Mehdiyyət yavaş-yavaş, ana bətnindəki uşağın inkişafı kimi inkişaf edir. Mehdiyyət də hələ döl kimidir. Ona görə insanlar tanıya bilmir, çünki hələ tam öz şəklini almayıb. Allah yavaş-yavaş forma verir. Cənabı Allah o dölü bir müddət sonra tam bir insan formasına, insanların sevəcəyi bir görünüşə salacaq, insanlar başqa çıxış yolu olmadığını da görəcəklər.
Musiqini xoşlamaq cənnət sevgisinə görədir. Çünki cənnətdə də musiqi vardır. Ağaclar rəqs edir. Cənnət xanımları gözəl səsləri ilə mahnı oxuyurlar. Cənnət gəncləri, quşlar cənnətdə mahnı oxuyurlar, şüurludurlar. Deməli, mahnı oxumaq, şən olmaq, gülmək, rəqs etmək cənnət əxlaqındandır.
Allah ayədə küfr haqqında buyurur ki, çox ağlasınlar. MÖMİNLƏR İSƏ ÇOX GÜLMƏLİ, AZ AĞLAMALIDIRLAR. Ağlasa da Allaha olan sevgisindən, sevincindən və yaxud Allah qorxusundan ağlamalıdırlar.
İsrail ilə əlaqədar həyata keçirdiyimiz işlər fəlakətlərin qarşısını almaq üçündür.Türkiyə ilə dost olmalarına şərait yaradırıq. Sülh yaradıb, savaşa, qan tökülməsinə mane oluruq. Azadlığı müdafiə edirik. Bütün bunlar pis deyil, yaxşı işlərdir.
Peyğəmbərimiz (s.ə.v) dağıdıcı deyil, canlandırıcı, dirçəldən idi. Məsləhətlər verib, gözəlləşdirib. Allahın əmri ilə mövcud sistemin anormal cəhətlərini aradan qaldırıb, bərpa edilən cəhətlərini düzəldib.
Peyğəmbərimiz (s.ə.v)-i təsvir edərkən istifadə edilən kommunist fikrin rəsulullah (s.ə.v)-in mövqeyinin dərk edilməsində heç bir təsiri yoxdur.
Səmimi olan, Allah yolunda, vətənin, millətin birliyi- bərabərliyi üçün mübarizə aparan, gecə-gündüz səylə çalışan müsəlmanlara xaincəsinə sui-qəsd hazırlayıb gecə yarısı çaqqal kimi bəzi itlərlə iş birliyi quraraq " oynu necə oynaya bilərik, necə pislik edə bilərik" deyə düşünsən, Allah heç gözləmədiyin yerdən bəla verər.
SƏN MƏZLUM, TƏRBİYƏLİ, HÖRMƏTLİ MÜSƏLMANLARA PİSLİK ETMƏYƏ ÇALIŞSAN, ALLAH BƏLANI VERƏR. AĞLINI BAŞINA YIĞ, ALLAHI SINAMAĞA ÇALIŞMA. Allahın dəfələrlə bəla verdiyinin şahidi ol. Bəlanı saymamazlıqdan gəlmə.
Marksist, Leninist, Darvinist və materialistlərə qarşı elmi və ağıllı mübarizə aparan insanların əlini, qolunu bağlayacaq formada hücum etməyə və sui-qəsd hazırlamağa çalışmaq əxlaqsızlıq və tərbiyəsizlikdir.
Bir şeyi unutmasınlar ki, nə Kipri, nə də Cənub-şərqi heç kimə verməyəcəyik. Bir qarış torpaq belə vermərik. Bunu unutsunlar.
Darvinist-materialist təhsilə son qoyulmalıdır, vəssalam. Allah sevgisi və Allah qorxusu, insan sevgisi təbliğ edilməlidir. Heyvanlara, bitkilərə olan sevgi təbliğ olunmalıdır. Şəfqətli, mərhəmətli, vəfalı, gözəl əxlaqlı insanlar yetişdirmək lazımdır. Materialist, Darvinist təhsillə bu mümkün deyil. Bu yolla nəticə əldə etmək olmaz. O zaman eqoist, sevgisiz insanlar yetişər.
PKK terroruna qarşı əvvəlcə Darvinizmin, materializmin əsassızlığı izah olunmalıdır. Bu, bütün Türkiyə miqyasında edilməlidir. Universitetlərin bu məsələ üzərində ciddi şəkildə işləməsi lazımdır. Əgər vətənlərini, millətlərini, dövlətlərini sevirlərsə, bu belə olmalıdır.
Dövlət siyasəti olaraq anti-materialist, anti-Darvinist təhsilin verilməsi şərtdir. Əks halda bu terror dayanmayacaq və getdikcə də artacaq. Əsasən sevgini, mehribanlığı ön plana çəkərək, şəfqətlə yanaşaraq elmlə, sənətlə, fəlsəfə ilə, ağılla bu problem həll edilməlidir.
Terror ağılla, elmi yolla bitirilməlidir. Bunu təkcə mən yox, əvvəla Cənabı Allah Quranda söyləyir, peyğəmbərimiz (s.ə.v) hədislərində ifadə edir, Atatürk, Bədiüzzaman söyləyir. Ağıl belə olduğunu deyir. Bu edilməlidir.
Gecə-gündüz gənclərə Darvinist-materialist təhsil versən, dialektik fəlsəfəni izah etsən, onlar da dialektik fəlsəfəyə əməl edərlər. Dialektik fəlsəfəyə inanan insanlar da Marksist, Leninist olar. Leninist olsa terrorist və anarxist də olur. Darvinizmin, materializmin əsassızlığı izah edilməlidir.
Uzun illər əvvəl yanlış başlanğıc edilib. Bu yanlış başlanğıcın sonsuza qədər getməsi şərt deyil. HÖKÜMƏTİN SƏHV SİYASƏTİ VAR. DÖVLƏT DARVİNİST, MATERİALİST TƏHSİLDƏN İMTİNA ETMƏLİDİR.
"Məhv olsun PKK!" deməklə məhv olmaz. Allah diləsə olar, amma səbəbə əsaslanmaq lazımdır. DÖVLƏT DARVİNİST, MATERİALİST TƏHSİLDƏN İMTİNA ETSİN.
30 ildən bəri "Məhv olsun PKK!" deyirlər, gülməlidir. SÖZLƏ MƏHV ETMƏK OLMAZ. ELMLƏ, BİLİKLƏ, AĞILLA, SEVGİ İLƏ MƏHV OLAR.
"Məhv olsun PKK!" deməklə nəticə əldə etmək olmaz. Bayram ziyarətlərinə gedərkən bir kitab aparsınlar, Darvinizm, materializmi məhv edən, PKK-nın əslini izah edən söhbət etsinlər. Məlumatlarını artırsınlar. Yalnız bu yolla mümkündür.
30 ildən bəri ancaq bir şey deyilir: “Məhv olsun PKK!”. "Məhv olsun PKK!" demək əvəzinə, Darvinizmlə əlaqədar kitab hədiyyə etsinlər, Darvinizmlə əlaqədar nəyisə öyrənib onu izah etsinlər, materializmi məhv edən söhbət etsinlər.
Təkcə bir an olduğuna görə o anın içində Allahın diləməsi ilə gəzə bilərsən. Peyğəmbərimiz (s.ə.v) də zaman içində gəzdiyi üçün Mehdi (ə.s)-ı görüb. Məsələn, hz. Xızır (ə.s) da zaman içində gəzir, buna alışıb. Hz. Musa (ə.s)-ı da gəzdirib, amma əqli pərdənin qalxmaması üçün yekazə halında.