirə şurası qurub seçkilərə qədər Misiri ortaq ruhla idarə edə bilərlər.
İhvan nifrəti qətiyyən qəbul etməsin. Məhəbbətlə, sevgi ilə davranmağı hədəfə alsalar çox gözəl olar.
Hər inanca mənsub insana şəfqətlə yanaşmaq müsəlmanlığın vəzifəsidir.
Qardaşlarımız Misirdə həbslərin olmaması üçün ərizə yazsınlar.
İhvan İsraillə münasibətlərini düzəltsin. İsrailin dindar yəhudi və xristianlarını dəstəkləsin. Peyğəmbərimiz (s.ə.v) yəhudilərə şəfqət göstərirdi. İsrailə şəfqət göstərmək Quran əxlaqının vəzifələrindəndir.
İhvan, qatı dinçiliyə əsaslı şəkildə rəftar göstərməlidir.
İhvanın əsas siyasəti qadına və sənətə əhəmiyyət vermək olmalıdır. İhvanın sürətlə keyfiyyət və estetikaya əhəmiyyət verməsi tam şəkildə hiss olunmalıdır.
Hər kəsə ağılla, imanla, sənətlə, keyfiyyətlə, elmlə, sevgi ilə yanaşmaq üslubu İhvana yaraşar.
İnsanlara qatı dinçiliyin vəhşi nəticələrini “İslam budur” kimi tanıtmaq zülmdür.
Qatı dinçilik sistemi içində qadınlar və uşaqlar xoşbəxt ola bilmir. Qadın rahat və dincdirsə o cəmiyyət də dinc olar.
Yəhudilərə, xristianlara qarşı qəzəbli olmaq günahdır.
Misirdə də tək həllin mehdiyyət olduğunu Allah göstərir.
Bizim mükafatımız Allahın razılığı, rəhməti və cənnətidir. Biz Allahın razılığının arxasındayıq, inşaAllah.
Misirdə İsrailə qarşı da şəfqət siyasəti göstərilməlidir. İsrailə əbəs yerə mənfi münasibət bəsləmək dinə uyğun deyil. Əhli-kitaba qarşı şəfqət Quranın əmridir.
Mehdiyyətin keyfiyyət və sevgi anlayışını, Quranda nəzərdə tutulan keyfiyyət anlayışını, Allahın cənnətdə izah etdiyi keyfiyyət anlayışını dünyaya hakim etmək lazımdır. Bu olmayanda zərbələr, qarşılıqlı zərbələr, döyüşlər əksik olmaz.
Misirdə Mursi tərəfdarları müasir İslam, səhabə İslam anlayışını üzə çıxara bilsələr fərahlıq olacaq.
MHP daxili və xarici təhlükələrə qarşı böyük gücdür. CHP qatı dinçiliyə qarşı mükəmməl potensialdır. Səadət Partiyası Ortodoks rəftarı ilə çox razıdır. Həmçinin Böyük Birlik Partiyasını da bütün qəlbimlə dəstəkləyirəm.
Amerikanın mehdiyyəti dəstəkləməsi, İsa Məsihin nüzulunu Allahdan istəməsi lazımdır.
Bu vətənin adı olan “Türkiyə” irq mənasında deyilmir. “Türk olduğum üçün çox xoşbəxtəm” ifadəsini deyərkən kürd üçün də, laz üçün də, çərkəz üçün də deyilir. Yəni bu, Türkiyədə yaşayan hər kəs üçün deyilir.