Mənfəət dövrəyə girən kimi döyüş başlayır. Əslində isə mənfəət güdülməməlidir. Hər yaxşılıq Allah rizası üçün edilməlidir. Mehdiyyət hər şeyi qarşılıqsız, sevgi ilə, Allah rizası üçün edər.
Mən İslam Birliyinin əleyhinə olan heç kimi və heç bir ölkəni dəstəkləmirəm.
Fələstin, Misir "Ya Rəbbim, bizə İslam Birliyini nəsib et" deyərək dua etməlidir. Təkcə "Fələstin xilas olsun" və ya "Misir xilas olsun" deyilməməlidir. Bütün İslam aləminin qurtuluşu istənilməlidir. Əks halda bəlanın qarşısı alına bilməz.
Məqbul bir fikri hər kəs qəbul edər. Tayyib bəy də millətin sözünü dinləyən insandır.
Hər insanın səhvi ola bilər. Bu, onun tarixdən silinməsini tələb etmir.
Türk milləti ən təvazökar və məzlum olan millət olacaq. Əvvəlcədən ayrıldığımız ölkələrlə də birləşəcəyik. Aralıq dənizi aramızda göl, hovuz olacaq, inşaAllah.
Bir millət kimi biz, sevgidə, mərhəmətdə, şəfqətdə, ictimai ədalətdə, imanda, hər cür gözəllikdə böyüklük sevdasındayıq. Buna görə torpaqlarımız da kiçik ola bilməz. Kiçik bir ölkədə yaşamaq olmaz. Türkiyə bölgədə mərkəz mövqeyində olduğu üçün ərazi baxımından da böyük olmalıdır.
Vəhşi kapitalistlər daim müsəlmanları əzib, iztirab verib, məcbur ediblər. İslam ictimai ədaləti, kasıbları qoruyan ruhu əsas götürər. Mehdiyyət bu fikrin mükəmməl tətbiqidir.
4 böyük komandanın tərəfdarları çox böyük və dinamik gücdürlər. Tərəfdarlar digər komandanın tərəfdarlarına şəfqətlə yaxınlaşsınlar. Məğlub olsalar da, qalib gəlsələr də, yenədə tərəflər bir-birilə mehriban olsunlar. Hətta müxtəlif komandalar və tərəfdarlar bir yerdə yığıncaqlar, dostluq yeməkləri təşkil etsinlər. Çox gözəl olar.
Bir yer sırf kürdün və ya sırf lazın idarəsində olmaz. Millət olaraq laz, kürd, türk, çərkəz həmişə qarışıq bir yerdə olmalıdır. Bəziləri genetik ayrılıq istəyir. Biz parçalayan fitnə istəmirik. Bütün Türkiyə bizimdir. Hər yerə qarışıq səpələnək, yayılaq. Hər hansı bir yerdə irqə əsaslanan sıxlaşma olmasın.
"Polis niyə gücləndirilir?"― deyə sual verirlər. Silahlı cəhdə cürət edilsə dövlət, təbii ki, hər cür tədbir görər.
Cənab Abdullah Gül çox həlim, çox gülərüz insandır. Hz. Əbubəkr kimidir, maşaAllah.
Xoş niyyətli və alicənab gənclərin cinayətkar insanlarla dostluq, yaxınlıq etməməsi vacibdir. Elə təhlükəli insanları qətiyyən öz ətraflarına yaxınlaşdırmasınlar.
Bir millət kimi vəfalı olmalı, baş naziri tək qoymamalıyıq. Təzyiqlərə məruz qalan bir insanı çətin vəziyyətdə tək buraxmaq kişiliyə sığmayan bir hərəkətdir.
Biz İsraildə dinsizliyin inkişafına göz yuma bilmərik. Təbii ki, dindarları dəstəkləyəcəyik. Amma qatı dinçiliyin də İsraildə inkişafını istəmirik. O da Moşiyahla, yəni Mehdi ilə olacaq. Moşiyah Mehdinin gəlişi ilə İsraildə qatı dinçilik də qalmayacaq, inşaAllah.
Kiminsə İslama, Qurana gücü çatmaz. Haşa, kimsə Allahı məğlub edə bilməz. Yəni bu Allahın vədidir. Allah hizbi-qalib olacaq. Allah ayədə “Hizbul qalibin” deyir.
Dindar yəhudilər İsrailin mövcudluğunun səbəbidir. İvritlərin 3000 illik ənənəsi eyni şəkildə davam etməlidir. İsrail öz təsdiqini dindar yəhudilərdə tapır.
Tayyib bəyə kömək etmək, onu sahibsiz buraxmamaq çox əhəmiyyətlidir. Baş nazirə sahib çıxaq ki, millətimizin vəfalı olduğu sübut edilsin.
Qəlbən Allaha yaxınlaşmağın savabı çox böyükdür. Ən çox savab qazanmaq imanı artırmaqla, imanda səmimi olmaqla mümkündür. İnsan Allahı nə qədər çox sevsə o qədər çox savab qazanar.
Cənub-şərqdə, təbii ki, polis bölmələri olacaq. Amma polis bölmələrinin yanında xəstəxana, market kimi binalar da tikilsə, kompleks sistem şəklində olsa yaxşı olar.
Federasiya həm kommunist, həm eqoist, həm də sevgisiz idealdır.