Mehdiyyəti gözləyən qardaşlarımız da, böyük bir əyləncəyə hazırlıq kimi gözləyirlər. Elə deyil. Hz. Mehdi (ə.s) İslam hakim olduqdan dərhal qısa bir müddət sonra vəfat edəcək. Çünki Allah hz. Mehdi (ə.s)-ın əylənməsi, yaxud başqalarının əylənməsi üçün İslamı hakim etmir. Sözünü yerinə yetirmək üçün hakim edir. Əsil əylənmə yeri cənnətdir.
Dünyanın zövq alınacaq bir tərəfi yoxdur. Çünki zövq alınacaq yer cənnətdir. Niyə insan burada yarımçıq əylənsin? Belində bir ton odun ola-ola; "gəlin əylənək" deyir. Həmin bu bir ton odun Cənnətdə belindən enəcək. Ondan sonra əylənirsən. Burada əziyyət baş alıb gedir.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Mehdiyyətin hakimiyyət dövrü çox qısa olacaq. Məqsəd sadəcə, Allahın: "Mən verdiyim sözü yerinə yetirəcəyəm, İslamı dünyaya hakim etdiyimi də görün" mənasındadır. "Mənim üçün asandır" mənasındadır. Yoxsa əylənin, gəzib keçinin, dünyanın dadını çıxarın deyə deyil.
(A9 TV; 10 may 2015)
Adnan Oktar
-
Ələvilərdə və şiələrdə çox güclü Mehdi sevgisi vardır. Dəlicəsinə bir sevgidir. Sünnilərdə yersiz bir sükunət hakimdir, bu yaxşı bir şey deyil. Bunu düzəltməlidirlər.
(A9 TV; 9 may 2015)
Adnan Oktar
-
PKK təhlükəsi olduğu müddətcə keşikçilər də lazımdır. PKK aradan qalxdısa, keşikçilər də aradan qalxsın. PKK mövcuddursa, keşikçilik də mütləq olmalıdır.
(A9 TV; 9 may 2015)
Adnan Oktar
-
İncilin gözəl tərəfi, sevgidən çox bəhs edilməsidir. Məhəbbətdən, dostluqdan, əfv etməkdən, qardaşlıqdan çox bəhs edilir. Bu cəhətinə görə çox hüzur vericidir. Çox ürək açandır.
(A9 TV; 9 may 2015)
Adnan Oktar
-
Din olmadan insan havalanar. Həyat dəhşətli olar.
(A9 TV; 9 may 2015)
Adnan Oktar
-
YPG deyə bir şey yoxdur. PJAK deyə bir şey yoxdur. PKK var. PKK-nın müxtəlif adlarıdır bunlar.
(A9 TV; 9 may 2015)
Adnan Oktar
-
Seçkini dayandırsınlar. Əvvəlcə PKK-nı qanun və hüquqla yerli-dibli yox etsinlər. PKK məsələsi həll olsun, sonra seçkiləri keçirək. Bölgə işğal edildiyi halda, xalq silahla təhdid olunduğu halda seçki keçirmək olmaz.
(A9 TV; 8 may 2015)
Adnan Oktar
-
Bir adamın mason olması onun dinsiz, imansız olduğu mənasını verməz. Mənim olduqca dindar olan mason dostlarım, tanışlarım var. Katolik olanlar var, qatı katolik masonlar; hahamlar var, qatı dindar hahamlar, mason olan baş hahamlar var. Yəni masonluq dinsizlik demək deyil. Masonluğu bir dərnək kimi başa düşsünlər, bir cəmiyyət kimi. Yəni yaxşı niyyətli olmağı, dostluğu, yoldaşlığı hədəf edən bir cəmiyyətdir.
(A9 TV; 8 may 2015)
Adnan Oktar
-
Biliyin sahibi Allahdır. Allah bizə biliyi istədiyi qədər verir. Sevginin sahibi də Allahdır. Allahın istədiyi qədər sevilərik. Təcəllinin sahibi də Allahdır. Biz bir insanı sevdiyimizdə Allahın təcəllisini sevərik.
(A9 TV; 8 may 2015)
Adnan Oktar
-
Xarabalığa çevrilmiş bütün məscidlər yenidən bərpa edilməlidir. O vəziyyətdə saxlamaq haramdır. Mütləq bərpa edilməlidir. Məscid qiyamətə qədər məsciddir. Sən oranı dağıdıb əyləncə məkanı inşa edə bilməzsən.
(A9 TV; 8 may 2015)
Adnan Oktar
-
Bir qadınla bir kişinin yaxınlaşması üçün müəyyən şərtlər vardır. Birincisi, qadın həmin kişini çox sevməlidir, ona hörmət etməli, dəyər verməli, güvənməlidir. Halalı kimi görməlidir, qəlbində ona qarşı istək olmalıdır. Ancaq o zaman Allah bir məmnuniyyət duyğusu verər. Yoxsa it kimi bir qadının ətinə, sümüyünə hücum etmək çox alçaq bir hərəkətdir.
(A9 TV; 8 may 2015)
Adnan Oktar
-
Bir qadın sevmədiyi halda, tələbi olmadığı halda, qəlbində bir məhəbbət bəsləmədiyi halda, onu cinsi əlaqəyə girməyə məcbur etmək bilavasitə şəxsiyyətsizlik, əxlaqsızlıq və alçaqlıqdır.
(A9 TV; 8 may 2015)
Adnan Oktar
-
Amerikanın dindar olması, onlara bərəkət gətirən, onları xoşbəxt edən əhəmiyyətli bir tərəfiydi. Amma Amerika dindarlıqdan imtina etdikdə, onu fəlakətlər bürüdü. Dünyanın ən varlı dövləti ən kasıb dövləti olmağa doğru gedir. Dindar olsalar yenə çox varlı olarlar.
(A9 TV; 7 may 2015)
Adnan Oktar
-
Allah dünyanın bəzəkli olmasını, gözəl olmasını istəyir. Dünyanı möhtəşəm şəkildə bəzəyir. Qatı dinçilər isə qaranlıq olmasını istəyir. Allahın yaratdığı bəzəyə toxunmayın. Allahın yaratdığı bəzəyi yox etməyə cəhd etməyin. Siz Allahın yaratdığı bəzəyi ən gözəl şəkildə göstərməlisiniz.
(A9 TV; 7 may 2015)
Adnan Oktar
-
İfaçıları ön plana çıxarmaq lazımdır. Onların sevgisi, onların məhəbbəti cəmiyyətə çox müsbət təsir göstərər. İfaçılar xüsusi bir nəzakət, ruh keyfiyyətinə sahib olurlar. Bu cəhətdən cəmiyyətə çox gözəl nümunə ola bilərlər.
(A9 TV; 6 may 2015)
Adnan Oktar
-
Sevgi, gözəllik, incəsənət həyatın məqsədidir. Bunlar yoxdursa, sən niyə körpü inşa edirsən, niyə quruda və dənizdə çayların, kanalların altından keçən tunel inşa edirsən? Bunların hamısı boş şey olar. Sevginin olması üçün, sevgini bəsləyən, incəsənət və estetikaya da çox əhəmiyyət verilməlidir.
(A9 TV; 6 may 2015)
Adnan Oktar
-
İfaçı sevgi müəllimidir, gözəllik müəllimidir. Qapılar ifaçıların üzünə sona qədər açılmalıdır. Dərhal İncəsənət və Estetika Nazirliyi yaradılmalıdır.
(A9 TV; 6 may 2015)
Adnan Oktar
-
Dövlət anti-kommunist, anti-darvinist fəaliyyət başlatmalıdır. Əgər bunu etsəydilər PKK çoxdan məhv olmuşdu, tarixə keçmişdi. Məsələni kökündən həll edəcək konkret çıxış yolu olduğu halda, həmişə anlamazlıqdan gəlirlər və beləliklə də, məsələ uzanır.
(A9 TV; 6 may 2015)
Adnan Oktar
-
Sevgi təhsili verilməlidir. Sevgi dünyanın əsas həyat mənbəyidir. Sevgi yoxdursa, həyat da yoxdur.